Şuşa bəyannaməsi Qazaxıstanı hərəkətə gətirib

Analitika 13:51 22.06.2021

Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi Azərbaycana səfər edərək Prezident İlham Əliyev və Xarici İşlər naziri Ceyhun Bayramovla görüşdü. Qazaxıstan Azərbaycanla strateji əlaqələri üst səviyyəyə qaldırmaq istəyir. Bunu Muxtar Tleuberdinin Azərbaycan rəhbərliyi ilə görüşündə söylədiyi açıqlamalardan da müəyyənləşdirmək olar.

Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdinin Bakıda Prezident və azərbaycanlı həmkarıyla görüşdə səsləndirdiyi açıqlamaları bu şəkildə qruplaşdırmaq olar:

- Azərbaycanın Qarabağdakı qələbəsi regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edir. Azərbaycanın ərazi bütövlüyünün bərpası, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsi və Qələbə münasibətilə Azərbaycan prezidentini və xalqını səmimiyyətlə təbrik edirəm;

- Qazaxıstanla Azərbaycan arasında dostluq münasibətləri Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev və Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Qazaxıstanın hazırki prezidenti Kasım-Jomart Tokayev bu siyasəti davam etdirərək Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində addımlar atır;

- İki ölkə arasında investisiya layihələrinin reallaşdırılması və nəqliyyat dəhlizlərinin inkişafı önəmlidir. Qarşıdakı illərdə yükdaşımanın həcminin artırılmasının və tariflərin unifikasiyası üçün daha əlverişli şəraitin yaradılmasına ehtiyac var. Bu mənada ticari-iqtisadi əməkdaşlığın şaxələndirilməsi və qarşılıqlı ixracın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır;

- Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazla Mərkəzi Asiya arasında inteqrasiyaya, Xəzər dənizinin liman infrasturkturunun inkişafına təkan verəcək. Azərbaycan böyük enerji və nəqliyyat layihələrinin mərkəzinə çevrilir. Bu Qazaxıstanın da maraqlarına cavab verir;

- Qazaxıstanın Cənubi Qafqazdakı əsas siyasi və iqtisadi tərəfdaşı Azərbaycandır. 

Qazaxıstan Ermənistanla birgə Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Buna baxmayaraq, Qazaxıstan Cənubi Qafqazda məhz Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək istəyir. Qazaxıstan Azərbaycanın Qarabağ müharibəsində qazandığı qələbəyə sevinir. Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada müttəfiqliklə bağlı imzaladıqları bəyannamə də Qazaxıstanın diqqətini çəkib.

Azərbaycanla Türkiyə arasında güclənən siyasi, iqtisadi və hərbi ittifaqın tədricən Mərkəzi Asiyaya uzanması perspektivi var. Qazaxıstan, Özbəkistan və Qırğızıstan gələcəkdə bu ittifaqın tərkib hissəsi ola bilərlər. Misal üçün Qırğızıstanın yeni prezidenti Sadır Japarov bir müddət əvvəl Ankaraya gedərək Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla görüşdü. Qırğızıstan prezidenti Ərdoğanla görüşdə iki ölkə arasında əlaqələri daha üstə səviyyəyə qaldırmaq istədiyini dedi.

Zəngəzur dəhlizinin açılmasıyla Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri bir-birlərinə daha sıx bağlanacaqlar. Buna qədər isə bu ölkələr siyasi, iqtisadi və hərbi əlaqələrini gücləndirəcəklər. Bu ölkələrin birgə hərbi texnika istehsalından tutmuş, birgə hərbi təlimlərə qədər addımlar atacağını proqnozlaşdırmaq mümkündür. Bu türkdilli dövlətlərin aralarındakı inteqrasiyanın gücləndirilməsində əhəmiyyətli rol oynayacaq.

“Atlas” Araşdırmalar Mərkəzi

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı