Ərdoğan-Bayden görüşü müzakirəyə çıxarılacaq mövzular dəqiqləşdirilir

Analitika 17:49 11.06.2021

İyun ayının 14-də Türkiyə Prezidenti Ərdoğanla Amerika Prezidenti Bayden arasında keçiriləcək görüş yaxınlaşdıqca müzakirəyə çıxarılacaq məsələlər də dəqiqləşdirilir. Əldə edilən son məlumatlara əsasən iki lider arasında müzakirələr 9 məsələ ətrafında cərəyan edəcək. Bunlar FETÖ ilə mübarizə, PKK/YPG-yə ABŞ tərəfindən verilən yardımın kəsilməsi, F-35 və S-400 problemi, Suriya, Liviya, Şərqi Aralıq Dənizi, Dağlıq Qarabağ məsələsi və ən nəhayət iki ölkə arasında ticarət dövriyyəsini 100 milyard dollara çatdırılmasıdır.

Bu məsələlərin müzakirə mövzusuna çevrilməsinə ikitərəfli danışıqlar nəticəsində nail olunub və son bir neçə ay ərzində iki ölkə arasındakı müvafiq qurumlar arsında aparılan intensiv danışıqlar bu məsələlər ətrafında ümumən hər iki tərəfi qane edən razılığın əldə olunduğunu deməyə əsas verir.

Müzakirə olunacaq məsələlərin demək olar ki, hamısı Türkiyə qədər Azərbaycanın da maraq dairəsindədir və Türkiyənin bu danışıqlarda əldə edəcəyi uğurlar eyni zamanda Azərbaycanın da uğurlarıdır. Məhz buna görə və xüsusilə Dağlıq Qarabağ məsələsinin müzakirə mövzusu olduğu üçün biz də bu görüşü və görüşdən əldə olunacaq nəticələri səbirsizliklə gözləyirik.

Türkiyə və Amerika Birləşmiş Ştatları arasında ticarət dövriyyəsini indiki 30 milyard dollardan 100 milyard dollara çatdırılması iki ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq. Bu, eyni zamanda, Azərbaycanın da ixrac potensialının inkişaf etdirilməsinə kömək edə bilər. Çünki, Türkiyənin müəyyən müddət ərzində Azərbaycanda istehsal olunan mallara da ehtiyacı yarana bilər. Yaxud, Türkiyə Amerikanın ticarət tələbini təmin etmək üçün Azərbaycandan istifadə edə bilər.

Türkiyə Prezidentinin görüşün ardınca Azərbaycana səfər etməyi qərar alması Dağlıq Qarabağ məsələsində Azərbaycan və Türkiyəni təmin edəcək müsbət qərarların alınacağından xəbər verir. Bu qərarları sürpriz olaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə öz dili ilə çatdırmaq istəməsi Ərdoğanın Azərbaycan xalqı və onun Prezidentinə nə qədər yüksək qiymət verdiyinin növbəti dəfə sübutudur.

Heç şübhəsiz, Qarabağ məsələsinin bu səviyyədə danışıqların mövzusu olması və diqqətin növbəti dəfə müsbət prizmadan Azərbaycana yönəlməsi Tükiyə və Azərbaycan diplomatiyasının qələbəsidir. Orada bizim haqqımızda qəbul olunacaq istənilən müsbət qərar isə siyasi sahədə erməni simasındakı düşmənlərimizə vurulan növbəti zərbədir.

Biz hörmətli cənab Prezidentimizin ifadə etdiyi kimi “hücum diplomatiyamızı” bundan sonra daha da fəallaşdırmalıyıq.

Politoloq Əlimusa İbrahimov

Politoloq: “Köçəryan və Sarkisyan Azərbaycana təhvil veriləcək” –  Aktualinfor.org

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı