NATO da Çini hədəf seçdi

Analitika 13:52 18.06.2021

“Böyük yeddilər”ə daxil olan ölkələrin liderləri Böyük Britaniyadakı son toplantıda iki hədəf göstərdilər -  Rusiya və Çin. “Böyük yeddilər”ə daxil olan ölkə liderlərin bir qismi daha sonra NATO-nun toplantısına qatılmaq üçün Brüsseldə yığışdılar və bəlli oldu ki, bu təşkilatın hədəfləri də eynidir. 

NATO-nun Brüsseldə qəbul etdiyi yekun bəyanatda Rusiya “Avropa təhlükəsizliyi üçün təhdiddir” kimi, Çin isə “dünya nizamı üçün sistemli təhlükədir” kimi dəyərləndirildi. Halbuki, NATO-nun 18 ay əvvəl keçirilən sammitində Çini sadəcə “böyüyən güc” kimi qiymətləndirilmişdi. Bu o deməkdir ki, Çinin 18 ayda keçdiyi yol Qərbi ciddi narahat etməyə başlayıb. 

NATO-nun son strateji planı 2010-cu ildə tərtib olunub. Həmin planda Rusiya tərəfdaş kimi adlandırılarkən, Çin barədə bir kəlmə də yox idi. Demək, 11 ildə dünya çox dəyişib və təhdidlər artıb. Məsələ burasındadır ki, Rusiya 11 ilin içərisində Krımı ilhaq edib, Donbasda separatçı bölgə yaradıb, başqa ABŞ olmaqla bır sıra Qərb ölkələrindəki seçkilərdə kiberhücumlar həyata keçirib, xaricdəki keçmiş rusiyalı xəfiyyələr müəmmalı şəkildə qətlə yetirilib və s. Çin də son 11 ildə az yol qət etməyib, iqtisadiyyatı böyüyüb, hərbi imkanları artıb, ətrafındakı əraziləri genişləndirməyə qərar verib və s. ABŞ-la NATO-nun başı Əfqanıstanda qayda-qanun yaratmağa qarışarkən Çin sakitcə irəliləyib. Hazırda ABŞ və NATO Əfqanıstanı tərk etməyə hazırlaşırlar. Odur ki, başqa təhdidlərlə mübarizəyə daha çox vaxt ayrılacaq. 

Qərb mətbuatı Rusiyadan yazarkən son bir neçə ildə Çinə də diqqəti artırıb. Çünki Çinin artan ambisiyaları Qərbi narahat etməyə başlayıb. Çin həm nüvə gücünü, həm də Sakit okean hövzəsində gücünü artırır. Bundan başqa Çinin Rusiya ilə ittifaqı gücləndirməsi də Qərbdə ciddi suallar doğurur. İki ölkə tarixlərində ilk dəfə olaraq birgə hərbi təlimlər keçirməyə başladılar. Vaşinqton və Brüssel Çin-Rusiya birliyini pozmaq üçün müxtəlif ssenarilər üzərində düşünür. Elə ABŞ prezidenti Co Baydenin Cenevrədə rusiyalı həmkarı Vladimir Putinlə görüşərək müzakirə aparmasının məqsədlərindən biri də məhz bu idi. Bayden Putini xəbərdar edib ki, bir gün Çin artan iştahası Rusiyanın da başına bəla olacaq.

Beləliklə, Qərb Rusiya-Çin ittifaqını anti-demokratik blokun başlıca qüvvəsi hesab edir. NATO Avropa təhlükəsizliyinin təminatçısı rolunda çıxış etsə də, Çinin Asiya bölgəsində artan rolunu və oradan nüfuzunu genişləndirməyə başlamasına seyrçi qala bilməz.

“Atlas” Araşdırmalar Mərkəzi

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı