Ağ Ev Çinə qarşı daha böyük büdcə istəyir

Analitika 11:51 12.04.2021

ABŞ prezidenti Co Bayden Rusiya və Çini “dayandırmaq” üçün Konqresdən müdafiə xərcləri üçün 715 milyard dollar istəyib. Ağ Ev Çindən gələn təhdidə qarşı maliyyənin artırılması vacibliyini ön plana çəkib. Sənəddə deyilir ki, eyni zamanda Rusiyanın sabitliyi pozan davranışını dayandırmaq da vacibdir.

Ağ Evin Konqresə təqdim etdiyi sənəddə ABŞ-ın NATO və Sakit okean bölgəsindəki müttəfiq və tərəfdaşlarla birlikdə işləməyin vacibliyi vurğulanıb: “Pandemiyadan iqlim dəyişikliyinə, Çinin artan ambisiyalarından, demokratiya üçün bir çox qlobal təhdidlərə qədər qlobal problemlərin uğurla həlli üçün digər xalqlarla yanaşı ortaq şəkildə çalışmaq lazım olacaq”.

Bundan əlavə, sənəddə dövlət qurumlarının köhnəlmiş informasiya sistemlərini modernləşdirmək və Federal kibertəhlükəsizliyi gücləndirmək zərurəti də əsaslandırılıb: “Texnologiyaların Modernləşdirilməsi Fondu üçün 500 milyon dolları, Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi üçün əlavə 110 milyon dollar və Federal agentliyin informasiya texnologiyaları inkişafı üçün ehtiyat olaraq 750 milyon dollar lazımdır”.

Bu arada, ABŞ konqresmenləri Çin rəsmilərinə əlavə sanksiyalar tətbiq edəcək qanun layihəsi üzərində çalışmalarını yekunlaşdırırlar. ABŞ-ın Tayvanla daha yaxın münasibətlərini qurmaq, Çinə qarşı insan haqları və dəniz təhlükəsizliyi ilə əlaqəli təhdidlərə qarşı yönəlmiş digər tədbirlər arasında Pekinin hərbi əməliyyatları və ərazi iddialarına daha çox nəzarət etmək məqsəduyğun sayılır. Sənədin müəllifləri Senatın Xarici Əlaqələr Komitəsinin Demokratik sədri Bob Menendes və onun respublikaçı tərəfdaşı Cim Ricdir. Menendesin fikrincə, ABŞ-ın əsas strategiyasını, iqtisadi və diplomatik alətlərini Çinə qarşı istifadə etmək lazımdır.

Qanun layihəsi insan haqları qruplarının Birləşmiş Millətlər Təşkilatının hesabatlarına istinad edib: “1 milyona qədər Uyğurun və digər müsəlman azlıqların Sincan əyalətində zorla işləmə, məcburi sterilizasiya və digər sui-istifadə ittihamı ilə Çin rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsini tələb edir”. Öz növbəsində Pekin bu iddiaları dəfələrlə təkzib edərək, düşərgələrin peşə təhsili müəssisələri olduğunu bildirib.

Qanun layihəsində Hong Konqda demokratiyanı təşviq etmək üçün 10 milyon dolların ayrılması nəzərdə tutulub. Sənəddə, həmçinin Çinin hərbi modernizasiyası və genişlənməsi qarşısında müttəfiqlərlə genişləndirilmiş koordinasiyaya və əməkdaşlığa çağırış var. Çinin ballistik, hipersəsli qanadlı raketlər, nüvə, kosmik, kiber məkan və digər strateji sahələri haqqında hesabatlar hazırlanması tələb edilir. Adı çəkilən sənəd Konqresdə qəbul edildiyi təqdirdə, ABŞ rəsmilərinin Tayvanlı həmkarları ilə qarşılıqlı əlaqələrindəki bütün məhdudiyyətləri ləğv edəcək. Qanunvericilik, Hindistan-Sakit okean bölgəsindəki müttəfiqlər və tərəfdaşlarla hərbi əlaqələrin gücləndirilməsi üçün əlavə səylərin göstərilməsini şərtləndirəcək.

Sənəddəki başqa bir bənd, Pekinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ölkələrin yardımları məhdudlaşdırmağı nəzərdə tutur. Bu bəndi yerinə yetirmək çətin olacaq. Çünki Çinin həmin təşəbbüsünə qoşulasn ölkələrin həm sayı çoxdur, həm də həmin ölkələr içərisində ABŞ-ın təərfdaşları var.

Bu arada¸ “The New York Times” qəzetinin “Global Trends 2040” adlı hesabatına görə, Çin beynəlxalq nüfuzunu genişləndirmək üçün Qərbin çətinliklərindən istifadə edir: “ABŞ və Çin arasındakı rəqabət, çox güman ki, gələcək onilliklər ərzində geopolitik mühit üçün geniş parametrləri müəyyənləşdirəcək və digər aktyorlara daha sərt seçimlərə məcbur edəcək”. Hesabata görə, bir çox ölkədə milliyyətçilik və qütbləşmə artmaqdadır. Ayrıca, hesabatda mövcud tendensiyaların qlobal siyasəti daha dəyişkən hala gətirəcəyi proqnozlaşdırılıb: “Beynəlxalq səhnədə Çin, ABŞ-a və Qərbin rəhbərlik etdiyi dünya nizamına qarşı çıxmağa davam edəcək. Rəqib güclər mübarizədə qlobal normaları, qaydaları və qurumları adlayacaqlar”.

“Atlas” Araşdırmalar Mərkəzi

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı