Siyasi səbatsızlıq, yoxsa bilərəkdən təxribat? Sarkisyanın Ağrı dağ "əsəri" niyə ictimailəşdirildi

Analitika 18:17 19.04.2021

Ermənistan Prezidenti Armen Sarkisyan Gürcüstana səfəri zamanı Azərbaycan və Gürcüstanla münasibətlərin əhəmiyyətindən danışsa da, sonda yenə də “erməni ənənəsinə” sadiq qalıb. O, region, o cümlədən xüsusilə Ermənistan üçün açar rolunu oynayan Türkiyəyə “rəssamlıq qabiliyyətini” nümayiş etdirməyi qərar verib. Gürcüstan Prezidenti Salome Zurabişvilinin iqamətgahında qonaqlar üçün nəzərdə tutulan fəxri kitabda öz yazı-qeydinin altında o, imzasını atmaqla yanaşı, Türkiyədə yerləşən Ağrı dağın konturlarını çəkib.

Əslində, fəxri kitabda çəkilən bu “rəssamlıq qabiliyyəti” heç kimə əyan olmaya bilərdi. Amma Zurabişvili yalnız özünə məxsus olan səbəbdən Facebook hesabında kitabın bu səhifəsinin fotosunu yayımlayıb. Ortaya sual çıxır: Ermənistanın Gürcüstana qarşı da ərazi iddiasını gizlətmədiyini nəzərə alsaq, Gürcüstan prezidentində Ermənistana sevgi və ya türklərə düşmənçilik nədən qaynaqlanır?

Qeyd edək ki, Ağrı dağının ilkin olaraq rəsmi şəkildə emblem daxilində təsviri ermənilərə məxsus olmayıb. Ağrı dağı ilk dəfə simvol kimi rəsmi rəmz şəklində Tiflis Quberniyasının gerbində yer alıb. Məhz bundan sonra simvol 1918-ci ildə erməni-daşnak hökumətinin, 1922-ci ildən Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının, 1937-ci ildən Ermənistan SSR-nin, nəhayət SSRİ dağılandan sonra Ermənistanın gerbində təsvir edilib.

Mövzu ilə bağlı Gürcüstan parlamentinin sabiq azərbaycanlı deputatı Azər Süleymanov Eurasia Diary-yə açıqlama verib.

Azər Süleymanov: Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi bizim  qürurumuz və müqəddəs borcumuzdur - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

“2018-ci ildə Salome Zurabişvili prezidentliyə namizəd olanda bizim başqa bir namizədimiz də vardı. Qriqol Vaşadze demək olar ki, qalib gəlmişdi. İkinci turda da böyük bir saxtakarlıqla Salome Zurabişvili prezident seçildi. Sözsüz ki, o, prezident seçilmədi, prezident təyin olundu. Bir Gürcüstan vətəndaşı olaraq, tam əminliklə deyə bilərəm ki, Salome Zurabişvili istər beynəlxalq aləmdə, istər daxili siyasətində Gürcüstana ləkədən başqa heç nə gətirməyib", - deyə A. Süleymanov bildirib.

"Zurabişvilinin 2018-ci ildə seçiləndən sonra birinci görüşü ermənilərin sıx yaşadığı Cavaxetiya bölgəsində oldu. O, burada türklərə və türk dünyasına qarşı açıq mesaj verdi və bildirdi ki, Saakaşvili öz hakimiyyəti dövründə türklərə daha böyük üstünlük verib və bu gündən bu oyunlar dəyişiləcək. Çünki Gürcüstanda yaşayan ermənilər tam hüquqlu vətəndaşdırlar və mən bu oyunları dəyişəcəm. Bu böyük etirazlara səbəb olmuşdu. Bundan sonra bir neçə dəfə Azərbaycana qarşı təxribat oldu. Bildiyiniz kimi, heç kimin yadına düşməyən “Keşikçidağ”la bağlı Zurabişvili orada səfərdə olanda bəyanat vermişdi ki, tezliklə bu məsələ Gürcüstanın xeyrinə həll olunmalıdır. Və ondan sonra aləm qarışdı. Gürcüstanda artıq “Keşikçidağ” (David Qareci) gündəmə gəldi və böyük təxribatlara yol açıldı. Azərbaycan sərhədçisinin əlindən silahın alınması və hər gün sərhəddə aksiyaların keçirilməsinin arxasında Zurabişvilinin yersiz bəyanatı dururdu. Biz bununla bağlı artıq bir neçə dəfə bəyanat vermişik. İki həftə öncə burada siyasətçilərin reytinqi haqqında sorğu keçirilmişdi. Reytinqdə ən axırıncı yeri Salome Zurabişvili tutur. Müxalifətçilərdən sonra Gürcüstanda reytinqdə ən axırıncı siyasətçidir".

Azər Süleymanov onu da bildirib ki, Ermənistan prezidentinin Ağrı dağın şəklini çəkməsindən ictimaiyyətdən heç kimin xəbəri olmayıb və bu, gizli qala bilərdi:

Ermenistan Cumhurbaşkanı Sarkisyan şeref defterine Ağrı Dağı'nı çizdi

“Zurabişvili bunu məqsədyönlü olaraq Facebook hesabında paylaşdı ki, hansısa bir ajiotaja səbəb olsun. Bunun arxasında bir məqsəd var. Bildiyiniz kimi, Zurabişvili keçmiş Fransa vətəndaşıdır və Fransada böyümüş bir insandır. Bu günə qədər erməni təşkilatları, Ermənistana qarşı sevgisini heç vaxt gizlətməyib. Fransa Türkiyəyə və Azərbaycana qarşı öz aqressiyasını bildirən bir dövlətdir və Zurabişvili də o ruhda böyüyənlərdən biridir. Bu mesajı ola bilsin, məqsədyönlü şəkildə ictimailəşdirdi. Bizim burada xəbərimiz olmadı. Sarkisyan gedəndən sonra bildik. Əlbəttə, baş verənlər Gürcüstanda yaşayan azərbaycanlıların da böyük etirazına səbəb oldu. Bütün təşkilatlarımız buna cavab yazdı. Zurabişvili açıqlama verməlidir ki, bunu ictimailəşdirməyi nə ilə bağlı idi və nə məqsəd daşıyırdı. Bir məqsədi vardı ki, Azərbaycan və Türkiyəyə qarşı hansısa bir provokasiya yaratsın. İki gün öncə Türkiyənin Gürcüstandakı səfiri Fatma xanım açıqlama da verdi ki, Ermənistan boş-boş xəyallara uymasın, aqressiya yolunu yox, dostluq yolunu seçsin. Türkiyə o dövlət deyil ki, kimlərəsə güzəşt gedə və torpağından kiməsə pay verə. Zurabişvilinin təmsil olunduğu "Gürcü arzusu" partiyası açıq-aydın bildirir ki, Türkiyəyə qarşıdır. Artıq neçə gündür ki, türk biznesinə qarşı etiraz aksiyaları gedir. Ümumiyyətlə, Zurabişvili hər zaman azərbaycanlılar və türklərə qarşı diskriminasiya hərəkətləri ilə gündəmdə qalıb”, deyə A. Süleymanov əlavə edib.

Gülnar Səlimova

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı