İranda sosial partlayış daha da böyüyə bilər Sədrəddin Soltan

Analitika 15:43 29.07.2021

İranın Xuzistan əyalətində su çatışmazlığı səbəbilə baş qaldıran kütləvi etirazlar Cənubi Azərbaycan da daxil olmaqla ölkənin demək olar ki, bütün bölgələrinə yayılıb. Təbrizdə, Ərdəbildə, Urmiyada və digər yerlərdəki etiraz nümayişlərində “Azərbaycan, Ələhvaz!”, “İttihad, ittihad!” şüarları da səsləndiriblər. İranın dini lideri Ayətullah Xamanei ümumxalq etirazlarının qarşısını almaq üçün onları müdafiə edən açıqlama verib və sonra hər kəsi sükunətə çağırıb.

Mövzu ilə bağlı Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan EDNews.net-ə açıqlama verib.

O bildirib ki, İranın Xuzistan vilayətində su problemi ilə bağlı baş verən üsyan ölkənin başqa şəhər və yaşayış məntəqələrində də əks-səda doğurub, o cümlədən Cənubi Azərbaycan şəhərlərində də aksiyalar keçirilib: “Bütün bu aksiyalarda məqsəd həm Xuzistanda baş verən hadisələrin, ictimai proseslərin dəstəklənməsi, həm də regionlarda, o cümlədən Cənubi Azərbaycanda su probleminə diqqət çəkməkdir. Bütövlükdə aksiyanın miqyasının genişlənməsi isə dünya ictimaiyyətinin İranda baş verən sosial probleminə diqqət çəkmək məqsədi daşıyır. Cənubi Azərbaycanda su probleminin uzun illərdir mövcud olması, Urmiya gölünün quruması, suyun səviyyəsinin aşağı düşməsi də su probleminin göstəricilərindəndir”.

Sədrəddin Soltanın sözlərinə görə, ictimai fəalların həbs edilməsinin etiraz aksiyalarına güclü təsiri olub: “Çünki ictimaiyyət bu yolla qorxudulur, təzyiq edilir və etiraz aksiyasından çəkindirilməyə çalışılır. Amma bununla belə İranın bir çox şəhərlərində, o cümlədən Cənubi Azərbaycanda etiraz aksiyaları keçirilir. Heç şübhəsiz, hakimiyyət təmsilçiləri də problemi həll etməkdənsə etiraz aksiyası iştirakçılarını təqib etmək, onları həbs etməklə məsələni aradan qaldırmağa çalışırlar. Bu prosesin hədəfi siyasi deyil, bu daha çox sosial problemlərin həllidir. Bu, sadəcə olaraq, cəmiyyətin ayıq olduğunun göstəricisidir. Cənubi Azərbaycanda gedən bu prosesin sistemlə bağlılığı olsa da, bu sosial tələblərin hədəfi sosial problemin həllinə yönəlib”.

Politoloq sosial etirazların mövcud rejimə təhlükəsindən danışarkən bildirib ki, real təhlükə sosial problemdir: “Cəmiyyətdə sosial partlayışın daha da böyüməsi ehtimalı var və hakimiyyətin bu sosial partlayışlara davam gətirməməsi perspektivdə sosial problemlərin güc yolu ilə həll edilməsinə səbəb ola bilər. Bu da ölkədə daha ciddi fəsadlara gətirib çıxara bilər. Buna görə də hətta Ayətullah Seyyid Əli Xomeneinin su probleminin həlli ilə bağlı göstəriş verməsi də sübut edir ki, İranda su qıtlığı ilə bağlı məsələ çox ciddi səviyyədədir. Ötən günlərdə İranın bir sıra ictimai xadimlərinin və KİV-in Xuzistanda su qıtlığı olan və hadisə baş verən ərazilərə getməsi də bunu təsdiqləyirdi”.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Hamısı