Rusiya və Türkiyənin Cənubi Qafqazda siyasi və hərbi birliyi qeyri-mümkündür Fərid Şəfiyev

Analitika 17:48 18.06.2021

“Rusiya və Türkiyə arasında maraqların toqquşduğu təqdirdə Cənubi Qafqazda Rusiya-Azərbaycan-Türkiyə üçbucağının mövcud olması qeyri-mümkündür”.  Bunu Eurasia Diary-yə regionda Rusiya və Türkiyənin ortaq maraqlarını şərh edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

Xatırladaq ki,  Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Erdoğan Azərbaycan Respublikası Milli Məclisində çıxışı zaman regionda Rusiya və Türkiyənin roluna toxunub. Prezident Ərdoğanın qeyd etdiyinə görə, Moskva və Ankara Cənubi Qafqazda siyasi və iqtisadi sahələrdə birgə fəaliyyət göstərə bilərlər. O, Zəngəzur dəhlizinin hər iki dövlətin maraqlarında əsas prioritet təşkil etdiyini vurğulayıb.

Ərdoğan, həmçinin,  onun və Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə ayrı-ayrılıqda görüşlərin olacağını da bildirib. Görüşlərdə son günlər baş verən hadisələrin, o cümlədən Şuşa bəyannaməsinin müzakirə olunacağı düşünülür.

Ümumiyyətlə, yaxın gələcəkdə Cənubi Qafqaz regionunda Rusiya-Azərbaycan-Türkiyə üçbucağının yaranması mümkündürmü?  Regionda hal-hazırda gedən proseslər buna imkan yarada bilərmi?  Kreml bu üçbucağın yaranmasında nə dərəcədə maraqlı ola bilər?

Fərid Şəfiyev bildirib ki, hazırki şəraitdə Cənubi Qafqazda Rusiya-Azərbaycan-Türkiyə üçbucağının yaranması qeyri-mümkündür: “Mən düşünmürəm ki, yaxın gələcəkdə bu üçbucaq yarana bilər. Ona görə ki, Rusiya və Türkiyənin Qafqaz daxil olmaqla bir çox regional sahələrdə maraqları toqquşur. Hər iki dövlət ortaq məxrəcə hələ ki gələ bilmirlər. Belə olan təqdirdə, Ankara və Moskvanın Cənubi Qafqazda siyasi və hərbi sahələrdə ümumi maraqları bölüşməsi və bircə hərəkət etməsi qeyri-mümkündür”.

“Bu yaxınlarda Brüssel şəhərində NATO-nun sammiti keçirildi. Bu sammitdə Türkiyə rəhbərliyi bir daha NATO-nun birliyinə sadiq olduğunu təsdiq etdi. Türkiyə hələ də NATO-nun güclü və dəyərli üzvüdür. Bununla bərabər, Rusiya və NATO arasında fundamental problemlər mövcuddur. Belə şəraitdə Cənubi Qafqazda Rusiya və Türkiyə arasında siyasi və hərbi birliyin olması heç mümkün deyil”, -deyə əlavə edib.

Fərid Şəfiyev Rusiya və Türkiyənin regionda yalnız iqtisadi sahədə birgə hərəkət etmələrinin mümkün olduğunu qeyd edib: “Moskva və Ankara yalnız  regional iqtisadiyyatda əməkdaşlıq edə bilərlər. Cənubi Qafqazda Türkiyə ilə bu sahənin inkişafında Rusiyanın özü də maraqlıdır. Zəngəzur dəhlizi buna bir nümunədir”.  

Ekspert Ermənistan ilə stabil bir yolun açılması və cənub bazarlarına daxil olmaq üçün yeni bir dəhlizin yaranmasının Rusiyanın geostrateji maraqlarında prioritet təşkil etdiyini bildirib.

“Bildiyimiz kimi Rusiyanın Ermənistan ilə stabil bir yolu yoxdur. Bununla bərabər, Moskvanın Qərblə münasibətləri gərgin olduğu üçün Qərb bazarlarına girişi məhdudlaşıb. Buna görə, Kreml digər istiqamətlərdə, xüsusilə, cənub istiqamətdə bazarlara daxil olmağa çalışır. 10 noyabr və 11 yanvar bəyanatları Rusiyanın bu istəklərini nail olması üçün çox böyük şərait yaradıb. Bu bəyanatlar Cənubi Qafqaz regionunda geniş kommunikasiyaların yaranmasına istiqamətlənib. Bu kommunikasiyaların həyata keçməsi həm Rusiyanın, həm də Türkiyənin maraqlarını xidmət edir.  Yalnız bu sahədə üçbucağın qurulması mümkündür”- deyə o, vurğulayıb.

Fərid Şəfiyev Rusiya rəhbərliyinin artıq Türkiyənin Cənub Qafqaza daxil olduğunu və bu regionda gücləndiyini qəbul etdiyini bildirib: “Türkiyə artıq regionda iştirak eləyir. Bildiyimiz kimi, Qarabağ bölgəsində rus və türk hərbçilərindən ibarət Monitorinq Mərkəzi fəaliyyət göstərir. Moskvada artıq Türkiyənin Cənubi Qafqazda varlığını qəbul edənlər var. Yaxın gələcəkdə Türkiyənin bu regionda siyasi, iqtisadi və hərbi təsiri daha da artacaq”.  

“Onu da qeyd edim ki, Moskva Türkiyənin Cənubi Qafqazda təsirinin artmasını istəmir. Türkiyənin və ya digər dördüncü ölkənin Ermənistan-Azərbaycan sülh prosesində iştirak etməsi Rusiyanın maraqlarına xidmət etmir. Hətta, Rusiya çalışacaq ki, regionda Türkiyənin təsirini məhdudlaşdırsın. Rusiya yalnız özünü burada güclü görmək istəyir” - deyə o, fikrini tamamlayıb.

Yunis Abdullayev

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı