İlham Əliyevin qələbəsi və Moskvanın qisası? Qərbin “Mişel planı”na qarşı “Putin kartı”

Analitika 10:14 22.07.2021

İyulun 20-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında ikitərəfli görüş baş tutub. Görüşdə diqqəti cəlb edən bir neçə nüans olub.

Öncə qeyd edək ki, görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin və ümumilikdə Azərbaycan diplomatiyasının ən böyük uğuru Putinin bir dəfə də olsun “Dağlıq Qarabağ münaqişəsi” sözünü dilə gətirməməsi olub. Hətta Putinin Qarabağla bağlı bu ehtiyatlı və Bakının maraqlarına uyğun ritorikası erməni ictimaiyyətində kəskin etirazlarla müşahidə edilib. Misal üçün “Ədalətli Ermənistan" partiyasının sədri Norayr Norikyan yerli mediaya verdiyi açıqlamada Putinin münaqişə haqqında söz açmamasından gileylənib: " İlham Əliyevin görüşü zamanı Rusiya Prezidenti "Dağlıq Qarabağ münaqişəsi" ifadəsini işlətməkdən çəkindi və ən vacib məsələlərdən birinin bölgədəki vəziyyətin nizamlanması olaraq qaldığını vurğuladı”.

Interview with Norayr Norikyan - Public Television of Armenia

Qısası, Putinin də seçdiyi ritorikadan aydın olur ki, o, İlham Əliyevin 7 iyul tarixində Azərbaycanın iqtisadi rayonları ilə bağlı imzaladığı sərəncamı, yəni, Dağlıq Qarabağ ərazi vahidinin Qarabağla əvəz edilməsi və buranın Azərbaycanın tərkib hissəsi olması ilə razılaşıb.

Diqqəti cəlb edən ikinci bir məqamsa Putinin “kompromisli qərarları”na görə Əliyevə təşəkkür etməsi olub. Vladimir Putin: “Aydındır ki, regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır. Əlbəttə, bilirəm ki, Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiniz. Buna görə Sizə təşəkkür etmək istəyirəm ki, kompromisli qərarlar tapılır. Onlar həmişə ən mürəkkəb məsələlərdir, lakin əgər biz nizamlama istəyiriksə, - biz hamımız isə bunu istəyirik, - onda bu yolla getməliyik. İndiyə qədər biz bunu etməyə nail olmuşuq, buna görə Sizə təşəkkür etmək istəyirəm”.

Bəs bu kompromisli qərarlar nələrdən ibarətdir? Böyük ehtimalla, Putin ermənilər tərəfindən 10 noyabr bəyanatının şərtlərinin hələ də yerinə yetirilməməsinə baxmayaraq Əliyevin səbirli mövqeyini işarə edir. Belə ki, Ermənistan birgə bəyanatın şərtlərinə zidd olaraq Qarabağdan qoşunlarını çıxarmayıb, Qazax və Naxçıvanın işğal altındakı kəndlərini Azərbaycana təhvil verməyib, işğaldan azad edilmiş rayonların mina xəritələrini tam olaraq Bakıya təqdim etməyib və Zəngəzur dəhlizindən Azərbaycan üçün koridor açmayıb. Bütün bu öhdəlikləri yerinə yetirmək istəməyən Ermənistan həmçinin Qarabağda və Azərbaycan-Ermənistan dövlət sərhədində tez-tez atəşkəsi pozmaq, təxribatlara əl atmaqla rəsmi Bakının səbrini sınayır. Bakını isə anti-terror əməliyyatlarına başlamağa tam hüququ və gücü çatsa da bunu etməkdən onu rus sülhməramlılarının regiondakı varlığı saxlayır. Beləliklə, Azərbaycan Rusiyanın regionda varlığına hörmətlə yanaşır və hələlik kompromis diplomatiyasını davam etdirir, Putin də öz növbəsində buna görə təşəkkür edərək, Azərbaycanın bu siyasətinin öz bəhrəsini verəcəyinə işarə edir.

Görüşdə maraqlı məqamlardan biri də İlham Əliyevin iki dəfə “münaqişədən sonrakı” ifadəsini işlətməsi olub. O, qeyd edib ki, “münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik, düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”. Bu birgə səylərimizlə Ermənistanı “ağrısız, acısız, qansız və qadasız birgə bəyanatın şərtlərini yerinə yetirməyə məcbur etməliyik” deməkdir.

Təbii ki, görüşdə ictimaiyyətə açıqlanmayan məsələlər də müzakirə edilib və bəlkə qərar da qəbul edilib. Böyük ehtimalla bunlar regionda atəşkəsin pozulması, bunun qarşısının alınması yolları, Zəngəzur dəhlizinin açılması istiqamətində görüləcək işlər və ən əsası son günlər gündəmdə olan Azərbaycanın KTMT-yə müşahidəçi statusunda qəbul olunması məsələləridir.

Ümumilikdə görüş Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından olduqca uğurlu sayıla bilər. Putinin Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyi münasibətilə bir çox istiqamətlərdə dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək üçün işçi qrupunun Bakıya səfər edəcəyini bildirməsi bundan xəbər verir. Lakin Rusiya prezidentinin Moskvada həm münaqişə, həm də ikili münasibətlərlə bağlı Azərbaycan üçün “isti mesajlar” verməsi Ermənistanın Qərblə əməkdaşlığının inkişaf etdirilməsinə reaksiya kimi də nəzərdən keçirilə bilər.

Xatırladaq ki, ötən günlərdə Avropa Şurası Prezidenti Şarl Mişelin Cənubi Qafqaza səfəri, Ermənistana 2,6 milyard avroluq yardım paketinin ayrılması, həmçinin Fransa Prezidenti Emanuel Makronun Ermənistana qarşıdakı günlərdə gözlənilən səfəri Ermənistan Baş naziri əvəzi Nikol Paşinyanın seçkilərdən sonra intensivləşdirdiyi qərbyönümlü siyasətinin məntiqi nəticəsidir. 2,6 milyard avroluq yardım paketi Qərbin “Soyuq müharibə” dövründə öz müttəfiqləri üçün həyata keçirdiyi “Marşal plan”na bənzəyir. Ona görə də Azərbaycan mətbuatı bu qərarı “Mişel planı” olaraq ifadə edib. Görünür, Qərb “pis-yaxşı” demokratik bir rejimin formalaşdıran Ermənistanı həm Rusiyanın vassallığından xilas etmək, həm də regionda demokratikləşməyə töhfə vermək məqsədilə bu tipli yardımlarını və səfərlərini davam etdirəcək. Bəs Moskva Qərbin Ermənistanı ağuşuna almasına “müşahidəçi” qalacaqmı?

VİRTUAL AZƏRBAYCAN

Təbii ki, xeyr. Putin sona qədər “münaqişə kartı”ndan istifadə edəcək. Qarabağ kartı bitəndə “Zəngəzur kartı” başlayacaq. Putinin Ermənistanı “cəzalandırmaq” üçün rəsmi Bakını bu istiqamətdə ardıcıl addımlar atmağa təşviq etməsi, “KTMT reaksiyaları”nı aradan qaldırmağı vəd etməsi istisna edilmir. Qeyd etmək lazımdır ki, Moskvanın məqsədi heç də Azərbaycanı tarixi torpaqlarına qovuşdurmaq deyil, əksinə, regionda yeni münaqişə ocaqları yaradıb Qafqazdakı partnyorları üzərində nəzarətini gücləndirməkdir. Və bu Qərbin maddi-siyasi dəstəyini arxasında hiss edən Ermənistanın da maraqlarına uyğundur. Rəsmi İrəvan beynəlxalq ictimaiyyət tərəfindən öz ərazisi hesab edilən torpaqlara Azərbaycanın hərbi müdaxiləsini özü üçün bir fürsət kimi dəyərləndirir. Çünki bu baş verərsə Azərbaycan Qərbin-dünyanın gözündə işğalçı dövlətə çevriləcək, sanksiyalarla üzləşəcək və Ermənistan Qarabağ məsələsində haqlı tərəfə çevriləcək. Rusiya da bu oyunda maraqlıdır, çünki Azərbaycanla Qərb arasında münasibətlərin pozulmasından ən çox o faydalanacaq. Regionda gedən bu “incə siyasəti” anlamaq və diqqətli olmaq zəruridir...

Nicat İsmayılov

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
Hamısı