"Qərbin və Rusiyanın toqquşması bizim xeyrimizədir" Tofiq Zülfüqarov "ərazi iddiası" siyasətini irəli sürür

Analitika 17:57 18.05.2021

Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası zamanı yaranmış problem iki dövlətin hüdudlarından kənara çıxıb. Bu məsələ ABŞ, Fransa və Rusiya kimi ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin müzakirə mövzusuna çevrilib.

Ermənistan Azərbaycanın öz sərhədlərini bərpa etmə prosesini dövlət sərhədlərini pozma kimi qələmə verib. Ermənilər bütün dünyaya Azərbaycan ordusunun Ermənistan sərhədlərinə daxil olduğu barədə car çəkirlər.

Problem ilə bağlı ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Cek Sallivan dünən Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyana zəng edib. O, sərhəddə baş verən hərbi hərəkətləri təxribatçı və məsuliyyətsiz addımlar kimi ifadə edib.

Daha sonra ABŞ Prezidentinin müşaviri Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Sallivan dövlət başçısı ilə sərhəddə baş verən hadisələri müzakirə edib. Mətbuatda verilən məlumata görə, zəng zamanı problemin çıxış yolu kimi danışıqların başlanılması məsləhət görülüb.

Baş verən hadisələrin çərçivəsində Cənubi Qafqazda Qərbin fəaliyyətinin artması və onun manevr imkanları maraq doğurur. Bundan başqa, Azərbaycanın yaranmış vəziyyətdə hansı addımlar ataraq öz maraqlarını qoruması da müzakirə mövzusuna çevrilib.

Eurasia Diary bu suallara cavab tapmaq üçün keçmiş xarici işlər naziri və politoloq Tofiq Zülfüqarovun şərhini alıb.

Politoloq, ABŞ Prezidentinin müşavirinin zənginin sadə izahı olduğunu bildirib: “Ermənistanda daxili böhran baş verir və onlar seçkilərə hazırlaşırlar. Bu seçkilərin əsas sualı isə Ermənistanın gələcək xarici siyasətinin hansı istiqamətdə olmasıdır. Yəni, onlar Qərb, yoxsa Rusiya istiqamətini seçəcəklər? Burada müxtəlif qüvvələr özünə uyğun siyasət aparmağa cəhdlər edir. Əslində, Qaragöl məsələsi texniki məsələdir. Amma erməni tərəfi buna həddən artıq informasiya və siyasi əhəmiyyət verməyə çalışır. Əsas məqsəd isə “Ermənistanın təhlükəsizliyini təmin edən kimdir” sualını gündəmə gətirməkdir”.

Politoloq bu sualın cavabının zənglərin coğrafiyasında olmasını hesab edir. Onun sözlərinə görə, Ermənistan Rusiyanın indiki mərhələdə, 44 günlük müharibə vaxtı kimi ermənilərin istədiyi qədər dəstək verməyəcəyini başa düşür.

“Rusiya Ermənistan cəmiyyətinin qərbyönümlü siyasətin tərəfdarı olduğunu anlayır. Bu baxımdan rusların əsas məqsədi Ermənistana lazım olduğunu sübut etməkdir. Amma nə dərəcədə? Siyasi prosesləri Azərbaycanla qarşıdurma dərəcəsinə, Türkiyə ilə işbirliyini pozmaq vəziyyətinə gətirmək mümkün deyil. Eyni zamanda, bu məsələni qabartmaq üçün bu proseslər baş verir. Digər tərəfdən isə Qərb ölkələri, xüsusən də ABŞ və Fransa istəyirlər ki, siyasi dəstəyi Ermənistana versinlər və qərbmeylli istiqaməti dəstəkləsinlər. Proseslər bu istiqamətdə inkişaf olunur. Hələlik onlar Azərbaycanın bəzi oyunçuların əlində olan vasitə olduğunu hesab edir. Lakin mən belə düşünmürəm, çünki Azərbaycanın əsas məqsədi öz ərazi bütövlüyünü bərpa etmək, Ermənistanın bizim daxili işlərimizə müdaxiləsinin qarşısını almaqdır”, deyə Tofiq Zülfüqarov söyləyib.

