"Zamanı gəlincə, Rusiya Qarabağdan da geri çəkiləcək!” Ədalət Verdiyev

Analitika 14:46 18.06.2021

Son zamanlar bəzi yerli və xarici ekspertlər Ermənistan və Azərbaycan arasında yeni hərbi lokal əməliyyatın keçirilməsini istisna etmir. Bəzi ekspertlər bunu Zəngəzur koridorunun açılmaması, Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşdirilməməsi, erməni diversiya qruplarının davamlı təxribatlar törətməsi və s. kimi səbəblərlə bağlayırlar.

Bundan əlavə, Ermənistanın "Genaket" analitik mərkəzinin rəhbəri, hərbi ekspert Tiqran Abramyan bildirib ki, bir müddət sonra Ermənistan ordusu Xankəndidən könüllü şəkildə çıxmaqdan imtina etsə, Azərbaycan Silahlı Qüvvələri yeni hərbi əməliyyata başlaya bilər.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya tarixi səfəri zamanı Prezident İlham Əliyev Ərdoğana Xankəndi şəhərinin Şuşadan görünən mənzərəsini göstərərək “orada da olacağıq deyə” mesaj vermişdi. Şuşa bəyannaməsinə görə, Türkiyə və Azərbaycan "üçüncü ölkədən təhlükə olarsa" bir-birini qoruyacağı öhdəliyini üzərlərinə götürüblər. Bəyannamədə Türkiyə və Azərbaycanı dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan isə dəhlizlə bağlı son çıxışında “nə Meğri, nə Zəngəzur, nə də dəhliz sözləri birgə bəyannamədə yoxdur” deyib.     

Qeyd edilən məqamlar, həmçinin Rusiya sülhməramlılarının Xankəndində mövcudluğunun “qeyri-müəyyənliyi” məsələsi Ermənistanla Azərbaycan arasında yeni hərbi lokal əməliyyatın keçirilməsi ehtimalını yaradır.

“Hazırki vəziyyətdə Ermənistanın Azərbaycana qarşı hansısa kiçikmiqyaslı təxribatlar törətməsi istisna olunmasa da, irimiqyaslı əməliyyatların keçirilməsindən söhbət gedə bilməz. Bunun üçün Ermənistan kifayət edə biləcək imkan və potensiala malik deyil”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev Eurasia Diary-yə açıqlamasında deyib.

Könüllü döyüşçülərin STATUS “DÜYÜNÜ”: - Region News

“Hərbi əməliyyatların bərpa olunmasını Azərbaycan da arzu etmir. Çünki Azərbaycan tərəfi artıq azad edilmiş ərazilərdə quruculuq işlərinə başlayıb və inşaat işləri tam sürətlə davam edir. Hərbi əməliyyatların başlaması bu prosesləri qismən ləngidə bilər. Bu isə Azərbaycanın maraqlarına cavab vermir. Amma Ermənistan bunu çox "xahiş edərsə" və təxribatlara yol verərsə təbii ki, kiçikmiqyaslı antiterror və yaxud buna bənzər digər əməliyyatlar keçirilə bilər”.

Ekspert Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərə toxunub: “Kimsə Paşinyandan seçki öncəsi başqa cür bəyanat gözləyə də bilməzdi. Paşinyan bu bəyanatı səsləndirməzdən öncə imzaladığı sənədə də göz gəzdirməlidir. Zəngəzur dəhlizi Azərbaycanın Ermənistana təqdim etdiyi Laçın koridoru qarşılığında açılmalıdır və açılacaq. Bunun başqa yolu yoxdur. Ermənistanın arxalandığı bir-iki ölkə var ki, onların da səsi daha əvvəlki kimi eşidilmir. Görünür, onlar da artıq Qarabağ məsələsinin arxada qaldığı və münaqişənin başa çatması ilə razılaşıblar. Bununla razılaşmayanlar Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın son bəyanatlarına baxa bilərlər”, - deyə o, qeyd edib.

Ədalət Verdiyev Rusiya sülhməramlılarının Xankəndində mövcudluğu haqda danışarkən bildirib ki, Qarabağ ərazisinin tamamı Azərbaycana aiddir və bunu Rusiya da belə tanıyır: “Rusiyanın ora gəlməsi birgə bəyanatın şərtlərində öz əksini tapıb və hansı şərtlərlə çıxacağı da dəqiq şəkildə göstərilib. Tərəflərdən biri Rusiyanın iştirakını məqbul görməzsə və müddətin artırılmasını altı ay əvvəlcədən bəyan etməzsə, o zaman bu altı ay müddəti Rusiyanın öz qoşunlarını geri çəkməsinə siqnal kimi qəbul ediləcək. Rusiyanın bölgədən çıxmayacağından söhbət gedə bilməz. Çünki bu Rusiyanın nüfuzuna böyük bir zərbə endirmiş olar və bəlkə də buna görə beynəlxalq təşkilatlar Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilərlər. Bundan sonra artıq həmin qoşunların Qarabağda yerləşməsi qeyri-qanuni hesab ediləcək. Heç kim də düşünməsin ki, Azərbaycan və Türkiyənin bu qədər uyğun bir şəraitdə, müttəfiqlik, Şuşa bəyannaməsi fonunda Rusiya belə bir riskə gedə bilər. Bu real səslənmir. Zamanı gəlincə, necə ki, 1990-cı ildə 20 yanvardan sonra SSRİ geri çəkildi, 1992-ci ildə Rusiya geri çəkildi, necə ki, 2012-də Qəbələdən geri çəkildi, indi də eyni qaydada Qarabağdan geri çəkiləcək”.

Gülnar Səlimova

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı