"Rafale" və "JF Block II" qırıcılarını real araşdırmaq imkanı Hərbi ekspert açıqlayır...

Analitika 22:50 23.06.2021
Vətən Müharibəsindən sonrakı dövrdə Azərbaycan ilə Türkiyə Silahlı Qüvvələri arasında intensiv birgə hərbi təlimlər keçirilir. Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndələrinin iştirak etdiyi növbəti “Anadolu Qartalı - 2021” təlimləri də dünən başladı. İyulun 3-nə qədər davam edəcək 11 günlük təlimlərdə 4 ölkənin nümayəndələri iştirakçı olaraq, 18 ölkə nümayəndələri isə müşahidəçi qismində iştirak edir. 
Xatırladıram ki, təlimlərin keçirildiyi “Anadolu Qartalı” təlim mərkəzi Konya şəhərində yerləşir, dünyada oxşar imkanlara sahib üç taktiki təlim mərkəzindən biridir. Avropanın isə yeganə taktiki təlim mərkəzidir.
 
Təlimdə iştirak edəcək təyyarələr və heyətlər bir neçə gün əvvəl TSQ-nin Konyada yerləşən 3-cü qırıcı aviabazasının ərazisində yerləşiblər. İyunun 18-də təlimin planlaşdırılması, ona hazırlıq prosesi, gedişi və mərhələlər üzrə icra olunan tapşırıqlar barədə ictimaiyyətə ətraflı brifinq təqdim edildi.
Təlimin ilkin mərhələsində Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq yer hədəflərinin məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə icra etdilər. 
 
Mövcud statistik məlumatlar
 
2001-ci ildən 2021-ci ilə qədər 43 dəfə “Anadolu Qartalı” təlimi keçirilib, bu təlimlərə ümumilikdə 14 ölkə, 35657 nəfər şəxsi heyət və 2920 təyyarə cəlb edilib. Bu təyyarələr ümumilidə 24222 uçuş həyata keçirib.  
 
İştirakçılar 
 
Beynəlxalq “Anadolu Qartalı-2021” təlimlərinə qatılacaq ölkələrin şəxsi heyəti və təyyarələri 18 iyuna qədər Konyadakı aviabazaya daşınmanı tamamladı. Təlimdə Qətər, Azərbaycan, Pakistan və NATO-dan olan heyətlərlə bərabər Türkiyənin Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin Komandanlığı iştirak edəcək. Təlimlərin tarixinə, iştirakçı ölkələrin təlimlərə cəlb etdiyi heyət və vasitələrə qısaca nəzər salaq.
 
Türkiyə
 
Türkiyə 2001-ci ildən “Anadolu Qartalı” təlimlərinə ev sahibliyi edir. Amerika Birləşmiş Ştatları və İsrail Hərbi Hava Qüvvələrinin iştirakı ilə başlayan bu təlimlər beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Ev sahibi kimi Türkiyə təlimlərə həm HHQ-nin, həm də HDQ-nin vasitələrini cəlb edir. Beynəlxalq təlimlərdən əvvəl eyni ad altında keçirilən milli təlimlər isə digər iştirakçılar üçün yeni silahlı mübarizə metodlarının repetisiyası hesab edilir. 
Bu il keçirilən təlimlərə Türkiyə Hərbi Hava Qüvvələrindən 6 ədəd F-16, 1 ədəd KC-135R, E-7T HİK və ANKA-S PUA-sı, Türkiyə Hərbi Dəniz Qüvvələrindən isə 2 freqat və 2 hücum kateri cəlb ediləcək. Hava Hücumundan Müdafiə qoşunlarının vasitələrinin iştirakı da gözlənilir. Azərbaycan
Azərbaycan “Anadolu Qartalı” adlı beynəlxalq hərbi təlimlərində 2015-ci ildən iştirak edir.  Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti ilə bərabər aviasiya vasitələri də təlimə cəlb olunub. Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 qırıcısı və 2 ədəd “Su-25” hücum təyyarəsi təlimlərə cəlb edilib. 
 
Pakistan 
 
Pakistan 2015-ci ildən bəri bütün Beynəlxalq “Anadolu Qartalı” təlimlərində iştirak edir. Pakistan Hərbi Hava Qüvvələri son dəfə 2019-cu ildə özünün istehsal etdiyi JF-17 “Thunder” döyüş təyyarələri ilə qatıldı. Pakistan bu il keçirilən təlimdə 5 ədəd JF-17 Block II döyüş təyyarəsi və 16-cı “Qara Panterlər” eskadrilyasından C-130 nəqliyyat təyyarələri ilə iştirak edir.  
 
Qətər 
 
Qətər təlimlərə əvvəllər 4 ədəd “Mirage-2000” döyüş təyyarəsi ilə qatılırdı. 2019-cu ildə isə yalnız C-17 və C-130 yük təyyarələri ilə iştirak etmişdi. Bu il isə Qətər təlimlərə Fransanın “Dassault Aviation” şirkətindən 2 il əvvəl əldə etdiyi 4 ədəd “Rafale” döyüş təyyarələri ilə bərabər C-17 və C-130 nəqliyyat təyyarələri ilə qatılıb. Xatırladıram ki, “Rafale” döyüş təyyarələri son dəfə Türkiyəyə 2015-ci ildə təşkil edilən NATO-nun “Tiger Meet” təlimləri zamanı Fransa Hərbi Hava Qüvvələri tərəfindən gətirilmişdi.
 
NATO
 
Şimali Alyans təlimlərdə mütəmadi olaraq dəstək verir, bu dəfə təlimlərə NATO-nun 1ədəd AWACS tipli E-3A erkən xəbərdarlıq təyyarəsi cəlb edilib.
 
Müşahidəçi ölkələr
 
Təlimlərdə Banqladeş, Belarus, Bolqarıstan, Burkina Faso, Gürcüstan, İraq, İsveç, Kosovo, Livan, Macarıstan, Malayziya, Nigeriya, Rumıniya, Tunis, Ukrayna, Oman, İordaniya və Yaponiya müşahidəçi statusunda iştirak edəcəklər.
 
Həm milli, həm də beynəlxalq təlim
 
Konyada keçirilən “Anadolu Qartalı” təlimləri ildə iki dəfə keçirilir: biri milli, digəri isə beynəlxalq səviyyədə icra olunur. Milli təlimlər adətən Qırmızı (düşmən) və Göy (dost) qüvvələr arasında hava döyüşlərini əks etdirən ssenari əsasında və döyüşə yaxın şəraitdə baş verir. “Anadolu Qartalı” təlimi son dəfə 2019-cu ildə keçirilib, 2020-ci ildə isə həm milli, həm də beynəlxalq təlimlər Covid-19 səbəbindən ləğv edilib.
 
Təlimlərin məqsədi
 
“Anadolu Qartalı” təlimi pilotların döyüş hazırlığını artırmaqdan, onların bilik, bacarıq və təcrübələrini mübadiləsini reallığa yaxın müharibə mühitində həyata keçirməkdən və qarşılıqlı əlaqədə reallaşdırılan əməliyyatlar üçün təlim səviyyələrini yüksəltməkdən, heyətləri yalnız qələbəyə ruhlandırmaqdan, pilotların peşəkar hazırlıq səviyyələrini sistematik olaraq qiymətləndirməkdən, onların taktiki hazırlığının inkişafına rəhbərlik etməkdən, hücum aviasiyası ilə qırıcı aviasiyanın döyüş əməliyyatları çərçivəsində əlaqələndirilməkdən, döyüş heyətlərinin ən qısa müddətdə, ən az resurs və imkanlarla müharibənin hərbi hədəflərini əldə etməkdən, digər qoşun növlərinin əməliyyat ehtiyaclarının ödənilməsinə töhfə verməkdən, istehsal və satınalma proseslərini istiqamətləndirməkdən, qoşunların təlim ehtiyaclarını qarşılayacaq mühit yaratmaqdan, satın alınan və ya inkişaf etdirilən aviasiya/silah sistemlərinin sınaqlarına dəstək verməkdən ibarətdir. 
 
Təlimlərə hazırlıq
 
“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində iştirak edəcək heyətlər, o cümlədən Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş heyəti ilkin hazırlıq məşqlərini iyunun 19-da başa çatdırdılar. Hərbi pilotlar bu məşq uçuşları hava məkanının uçuş zonalarını, ərazidəki qalxma-enmə zolaqlarını və marşrut üzrə aeronaviqasiya vəziyyətini öyrənmək, o cümlədən uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə həyata keçiriblər. Müxtəlif ölkələri təmsil edən komandaların nümayəndələri hazırlıq məşqləri çərcivəsində uçuş boyu tapşırıqların yerinə yetiriləcəyi rayonlara baxış keçiriblər. İynun 20-də təlimlərə hazırlıq üçün son tarixdir. Təlimlər 21 iyunda, səhər erkəndən “Həyəcan” siqnalının verilməsi ilə başlanacaq.
 
Bu ilin aprelində keçirilən Milli Anadolu Qartalı təlimlərinə Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının F-16, F-4E / 2020, E-7T (HIK), KC-135R təyyarələri və PUA-ları ilə bərabər Hərbi Dəniz Qüvvələri Komandanlığınının TCG GÖKSU və TCG BORA gəmiləri qatılmışdı.
 
Öhdəliklərini yerinə yetirilməsində mühüm addım 
 
Beynəlxalq “Anadolu Qartalı-2021”  təlimləri zamanı ilk dəfə olaraq Türkiyənin NATO-nun Müdaxilə Gücü (NATO Response Force- NRF) çərçivəsində götürdüyü öhdəliklərin qabiliyyət sertifikatlaşdırması və qiymətləndirməsi həyata keçiriləcək. Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən Müdaxilə Gücü çərçivəsində Çox Yüksək Hazırlıqlı Birgə Xüsusi Qüvvələrə ayrılan 6 ədəd F-16, 1 ədəd KC-135R yanacaqdolduran təyyarəsi və 6 ədəd “Stinger” Hava Hücumundan Müdafiə heyətinin döyüşə hazırlığı və qarşılıqlı fəaliyyət qabiliyyəti də yoxlanılacaq. 
 
Qiymətləndirmə
 
Təlimlər çərçivəsində heyətlər tərəfindən yerinə yetirilən vəzifələri qısa müddətdə qiymətləndirmək üçün Hava Mübarizəsinin Nümayiş Sistemi və Vəzifələrin Son Qiymətləndirmə Sistemi kimi yardımçı alt sistemlərdən istifadə ediləcək. Bu isə təlim iştirakçısı olan heyətə döyüşə hazırlıq səviyyəsini artırmağa imkan verəcək.
 
Nəticə
 
Davamlı olaraq döyüş imkanlarını artırmaq niyyətində olan Azərbaycan Silahlı Qüvvələri üçün beynəlxalq praktiki təcrübənin əldə edilməsi çox vacibdir. 21 xarici ölkənin peşəkar mütəxəssisləri qarşısında pilotlarımızın tanı olmayan coğrafiyada döyüş imkanlarını nümayiş etdirməsi və bu imkanların NATO standartlarına uyğun qiymətləndirilməsi, müharibədə məğlubiyyətə məruz qaldığı halda qırıcılarını havaya qaldırmağa belə cəhd etməyən Ermənistan üçün növbəti “göz dağı” olacaq. 
 
Çin və Pakistanın birgə istehsalı olan JF-17 “Thunder” döyüş təyyarəsi ilə yaxından maraqlanan və bu təyyarələrin alınması üçün danışıqları davam etdirən Azərbaycan üçün JF-17 təyyarələrini döyüşə yaxın vəziyyətdə imkanlarını araşdırmaq pilotlarımız üçün vacib əhəmiyyət daşıyır. 
Pilotlarımız həm ABŞ, həm SSRİ, həm Avropa, həm də Pakistan istehsalı olan qırıcıların texniki uçuş xüsusiyyətlərini müqayisə etmək, istehsalçıların elan etdiyi rəqəmlərin reallığa nə qədər uyğun gəldiyini məhz bu tip təlimlərdə araşdırmaq üçün unikal imkan əldə edirlər. Həm də eyni sinifdən olan bir çox rəqib aviasiya vasitələri və pilotlar, real imkanlarını göstərmək imkanı əldə ediblər. 
 
Döyüş əməliyyatlarında HHQ-nin HDQ ilə, pilotlunun pilotsuz aviasiya ilə qarşılıqlı əlaqəsinin təşkili üzrə Türkiyə və Azərbaycan heyətlərinin malik olduğu döyüş təcrübəsi digər ölkələrin öyrənməyə çalışdığı yeni silahlı mübarizə konsepsiyasıdır. Bu isə digər iştirakçılarının maraq göstərəcəyi və əldə edəcəyi vacib bir təcrübə olacaq. Azərbaycan bu təlimdə iştirakçılara “Su-25” və ya MiQ-29-dan Türkiyə ilə birgə istehsal etdiyi və Vətən Müharibəsində uğurla tətbiq etdiyi idarəolunan QFAB-250 LG qəlpəli fuqas aviasiya bombasının lazerlə tuşlanma nəticəsində əldə etdiyi yüksək dəqiqliyi praktiki olaraq nümayiş etdirə bilər. İştirakçılar üçün Türkiyənin POKETSAN şirkətinin istehsal etdiyi Mk-81 və Mk-82 aviasiya sursatlarının Azərbaycan döyüş vasitələrindən buraxılması da maraq kəsb edə bilər. 
 
Qısaca desək, 21 ölkəyə Vətən Müharibəsində Qələbəmizi təmin edən yerli, milli və tərəfdaşlarımızdan əldə edərək intrqrasiya etdiyimiz silahları təqdim etmək şanslarını yüksk dəyərləndirməliyik, fürsəti əldən verə bilmərik, əksinə bu imkanlardan maksimum şəkildə yararlanmalıyıq. 
 
Ədalət Verdiyev
Hərbi ekspert
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı