İran Prezidenti andiçmə mərasimi keçirir

Analitika 12:13 05.08.2021

5 avqust 2021-ci il tarixindən İranın yeni seçilmiş Prezidenti İbrahim Rəisi rəsmi şəkildə prezident səlahiyyətlərinin icrasına başlayır. Bu tarixdən iki gün öncə İranın dini lideri Ayətullah Seyyid Əli Xamenei tərəfindən Rəisinin bu vəsifəyə təyinatı təsdiq olunub. Ali dini lider yeni prezidentin qarşısında COVID-19 və Amerikanın tətbiq etdiyi sanksiyalar nəticəsində yaranan iqtisadi böhran kimi həllini gözləyən çox ciddi məsələlərin durduğunu bildirib və Rəisidən mümkün qədər tez bu məsələlərin həlli ilə məşğul olmağı tapşırıb. Xameneinin yeni seçilmiş prezidentə müraciəti həm də ölkə əhalisinə ünvanlanan mesajlar daşıyırdı.

Məlum olduğu kimi, ötən həftə İranın Xuzistan rayonunda su çatışmazlığı səbəbindən əhalinin mitinqləri baş tutmuşdu. Elə həmin gün yeni təsdiq olunmuş prezident bu statusda koronavirusla mübarizə qərargahının toplantısında ilk dəfə iştirak edib. Bu gün isə andiçmə mərasimi keçirilir. Bu tədbirdə 70 ölkədən 100-dən artıq qonaq iştirak edəcək. Səudiyyə Ərəbistanından və Avropa İttifaqından olan nümayəndələrin də andiçmə mərasiminə qatılması regionun yeni münasibətlər sisteminin formalaşması astanasında olduğundan xəbər verir. Çünki uzun müddətdən bəri ilk dəfədir ki, Səudiyyə Ərəbistanı İranla münasibətlərində bu qədər önə çıxır.

Avropa İttifaqının nümayəndəsi olan tanınmış diplomat Enriki Morallın də andiçmə mərasiminə qatılması bu təşkilatın yaxın gələcəkdə İranla izləyəcəyi isti münasibətlərin carçısı ola bilər. Həm də Avropa İttifaqı İsrail və Yəhudi dairələrinin ciddi etirazına baxmayaraq öz nümayəndəsini İrana göndərib.

Amerika Birləşmiş Ştatları tərəfindən andiçmə mərasimində kiminsə iştirak etməsi haqqında məlumat yoxdur. Bu da Bayden hökumətinin İranın yeni seçilmiş prezidenti və ümumiyyətlə İranla yaxın gələcəkdə yürüdəcəyi siyasətlə bağlı qeyri-müəyyənliyin hökm sürdüyünü deməyə əsas verir.

Ermənistanın ikinci dəfə yenidən seçilən Baş Naziri Nikol Paşinyan da andiçmə mərasimində iştirak etmək üçün Tehrandadır. Onun bu tədbirə qatılmasının əsas səbəbi isə 44 günlük İkinci Qarabağ müharibəsindən sonra İranın Ermənistanla münasibətlərində hər hansı bir dəyişikliyin olub-olmayacağını yoxlamaqdır. Çünki son dövrlərdə elə İbrahim Rəisinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə məktubu və bu məktubda yeni seçilmiş prezidentin Azərbaycan xalqı və Prezidentini torpaqlarımızın işğaldan azad olunması münasibəti ilə təbrik etməsi Azərbaycan-İran münasibətlərində yeni, daha isti dövrün başlanması haqqında mesajlar daşıyır.

İbrahim Rəisinin prezident səlahiyyətlərini həyata keçirməyə başlaması isə İran üçün olduqca ağır dövrə təsadüf edir. Bu ölkənin daxili və beynəlxalq vəziyyəti hər keçən gün olduqca çətinləşir. İsrail, ABŞ, Böyük Britaniya və digər bu kimi ölkələr İranı Oman və Fars körfəzlərində ötən həftə baş verən tankerlərə hücumda günahlandırırlar. Hücum nəticəsində Böyük Britaniya və Rumıniya vətəndaşları həlak olmuşdu.

Digər tərəfdən İranla P5+1 ölkələri arasında nüvə sahəsində Vyanada başlanmış olan danışıqların taleyi də olduqca dumanlıdır. İran bu dəfə danışıqlarda iştirak etməkdə çox ehtiyatlı davranır və Trampla yaşadığı münaqişənin gələcəkdə yenidən yenidən təkrar olunmamasına çalışır. Ona görə də, Amerika tərəfindən tətbiq olunan bütün sanksiyalar aradan qalxmayınca İran nüvə sahəsində tədqiqatları dayandırmayacağını bəyan edir.

Amerika Birləşmiş Ştatları isə nəinki Yəhudi lobbisinin təzyiqi ilə tətbiq etdiyi sanksiyaları aradan qaldırmaq haqqında düşünür, nüvə sazişinə qoşulmağa şərt kimi İranın orta və uzaq mənzilli raketlər sahəsində tədqiqatları və regiondakı hərəkətləri ilə bağlayır.

Xarici siyasətdə baş verən bu xaosa ölkə daxilində COVID-19 və Amerika sanksiyalarının təsiri nəticəsində baş verən iqtisadi tənəzzülü də əlavə etsək, yeni seçilmiş İran Prezidenti İbrahim Rəisi üçün prezidentliyin heç də asan başlamayacağını proqnozlaşdırmaq olar.

Əlimusa İbrahimov

Əlimusa İbrahimov: Aprel döyüşləri 44 günlük Vətən müharibəsinə aparan  yolda ən uğurlu əməliyyat idi - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı