Rusiya hər üç Cənubi Qafqaz dövlətində qoşunlara sahibdir ABŞ-ın gücünün sərhədləri aydın oldu

Analitika 21:17 04.05.2021

ABŞ Müdafiə Departamentinin Kəşfiyyat İdarəsi “Ümumdünya Təhdid Qiymətləndirilməsi” adlı hesabat hazırlayıb. Bu hesabatda Dağlıq Qarabağla bağlı məqamlara da yer verilib.

Hesabatda göstərilir ki, Rusiya İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazın hər üç dövlətində hərbi varlığa sahibdir. Bu cəhət onu regionda əsas qüvvəyə çevirir. Bundan əlavə, keçmiş postsovet məkanında Rusiya öz nəzarətini heç bir qüvvəyə güzəştə getməməyə çalışır. Bir sözlə, Rusiya adı çəkilən regionda Qərb, Türkiyə və Çinin güclənməməsini istəyir.

Pentaqonun ABŞ Senatında müzakirə üçün hazırladığı hesabat dövlətin gələcək addımlarının müəyyənləşdirilməsində xüsusi əhəmiyyət kəsb edir. ABŞ administrasiyasının müvafiq istiqamətlərdə atacağı addımların nə olacağını isə gələcək göstərəcək.

Eurasia Diary ABŞ-ın Cənubi Qafqaza dair siyasi planları ilə bağlı Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikirlərini öyrənib.

Politoloq Pentaqonun hazırladığı hesabatın düzgün diaqnoz olduğunu hesab edir. O, Rusiyanın artıq Cənubi Qafqaz dövlətlərinin hər birində qoşunlara malik olduğunu xüsusi vurğulayıb.

“Pentaqon faktı doğru olaraq təsbit edib. Rusiya 2008-ci ildə Gürcüstanı müharibə nəticəsində parçaladı və qoşunlarını Abxaziya və Şimali Osetiyada yerləşdirdi. Ermənistanda onsuz da hərbi bazası var idi. Son günlərdə Rusiyanın Zəngəzurda iki dayaq nöqtəsi tikmək planının olduğu da qeyd edilir. Sonuncu ölkə Azərbaycan idi ki, burada rusiyalı hərbçilər yox idi. Amma bizə də təzyiq oldu, Şuşanı azad etdikdən bir gün sonra Rusiya hərbçiləri Dağlıq Qarabağda yerləşdirilib. Bu baxımdan ABŞ-ın hesabatı doğrudur”, deyə politoloq söyləyib.

Baş verən geosiyasi təhdidlər qarşısında ABŞ-ın cavab tədbirləri də maraq doğurur. Politoloq ABŞ-ın Cənubi Qafqazda Rusiyanı sıxışdırmaqda çətinlik çəkdiyini bildirib: “Əksi olsaydı, ABŞ Rusiyaya öz strateji müttəfiqi Gürcüstanı parçalamağa gərək imkan verməyəydi. Lakin buna mane ola bilmədi. Ermənistan onsuz da Rusiyanın nökərinə çevrilib, baxmayaraq ki, Paşinyanı Qərbpərəst siyasətçi kimi adlandırırlar. Rusiya hərbi varlığını Qafqazda sıxışdırıb çıxarmaq üçün ABŞ-ın əlində güclü vasitələr yoxdur. Ona qalsa, Ukrayna Cənubi Qafqaz ölkələrindən daha yaxındır və strateji tərəfdardır. Ukraynadakı proseslərdə Kiyevə kifayət qədər dəstək verə bilmədi. Rusiya Krımı ilhaq edib, Donbasda separatçı bölgə yaradıb”.

İkinci Qarabağ Müharibəsi Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb. Politoloq Rusiyanın Cənubi Qafqazda ABŞ-ın təsirinin artmamasına çalışdığını qeyd edib. Lakin hal-hazırda Türkiyənin regionda artan nüfuzunu görə bilirik. Rusiya isə sadəcə olaraq bunun qarşısını ala bilməkdə acizlik göstərir: “Rusiya özü də etiraf edir ki, Türkiyə-Azərbaycan ittifaqı artıq var və Rusiya buna mane ola bilməz. Türkiyəni ABŞ-dan fərqləndirən əsas cəhət odur ki, Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətləri özləri Türkiyə ilə strateji əməkdaşlığa can atır. Çünki bizi ortaq dil, din və mədəniyyət birləşdirir. Rusiya bu amilləri nəzərə almaq məcburiyyətindədir. Ona görə də, ABŞ-dan fərqli olaraq Türkiyənin fəallığına Rusiya heç bir əngəl yarada bilməz. Rusiya Çinə də mane olmur. Nəzərə alaq ki, son illərdə Çin bu regionda yatırımlarını artırır. Rusiya da əgər mane olsa, Rusiya-Çin ittifaqı çat verər. Rusiyanın yeganə rəqibi ABŞ-dır. Bu mübarizədə isə Rusiyanın ciddi uğurları var”.

Son illərdə Çinin iqtisadi yüksəlişi və Rusiyanın təsirinin postsovet məkanından da kənara çıxması kimi hadisələri müşahidə edirik. Politoloq ABŞ-ın artıq keçmiş gücünün olmadığını qeyd edir.

“ABŞ artıq supergüc deyil, hər şeyi diktə edə bilmir və bəzi məsələlərdə tərəf tutur ki, bu, bizim də narahatlığımıza səbəb olur. Buna görə də ABŞ siyasəti dünyanın hər yerində aparıcı deyil. ABŞ dünyanın ən iri hərb büdcəsinə malikdir. ABŞ dünyada ən çox hərbi bazalara sahib olan dövlətdir. Amma ABŞ yanğınsöndürən maşın da deyil ki, dünyanın hər yerinə özünü çatdıra bilsin və problemləri həll etsin. Əksinə görürük ki, ABŞ Əfqanıstandan da çıxmağa qərar verib. Halbuki Əfqanıstandakı əsas problemi həll edə bilmədi. Taliban hələ də öz gücünü qoruyur. Bunlar ondan xəbər verir ki, dünya çoxqütblü istiqamətə irəliləyir”, deyə Elxan Şahinoğlu fikrini tamamlayıb.

Ülvi Əhmədli

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı