Qarabağ erməniləri və Ermənistan arasında olan nifaq yeni hal deyil Politoloq

Analitika 09:39 23.06.2021

Ermənistanın işğal etdiyi Qarabağı itirməsi ilə ölkədə yaranmış ikitirəlilik parlament seçkilərindən sonra özünü açıq şəkildə göstərməyə başlayıb.

Namizədlər arasında “Qarabağ klanı”nın təmsilçiləri olan Robert Koçaryan və Serj Sarkisyan seçkinin nəticələrini tanımadıqlarını və konstitusiya məhkəməsinə müraciət edəcəklərini bəyan ediblər. Bundan sonra isə Xankəndidə Araik Arutunyanın istefası tələbi ilə etirazlar keçirilib. Ermənilər bəyan ediblər ki, Arutunyan “artsaxlıların” mövqeyini əks etdirmir. Belə ki, Ermənistanda seçki günü Arutunyan Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş həmrəyliyi” blokunun baş qərargahına gəlib və sonradan Paşinyanı seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.

Məlumdur ki, Qarabağ erməniləri daha çox Koçaryanı dəstəkləyirlər və Qarabağın itirilməsində Paşinyanı, eləcə də Arutunyanı günahlandırırlar. İndiki halda seçkinin nəticələri Ermənistan və Qarabağ erməniləri arasında bağların qopmasına gətirib çıxara bilər.

Məsələ ilə bağlı politoloq Əhməd Əlili Eurasia Diary-yə açıqlama verib.

“Ermənistanda və Dağlıq Qarabağın özündə yaşayan ermənilər gələcəkləri ilə bağlı təhlükəsizliyin təmin olunmasını Robert Koçaryanın hakimiyyətə gəlməsində görürdülər. Belə bir fikir vardı ki, vaxtilə Koçaryanın rəhbərliyi altında olarkən vəziyyət tamamilə dəyişib. Ona görə də, Qarabağ erməniləri öz gələcəkləri ilə bağlı xoş perspektivləri bütünlüklə Koçaryanın adı ilə bağlayırdılar. Paşinyanın seçkilərdə önə çıxması bütün ermənilər üçün və Ermənistanı tədqiq edən ekspertlər üçün də sürpriz oldu. Əksər proqnozlar ondan ibarət idi ki, Paşinyan nisbi səslə qalib gələcək. Növbəti mərhələdə isə səs fərqi o qədər az olacaq ki, Robert Koçaryan Nikol Paşinyanın qalibiyyətini çox asanlıqla şübhə altına ala biləcək. Gözləntilərin tam əksinə olaraq, fərq o qədər böyük oldu ki, Koçaryan hər hansı bir formada bunu ciddi şübhə altına ala bilmədi. Və planlaşdırılan küçə hərəkatı da baş tutmadı. Bu səbəbdən Koçaryanın məğlub olması və məğlubiyyətdən sonrakı dövr ərzində də əl-qolunun bağlı olması Dağlıq Qarabağ ermənilərində müəyyən qədər frustrasiya və narazılıq yaradır. Əlbəttə ki, onların öz gələcəyi ilə bağlı mövcud olan qeyri-müəyyənliyin güclənməsi bu və ya digər formada Qarabağ erməniləri arasında özünü göstərməliydi. İndiki halda Araik Arutunyana qarşı ifadə olunmuş bir formada özünü büruzə verdi. Arutunyan özü bir qədər əvvəl Paşinyanın seçki qərargahında görüntüləndi. Belə məlum oldu ki, Qarabağ erməniləri arasında Paşinyanı dəstəkləyənlər var. Arutunyanın məsələ ilə bağlı ermənilər qarşısında cavab verməsinə ehtiyac yarandı və bu ehtiyac bütün bu prosesləri diktə etdi. Hesab edirəm ki, bu kontekstdə maraqlı proseslər hələ qabaqdadır”.

Politoloq Ermənistan və Qarabağ erməniləri arasında baş verən bölünmə barədə fikir bildirib: “Məsələ burasındadır ki, Paşinyan Ermənistan parlamentindəki müraciətində də "Bu cür ayrı-seçkilik salınmasın, Qarabağ erməniləri ilə digər ermənilər birdir” kimi bəyanatlar verdi. Hal-hazırda biz bu cür ayrı-seçkiliyi görürük. Buna bənzər fikri müharibədən sonra Serj Sarqsyan səsləndirmişdi. O, müsahibələrinin birində “2018-ci il Ermənistanda hakimiyyət çevrilişi anti-Qarabağ hərəkat idi” demişdi. Yəni Ermənistan erməniləri Qarabağı özlərindən uzaqlaşdırdılar və bəlli oldu ki, hakimiyyətə gələn Nikol Paşinyan bu və ya digər formada Qarabağı Azərbaycana qaytarmalıdı. Ona görə də, Qarabağ erməniləri və vaxtilə onlara rəhbərlik etmiş şəxslərdən biri olan Serj Sarqisyanın bu bəyanatı onu göstərir ki, Qarabağ erməniləri və  Ermənistan erməniləri arasında ciddi narazılıq var. Məlumata görə, Ermənistan erməniləri də artıq Qarabağ ermənilərini İrəvan küçələrində və digər küçələrdə görərkən hətta təhqir edirlər ki, onların həyatı son 30 ildə Qarabağ ermənilərinə görə dözülməz hala düşüb. Düşünürəm ki, Qarabağ və Ermənistan erməniləri arasında olan belə bir nifaq yeni hal deyil, çoxdan vardı. Bir müddət ola bilsin arxa plana keçsin, amma Ermənistanı tədqiq edən ekspertlər bu məsələdən xəbərdar idilər və bu heç də gözlənilməz bir şey deyildi”.

Gülnar Səlimova

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı