Qarabağda türk qoşunların yerləşməsi Şuşa şəhərinin müdafiəsinin təşkil olunmasına dəstək ola bilər Ekspert

Analitika 17:53 09.04.2021

“Türkiyənin Şuşada hərbi qarnizonu olmalıdır”. Bunu Azərbaycanın tanınmış politoloqu Elxan Şahinoğlu öz şəxsi Facebook hesabında bildirib.

Politoloq statusunda türk hərbi qüvvələrinin Şuşada yerləşdirilməsini vacib hesab edib və bunu  bir neçə səbəb ilə izah edib.

Əvvəla,  Şuşa şəhərinin bundan sonra təhlükəsizliyinin təmin olunması və qorunması ölkəmiz üçün əsas priotetlərdən biridir. Elxan Şahinoğlunun sözlərinə görə, erməni separatçıları Şuşanın itirilməsi ilə barışmırlar və onu nə vaxtsa “geri qaytarılması” arzusu ilə yaşayırlar. Onun fikrincə, gələcəkdə bu xülya naminə qan tökülməsinin qarşısını  yalnız orada türk hərbi qarnizonun mövcudiyyəti ilə almaq olar.

“Azərbaycan ordusu müharibədə qələbə qazanaraq Şuşanı azad etsə də, erməni separatizmi tarixi şəhərimizi “nə zamansa geri qaytarmaq” haqqında düşüncələrindən əl çəkən deyil. Şuşada ötən əsrin əvvəllərindən qısa fasilələrlə baş verənlər də bundan xəbər verir. Deməli, biz Şuşanı var gücümüzlə qorumalı və bir daha düşmən əlinə keçməsinə imkan verməməliyik. Azərbaycan ordusuyla yanaşı Şuşada Türkiyənin hərbi qarnizonun varlığı bu şəhərin təhlükəsizliyini daimi edəcək,” – deyə Şahinoğlu qeyd edib.

Azərbaycanda, xüsusilə Qarabağda türk ordusunun yerləşdirilməsi bir çoxlarımız üçün arzuolunan məsələdir. Azərbaycanda türk ordusunun varlığı ölkəmizin təhlükəsizliyinə xələl gətirə biləcək hər hansı təhlükənin aradan qalxmasına əsas amil ola bilər. Lakin, Azərbaycan qanunvericiliyinə görə, ölkəmizin ərazisində hər hansı dövlətin hərbi bazasının yerləşdirilməsi qadağandır. Əgər gələcəkdə Azərbaycanda türk ordusunun yerləşdirilməsi planı irəli sürülərsə, bu mütləq qanunvericiliklə tənzim olunmaldır.

Eurasia Diary məsələyə aydınlıq gətirmək üçün Elxan Şahinoğlunun özü ilə əlaqə saxlayıb.

E.Şahinoğlu bildirib ki, qanunvericilikdə bir sıra dəyişiklər etməklə ölkəmizdə türk ordusunun yerləşdirilməsinə şərait yaratmaq olar.

“Qanunvericilik parlamentin əlindədir. Deputatlar Milli Məclisdə bir gün ərzində qanuna dəyişikliklər edərək türk ordusunun yerləşdirilməsinə şərait yarada bilərlər. Bununla da məsələ həll oluna bilər” – deyə Şahinoğlu qeyd edib.

“Daha çox öz təhlükəsizliyimiz haqqında düşünməliyik. Ona görə ki, bölgəmizdə təhlükəli məqamlar var. Məsələn, Rusiya “İskəndər” raketlərinin atılması ilə bağlı məsələyə aydınlıq gətirmir. Eyni zamanda, təxribatlar da artır. Qanunda dəyişiklik edib türk ordusunun Qarabağda yerləşdirilməsini təmin etmək olar. Bu məsələdə bizə heç bir amil mane ola bilməz”.

“Əlbəttə, Türk qarnizonunun yaradılması Ermənistanın və Rusiyanın xoşuna gəlməyəcək. Onlar buna maneçilik törətməyə çalışacaqlar. Lakin biz istəyəndən sonra heç bir əngəl bizi qərarımızdan döndərə bilməz. Əgər gələcəkdə Rusiya və Ermənistan buna qarşı hər hansı addım atarlarsa, biz onlara həll yollu göstərəcəyik. Nə ola bilər bu həll yollu? Məsələn, əgər Moskva və Yerevan Qarabağda türk qarnizonunun olmasını istəmirlərsə, onda Rusiya hərbiçiləri də bölgədən çıxsın.  Bölgədə rusların olması və türklərin olmaması maraqlarımıza cavab vermir” – deyə politoloq vurğulayıb. 

Maraqlıdır ki, bu günlərdə erməni politoloq Argişti Kiviryanın açıqlama ilə çıxış edərək Moskvanın Rusiya sülhməramlılarının Qarabağdakı statusunu daha dəqiq müəyyənləşdirəcək yeni sənəd hazırladığını deyib. Kiviryan qeyd edib ki, Kremlin bu addımı atmasında məqsədi 10 noyabr bəyanatının yekun sənəd olmamasıdır.

Məsələyə münasibət bildirən E.Şahinoğlu qeyd edərək bildirib ki, Dağlıq Qarabağda rus sülhməramlı qüvvələri 10 noyabr bəyanatı əsasında fəaliyyət göstərirlər. Yeni bir statusa heç bir ehtiyac yoxdur.

“Dağlıq Qarabağda rus sülhməramlı qüvvələri 10 noyabr bəyanatına uyğun fəaliyyət göstərir. Bu bəyanat onların qanuni fəaliyyətini təmin edir. Lakin bizim sülhməramlı qüvvələrin fəaliyyəti ilə bağlı suallarımız var” – deyə politoloq qeyd edib.

E.Şahinoğlu Dağlıq Qarabağda rus hərbiçilərinin yeni status məsələsini absurd və qeyri-mümkün hesab edib. Onun sözlərinə görə, Azərbaycanın icazəsi olmadan bu məsələ ilə bağlı heç bir addım atıla bilməz.

“Bizim icazəmiz olmadan rus sülhməramlılarının heç bir statusu dəyişdirilə bilməz. Bizim əsas istəyimiz odur ki, rus hərbiçilərinin beş il müddəti bitdikdən sonra Qarabağı tərk etsinlər. Burada Moskva status məsələsini ortalığa atmaqla erməniləri əmin edir ki, Dağlıq Qarabağda rus hərbiçilərinin varlığı daimi xarakter daşıyır. Bu cür təxribatların qarşısının alınması üçün Şuşada türk qarnizonunun yerləşdirilməsi vacibdir” – deyə Şahinoğlu əlavə edib.

Ülvi Əhmədli

Yunis Abdullayev

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı