Rusiya sərhədçiləri Azərbaycan-Ermənistan sərhədində

Analitika 11:21 05.08.2021

Xəbər verdiyimiz kimi, Rusiya sərhədçiləri Zəngəzurda Zod kəndindən Xəzinəvar kəndinə qədər olan hissədə, ən problemli ərazilərdə yerləşdirilib. 

EDNews.net məsələ ilə bağlı politoloq Əlimusa İbrahimovdan şərh alıb.

İyulun 23-dən bəri ermənilərin Azərbaycan-Ermənistan sərhədində baş verən atışmanı törətməkdə məqsədi aydın oldu. Daha doğrusu, Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının monitorinq qrupunu regiona çağırması və Rusiya sərhədçilərinin Ermənistan sərhədində yerləşdirməsi ilə bağlı bəyanatı ilə sərhəd insidentlərinin baş verməsinə aydınlıq gətirdi. Bu bəyanatdan sonra iki ölkə sərhədində baş verən hadisələrin səbəbini məhz Ermənistanda axtarmaq lazım olması haqqında artıq heç kimdə şübhə yoxdur. Ermənistan KTMT-ni və Rusiyanı bölgədə gedən proseslərə daha yaxından cəlb etmək üçün sərhəddə baş verən hadisələrdən istifadə etmək məqsədini qarşıya qoyub. Bu addımın Ermənistan üçün nə qədər uğurlu olacağı haqqında KİV-də diskussiyalar davam edir. Amma KTMT-nin Baş katibi Stanislav Vasilyeviç Zas Paşinyanın müraciətinə artıq cavab verib. Onun bu cavabı heç də Ermənistan Baş nazirinin istədiyi məzmunda olmadı. Yəni, Baş Katib bu məsələnin üç ölkə, Azərbaycan-Rusiya-Ermənistan arasında müzakirə olunduqdan sonra cavablandırıla biləcəyini elan etdi. Amma Rusiyadan olan digər politoloqlar və siyasi xadimlər Paşinyanın bu təklifinin daxili auditoriyaya ünvanlandığını və populizmə xidmət etdiyini vurğuladılar. Rusiya Dövlət Dumasının MDB işləri üzrə Komitəsinin sədri Leonid Kalaşnikov  isə Paşinyanın bu təklifini onun az qala növbəti avantürası kimi qiymətləndirdi. “Mətbuatın iştirakı ilə meydanlarda açıqlamalar siyasi xal qazanmaq, hökumət səviyyəsində, parlamentdə və ya digər yerlərdə özünütəsdiq üçün edilir”, - deyə Kalaşnikov bildirib.

Amma bu da  hələ  tam deyil. Elə Ermənistanın özündən olan politoloqlar Paşinyanın bu təklifinin KTMT-ni daha da gözdən salmaq və ATƏT-in Minsk Qrupunu gündəmə daşımaq məqsədi güddüyünü bildiriblər. Çünki onların fikrinə görə, Əfqanistanla -Tacikistan sərhədində baş verən hadisələrlə əlaqədar KTMT Azərbaycan-Ermənistan sərhədinə monitorinq qrupu göndərmək imkanına malik deyil. Bu vəziyyətdən istifadə edən Paşinyan KTMT-ni gözdən salmağa çalışır. “Əgər KTMT tərəfindən bu missiyanı həyata keçirmək imkansız hesab olunarsa bizim üçün ATƏT-in Minsk Qrupu  daxil olmaqla  başqa beynəlxalq formatlar da qəbul ediləndir “- deyə Paşinyan bildirmişdi.

Bu Paşinyanın KTMT-nin monitorinq qrupunu regiona dəvət etməklə bağlı bəyanata olan reaksiyalar idi. Amma Baş Nazir təkcə bu monitorinq qrupunu dəvət etməklə kifayətlənməyib. O eyni zamanda Rusiya sərhədçilərini də Azərbaycan-Ermənistan sərhədini qorumağa dəvət edib. Təbii ki, bu təkliflə bağlı Rusiya tərəfinin cavabı da özünü çox gözlətmədi.

“Rusiya sərhədçilərinin Azərbaycanla sərhəddə yerləşdirilməsi ideyası Zəngəzurda  qismən həyata keçirilib”- bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın İctimai Televiziyasına açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədinin problemli bölgələrinə yerləşdirilmək üçün Rusiyadan xeyli sayda əlavə heyət gətirilib.

Səfir deyib ki, Rusiya sərhədçilərinin, Rusiya bayrağının olması sabitliyin qorunması və hər hansı bir gərginliyin qarşısını almaq üçün vacibdir. O bildirib ki, gündəlik problemlər yaranırsa, onların həllində Rusiya sərhədçiləri iştirak edir:

“Digər problemli ərazilərə gəldikdə isə məsələlər Rusiyanın fəal iştirakı ilə müzakirə olunur. Bu problemin əhəmiyyətini başa düşürük, Rusiya müvafiq addımlar atmağa hazırdır. Amma bu, üçtərəfli formatda müzakirə tələb edən bir məsələdir. Praktiki işlər aparılır”.

“Rusiya sərhədçilərinin Azərbaycanla sərhəddə yerləşdirilməsi ideyası Zəngəzurda  qismən həyata keçirilib”- dedikdə Rusiya səfiri təbii ki, 44 günlük müharibədən sonra iki ölkə arasında yerləşdirilən sərhədçilər haqqında danışır ki, bu da regionda heç kim üçün yeni deyil. Bir neçə ay bundan qabaq Rusiyanın sülhməramlı qüvvələrinin təhlükəsizliyini təmin etmək üçün sərhəddə əlavə qüvvələrin yerləşdirilməsi haqqında mətbuatda ətraflı məlumat verilmişdi.

Səfirin atılacaq addımların üçtərəfli formatda müzakirə edilməsinin vacibliyini vurğulaması düşünürəm ki, Ermənistan üçün ciddi bir xəbərdarlıqdır ki, Azərbaycan regionun artıq nüfuzlu aktorudur və onun razılığı olmadan ciddi məsələləri həyata keçirmək mümkün deyil.

Amma Azərbaycanın Ermənistanın qeyri-adekvat planlarını həyata keçirməyə razılıq verə biləcəyi şübhəli görünür. İstənilən təşkilatın və ölkənin iki ölkə sərhədində yaradacağı monitorinq  missiyasına və  sərhədçilərini yerləşdirmək məsələsinə ilk növbədə hər iki subyektin razılığı ilə olmalıdır. Azərbaycan isə haqlı olaraq sərhədlərin delimitasiyası və demarkasiyasından sonra monitoronq missiyasının həyata keçirilməsinə razı ola bilər. Müəyyənləşdirilməmiş sərhəddə hansı monitorinqdən söhbət gedə bilər?

Sərhədlərin delimitasiya və demarkasiyası isə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə nəticələnməlidir.

Deməli, Ermənistan əvvəl-axır sərhədlərin müəyyənləşdirilməsi və bununla Azərbaycanın ərazi bütövlüyünü tanımasından sonra, məhz Azərbaycanın razılığı olarsa  sərhədlərə müxtəlif missiyaları dəvət edə bilər. Amma belə olan halda da heç bir kənar qüvvənin regiona gətirilməsinə ehtiyac qalmayacaq. Azərbaycanın bugünkü şəraitdə Ermənistandan tələb etdiyi beynəlxalq səviyyədə qəbul olunan sərhədlərinin tanınmasıdır. Bu nə qədər tez baş versə Ermənistanın öz rifahı üçün daha yaxşı olacaq.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı