Səudiyyə Ərəbistanı-Amerika Birləşmiş Ştatları Qarşıdurma qaçılmazdırmı?

Analitika 15:11 10.04.2021

2021-ci ilin mart ayının əvvəllərində Bayden hökuməti “Səudiyyə Ərəbistanı ilə münasibətlərin strategiyasına” yenidən baxılacağını bəyan etdi. Buna formal səbəb Amerika Kəşfiyyatı tərəfindən müxalif  jurnalist Camal Qaşuqinin öldürülməsində vəliəhd və faktiki Krallığın başında dayanan Məhəmməd bin Salmanın günahkar olduğunu sübuta yetirilməsidir. Əslinə qalsa 2 il bundan qabaq Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda həyata keçirilən bu qanlı hadisədən bir qədər sonra vəliəhd dolayısı yolla məsuliyyət daşıdığını bildirmişdi. Amerika Kəşfiyyatı isə MBS-in dolayısı deyil, birbaşa günahkar olduğunu sübut edən dəlillərlə çıxış edir. Təqdim olunan kəşfiyyat raportuna görə Məhəmməd bin Salman müxalif jurnalist  Camal Qaşuqinin oğurlanıb öldürülməsinə şəxsən göstəriş verib. Bu hadisə fonunda Amerika Birləşmiş Ştatlarının Yaxın Şərqdə ən yaxın müttəfiqi olan Səudiyyə Ərəbistanı ilə hansı istiqamətdə hərəkət edəcəyi ciddi maraq doğurur. Çünki bu Krallıqla münasibətlərin məzmunu bu və ya digər dərəcədə bütün regiondakı dövlətlərin Amerika ilə davranışlarına təsir göstərir.

Co Baydenin Prezident kürsüsündə oturacağı perspektivi Amerikada Prezident seçkilərinin başlanmasının ilk günlərindən Səudiyyə Ərəbistanının narahatçılığına səbəb olmuşdu. Səbəbsiz deyildi. Yanvar ayının ilk günlərində yeni hökumətin rəsmi şəxsləri “Amerika maraqları və dəyərlərinin daha effektli həyata keçirilməsi üçün” iki ölkə arasında münasibətlərə yenidən baxılmasının vacibliyini bəyan etməyə  başladılar. Bunu həm də gələcək münasibətlərin ciddi dəyişikliyə uğrayacağı haqqında anonslar da hesab etmək olardı.

Münasibətlərin yenidən qurulması haqqında məsələlərdə ABŞ-ın Dövlət Katibi Entoni Blinken özünü çox ehtiyatlı aparır. Buna baxmayaraq, Amerika xarici siyasətində taktiki gedişlərdə müəyyən dəyişikliklərin baş verməsi göz qabağındadır. Səudiyyə Ərəbistanının hücum qabiliyyətini zəiflətmək üçün ABŞ bu təyinatlı silahların ona satılmasına qadağa qoydu. Eyni zamanda, Yəməndə həyata keçirdiyi hərbi əməliyyatları dayandırmağın vaxtının gəldiyi MBS-ə bildirilib. 

Nə baş verir? Amerikanın yeni siyasətinin motivləri nədir?

İqtisadi problemlərin güclənməsi fonunda ABŞ-ın Asiyaya tərəf kurs götürməsi Yaxın Şərqdə mövcudluğunun məhdudlaşdırmasına gətirib çıxardı. “Ərəb baharı” hadisələrində birmənalı mövqe tutmaması da bu ölkələrdə xaosla nəticələndi. Sonda əksər region ölkələri ilə ABŞ-ın münasibətləri korlandı. Paralel olaraq regional sabitlik pozuldu.

Tramp vəziyyəti normallaşdırmaq üçün müttəfiqləri dəstəkləmək qərarına gəldi. Bununla o, Amerika qüvvələrinin tədricən azaldılmasına nail olmaq istəyirdi. Səudiyyə Ərəbistanına gəlincə o, Trampın hakimiyyəti müddətində son yüzillikdə heç bir prezidentin dövründə yaxınlaşa bilmədiyi qədər yaxınlıq əldə etdi. 2017-ci ilin mayında Trampın Ər-Riyada səfəri zamanı imzalanmış 100 milyard dollarla ölçülən silah sazişi Krallığı dünyanın ən böyük silah tədarükçüsünə çevirə biəcəkdi. Bu azmış kimi Tramp münasibətlərin daha da irəli aparılacağını vəd edirdi.

Mütəxəssislər tərəfindən bu münasibətlər normal hesab olunmur və yüksək qiymətləndirilmirdi. Çünki, Səudiyyə Ərəbistanında hakimiyyət başında adekvat olmayan şəxslərin durduğunu hamı görürdü. Bu anormallığın ilk əlaməti Səudiyyə Ərəbistanının ətrafına özü kimi neft ölkələrini yığaraq Yəmənə qarşı apardığı müharibədə göstərdi. Qətərə qarşı tətbiq olunan sanksiyalar da məhz Amerikanın verdiyi dəstəyin nəticəsi kimi qiymətləndirilməlidir.

Hələ daxildə Krallığa gedən yolu təmizləmək və öz ambisiyalı planlarını həyata keçirmək üçün Məhəmməd bin Salmanın əl atdığı qanunsuzluqlar onun ABŞ üçün getdikcə daha təhlükəli müttəfiqə çevrilməsindən xəbər vermirdimi?

Qəribə görünsə də, Trampın Səudiyyə Ərəbistanı ilə münasibətlərində Obamanın siyasətinin davam etdirilməsinin şahidi oluruq. Baxmayayaraq ki, MBS - Tramp yaxınlaşması müttəfiqlərin hamısını qıcıqlandırırdı. Səudiyyənin geopolitoloji təsir vasitəsi – dünya neft bazarındakı onun  aparıcı rolu tədricən əlindən alınırdı. 2010-cu ildə ABŞ-da şelf neftinin istehsal edilməsində yeni texnologiyaların tətbiq edilməsi nəticəsində daxili neft istehsalı nəzərəçarpacaq dərəcədə artdı. Prezidentliyinin sonuna doğru isə Tramp Amerikanı neft idxalından asılılığını tam aradan qaldırması haqqında fəxrlə bəyanat verdi. Amerika məhz Trampın səyləri nəticəsində ən böyük neft istehsalçısına çevrildi. 2020-ci ilin sonlarına doğru o, Yaxın Şərqin yanacaq istehsalı üzrə əsas müttəfiqi ola bildi.

Region xaos və münaqişələr mərkəzinə çevrildikcə Səudiyyəni qlobal neft nizamlayıcısı mövqeyindən düşürmək və  Amerikanın jandarm rolunu artırmaq daha asan başa gəlirdi. Trampın bu davranışı Vaşinqtonun Səudiyyə Ərəbistanı Krallığına təsirini də gücləndirirdi. Amerika tərəfindən şirnikləndirilən Krallıq Yəməndəki İranpərəst qüvvələrlə müharibəyə sövq edildi və bununla Okeanın o biri tərəfindən hərbi sursat göndərilməsinə ciddi ehtiyac duydu. Asılı vəziyyətə düşdü.

Ər-Riyadda bəlkə də öz “əsas müttəfiqinin” motivlərini başa düşürdülər. Onlar da öz növbələrində Amerikadakı rəqiblərini sıradan çıxarmaq üçün tədbirlər görürdülər. Belə uğursuz cəhdlərdən biri 2014-cü ildə baş tutdu. 2020-ci ildə, koronavirus pandemiyasının tüğyan etdiyi vaxt neft bazarında başlamış yeni qiymət müharibəsini ikinci cəhd kimi dəyərləndirmək olar. Bu zaman neftin qiymətlərinin dramatik şəkildə aşağı salınması ABŞ neft biznesinə ciddi ziyan vurdu. Ötən ilin mayında orada fəaliyyətdə olan neft quyularının sayı yarıya qədər azaldı. Müşahidəçilər neft-qaz sektorunda çalışan yerli şirkətlərin 40 faizə qədərinin müflis olacağı və 200 mindən artıq iş yerlərinin bağlanacağı  haqqında proqnozlar verməyə başladılar. Bir neçə ştatın asılı olduğu neft sektoruna ciddi ziyan vuruldu. Daxili istehsalın aşağı düşməsi Amerikanın geopolitoloji hesablarını da alt-üst etdi. Nəticədə 2020-ci ilin sonuna doğru Səudiyyə Ərəbistanı Krallığı Amerika Birləşmiş Ştatları ilə rəqabətdə siyasi mövqeyini möhkəmləndirdi və ştatlar qiymətləri nizamlamaq məqsədi ilə neft istehsalını aşağı salmağı Ər-Riyaddan xahiş etməyə məcbur oldular.   

İndi bütün proqnozlar 2020-ci ildəki düşüşdən sonra neft istehsalının  tədricən genişləndiriləcəyini və 2026-cı ilin sonuna doğru 10.3 milyon barrel artaraq 104.2 barrelə çatacağını göstərirlər. Səudiyyə Ərəbistanının bu sahədəki rəqibləri maliyyə və ya texniki problemlər səbəbindən istehsalın sürətli inkişafına qabil deyirlər.

Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə 2026-cı ilin sonuna qədər gündəlik neftə olan tələbat ilbəil artaraq 2020-ci illə müqayisədə 10.3 milyon barrel təşkil edəcək və bu da illik istehsalın 104.2 milyon barrel səviyyəsində qərarlaşmasına səbəb olacaq. BEA gözləntilərinə görə dünya bazarında ən böyük neft istehsalçısı da dəyişəcək. “Əgər 2017-2019-cu illərdə 4 milyon barrel təşkil edən gündəlik artan tələbatı Amerika Birləşmiş Ştatları ödəyə bilirdisə, indi bu vəzifəni Yaxın Şərqdən olan istehsalçılar və xüsusilə, Səudiyyə Ərəbistanı Krallığı həyata keçirəcək.

Beləliklə, Baydenin hakimiyyətə gəldiyi vaxt Amerikanın Səudiyyə Ərəbistanı ilə münasibətlərində aşağıdakı kursa riayət etmək tələb olunurdu: “Regiondaxili məsələlərdə iştirakı minimuma endirmək, Amerikanın maksimum nüfuzunu qorumaq, Səudiyyə Ərəbistanını orbitdə saxlamaqla  Ər-Riyaddan asılılığı azaltmaq. Eyni zamanda Krallığın Rusiya Federasiyası və Çin Xalq Respublikası ilə yaxınlaşmasına imkan verməmək”. 

İndi Bayden hökumətinin qarşısında durduğu dilemma elə məhz budur: Bir tərəfdən ona Amerikada neft istehsalını artıra biləcək səviyyədə yüksək qiymətlər vacibdirsə, digər tərəfdən bu yüksək qiymətlərin Səudiyyə Ərəbistanının Vaşinqtona təsirinin artmasına imkan verəcək həddə gətirib çıxarmamalıdır”.

Bayden hakimiyyəti üçün digər təhlükə isə Trampla Salman arasında olan münasibətlərin səciyyəsidir. Trampın növbəti prezident seçkilərində Krallığın neft pulları və lobbiçiliyi hesabına yenidən meydana çıxmayacağına heç kim zəmanət verə bilmir. Deməli, neft pullarının Səudiyyə Ərəbistanı Krallığına axınının qarşısı alınmalı, yaxud bu axın krallığa çatdıqdan Bayden hökumətinə xidmət etmək üçün  Amerikaya tərəf döndərilməlidir.

Olduqca çətin vəzifədir. Elə deyilmi?

Bəlkə də Səudiyyə Ərəbistanı Krallığı ilə münasibətdə Donald Trampın yeritdiyi siyasət daha düzgün idi. O, artan neft qiymətindən gələn gəlirləri müxtəlif layihələr altında Səudiyyədən geri alırdı. Lakin bu da sonda Ər- Riyadın silah tədarükçüsü kimi dünyada bir nömrəli ölkə səviyyəsinə qalxmasına səbəb olacaqdı. Bu da qlobal güclərin heç birinin razılaşa bilməyəcəyi bir vəziyyət idi. Eyni zamanda Krallığın valyuta ehtiyatları artdıqca onun müstəqil siyasət yeritmək istiqamətində ambisiyaları da güclənirdi. Bu Amerikanın bir Yaxın Şərq ölkəsi üçün imkan verə biləcəyi səviyyədən çox yüksək hesab olunur.

Hələlik Bayden hökumətinin yeritdiyi siyasətdə Səudiyyə Ərəbistanı Krallığı-Amerika Birləşmiş Ştatları arasında münasibətlər qarşıdurma səviyyəsinə qədər gəlib çatmayıb. Bu həm Amerikanın, həm də Krallığın belə vəziyyətdən qaçmaq arzuları ilə əsaslandırıla bilər. Amma hələ Baydenin hakimiyyətinin əvvəlindəyik və bu qısa müddətdə  Amerika tərəfindən Səudiyyə Ərəbistanı Krallığını hiddətləndirə biləcək hadisələr artıq həyata keçirilir. Misal olaraq, Amerikanın İranla münasibətlərin normallaşdırılması istiqamətində kurs götürməsi, Yəməndə Səudiyyəyə qarşı vuruşan Husi qüvvələrini terrorist kimi tanımaq istəməməsi, insan hüquqları mələsinin  gündəmə gətirilməsini göstərmək olar.

Vəliəhd Məhəmməd Bin Salmanın müxalif jurnalist Camal Qaşuqini qətl edilməsində hədəf kimi göstərilməsi iki ölkə arasında münasibətlərin daha da gərginləşməsi istiqamətində növbəti mərhələ oldu. Amma Amerika yenə də ehtiyatı əldən buraxmayaraq sanksiya tətbiq olunan şəxslər siyahısına onun adını salmadı. Eyni zamanda, beynəlxalq məhkəmə qarşısında vəliəhdin dayanmasının zəruriliyi haqqında Amerika tərəfindən hələlik məsələ qaldırılmır. Amma qaldırıla bilər və bunu Krallıqda düzgün qiymətləndirirlər.

Görünür, ərəblərin “səbr kasası” çox böyükdür və hələ dolmur. Amma yaxın zamanlarda bunun baş verəcəyi və Səudiyyə Ərəbistanı-Amerika Birləşmiş Ştatları münasibətlərinin yeni- qarşıdurma mərhələsinə keçəcəyinin ehtimalı olduqca yüksəkdir.

Əlimusa İbrahimov

Politoloq

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Enerji səmərəliliyi üzrə yol xəritəsi hazırlanır
16:40 20.04.2024
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Hamısı