Hal-hazırda Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev NATO mənzil-qərargahında səfərdədir. Dünən isə ABŞ Prezidentinin müşaviri Cek Sallivan dövlət başçısına zəng edib. Keçmiş diplomat bu hadisələr arasında əlaqənin mövcud olmadığını diqqətə çatdırıb. O, bu cür ciddi məsələlərin köməkçilər səviyyəsində həll edilmədiyini vurğulayıb.

Politoloq Azərbaycanın məqsədlərinə toxunub: “Azərbaycanın əsas məqsədi budur ki, 10 noyabrda qəbul edilmiş müddəaların icrasını və Zəngəzur dəhlizinin açılmasını təmin etsin. Mənim mövqeyim isə Azərbaycanın Ermənistana rəsmi olaraq ərazi iddialarının irəli sürülməsidir. Bir neçə ayın ərzində biz gördük ki, Ermənistanın rəsmiləri, hərbçiləri və digər vətəndaşları daima Azərbaycanın sərhədlərini pozub Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfərlər təşkil ediblər. Buna reaksiya verən yoxdur. Qərbin bəyanatların görmürük. Amma bizim bir iki əsgərin guya Ermənistan ərazisinə getməsinə toxunublar. Bu baxımdan onların reaksiyası adekvat deyil. Biz bunun qarşısını almalıyıq və hücum diplomatiyasına keçməliyik yəni ərazi iddialarını irəli sürüb Ermənistanın bizə qarşı siyasətini onlara qarşı təkrarlamalıyıq”.

Son hadisələr Cənubi Qafqaz regionunda Qərb ilə Rusiya arasında maraqlar toqquşmasının olduğunu göstərir. Keçmiş diplomat Azərbaycanın belə bir vəziyyətdə situasiyanın öz xeyrinə istifadə etməli olduğunu qeyd edib. O, bu toqquşmanın Azərbaycanın xeyrinə olduğuna bildirib: “Biz başa düşməliyik ki, var hədəf, var ona nail olmaq. Hədəf kimi mənim şübhəm yoxdur ki, Ermənistanda qərbyönümlü qüvvələr qalib gələcək. Rusiyanın qısa müddətdə Ermənistandan çəkilməsinə çalışacaq. Buna görə, orada qərbyönümlü siyasətin aparılması bizim xeyrimizədir. Çünki coğrafiya baxımından Ermənistanda bu cür siyasətin aparılması Türkiyəni ən vacib faktora cevirəcək. Amma bu vəziyyətə nail olmaq üçün isə uzun proseslər baş verməlidir”.

Politoloq yaranmış vəziyyətdə Zəngəzur koridorunun açılmasına nail olmaq üçün Azərbaycanın Ermənistana qarşı ərazi iddialarının qaldırmasının vacibliyini bildirib.

“Bu torpaqlar 100 il əvvəl qeyri-qanuni ermənilərə verilib və orada yaşayan həmyerlilərimiz etnik təmizləmələrə məruz qalıblar, heç bir azərbaycanlı qalmayıb. Biz onların hüquqlarının bərpası məsələsini qaldırmalıyıq, yəni əks-hücuma keçməliyik. Bu siyasətin bizim xeyrimizə olduğunu hesab edirəm. İnsanlar Qərbin indiki müxtəlif səviyyələrdə olan təzyiqi isə müvəqqətidir. Onlar real olaraq bizə qarşı heç nə edə bilməzlər. Çünki Ermənistan indiki mərhələdə hər gün bizim  suveren hüquqlarmızı pozur, rəsmilər və qeyri-rəsmilər sərbəst olaraq o bölgələrə gedib-gəlirlər. Bu baxımdan sərhədlərin toxunulmazlığı suveren hüquqların pozulması və s. nəzərə alsaq, bunların Ermənistanın pozduğunu görəcəyik”, deyə Tofiq Zülfüqarov şərhini bitirib.

Ülvi Əhmədli

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Hamısı