İran-Ermənistan müttəfiqliyi regiona nə vəd edir Təhlükəsizlik, yaxud qeyri-stabillik

Analitika 17:55 22.09.2021

Qarabağ məsələsində, Azərbaycan münasibətdə tutduğu mövqe, apardığı siyasət və atdığı addımlarla özünü tam şəkildə oyundankənar vəziyyətə salan İran çıxış yolları axtarmağa başlayıb. Etibarsızlığı ilə hörmətini daha da itirən və zaman-zaman dondan-dona girərək ikili siyasi oyun oynayan rejim, çarəsiz duruma düşüb. İndi İranın regiona tək giriş kartı xislətcə eyni bərabəri olan Ermənistanın əlindədir.   

Ötən gün İran prezidenti İbrahim Rəisi bəyanatla çıxış edərək, qonşu Ermənistanla daha sıx münasibətlər qurmaq niyyətində olduqlarını bildirib. Rəisinin təbirincə desək, bu münasibətlər xüsusilə regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsinə yönəlib. 

Amma regionda təhlükəsizliyə, dinc yaşayışa və sabitliyə kimin mane olduğu hamıya məlumdur. Maraqlıdır, regionda məşhur rejissor Sergio Leoninin səhnəyə qoyduğu “Yaxşı, pis və zalım” filmindəki sanki iki mənfi obrazı canlandıran İran və Ermənistan hansı təhlükəsizlik və stabillikdən danışırlar?  

Əslində regionda bir-birinə hərtərəfli yaxınlığı ilə tanınan, hər ikisində irqçilik, türk düşmənçiliyinin çiçəkləndiyi bu iki dövlətin hazırkı məqamda bir qədər də yaxınlaşması bütün region üçün təhdiddir. Bu yaxınlaşma təhlükəni aradan qaldırmır, regional qeyri-stabilliyi bir qədər də gücləndirir. 

Türkiyə və Pakistan kimi müttəfiqləri olan Azərbaycan da öz növbəsində bu qonşularla hansı formada ortaq dil tapacağını üzərində düşünməkdədir. Bəs görəsən İran və Ermənistan işbirliyi bu münasibətlərin minimum şəkildə qurulması üçün imkan verəcəkmi? Yoxsa sərhədə qoşun toplayaraq əzələ nümayiş etdirən Tehran və hər gün yeni bir təxribata əl atan Ermənistan regionun başı üzərində qara bulud olmaqda davam edəcək? 

Siyasi şərhçi Sübhan Talıblı EDNews.net-ə açıqlamasında ilk öncə İranın Ermənistanla regionda təhlükəsizlik və sabitlik mövqeyindən çıxış etmələri ilə bağlı fikir bildirib. Siyasi şərhçi qeyd edib ki, İran Ermənistan və Azərbaycan arasındakı münaqişədə haqqın tərəfində çıxış etməyərək, öz mənafelərini ön planda saxlayıb: “İranın Azərbaycana qaşı münasibətində digər qüsurlu cəhəti budur ki, o həmişə həm ölkəsindəki türk xalqlarının, həm də Azərbaycanın Türkiyə ilə inteqrasiyasına qarşı mane olmağa çalışıb. Azərbaycan-Türkiyə müttəfiqliyini İran və onun tərəfdaşı olan Ermənistan üçün bir nömrəli təhdid də adlandırmaq olar. Bundan əlavə, İran hər zaman Azərbaycanın milli mənafelərini görməzdən gəlib və ətrafında onun əqidəsinə yaxın olan İslam ölkələrinin yalnız İran üzərindən siyasət aparmalarını təmin etməyə çalışıb”.   

Sübhan Talıblı həmçinin İranla Ermənistanın yaxınlaşması nəticəsində regionda baş verə biləcək fəsadlardan da söz açıb. 

“Əslində İranla Ermənistanın yaxınlaşması ilk deyil. Hər iki ölkə 1991, 1994 və 95-ci illərdə də aralarında müxtəlif sahələrdə razılaşmalar imzalanıb və bildiyiniz kimi bu iki ölkə arasında uzun zamandır ki, viza rejimi də aradan qaldırılıb. İranla Ermənistan daha çox ticarət əlaqələri baxımından birgə əməkdaşlıqlar edir və iranlı tacirlər Ermənistanda hər zaman xüsusi güzəştlərdən faydalana bilir. Hətta ən son olaraq iranlı tacirlərin Qarabağ ərazisinə qanunsuz səfərləri də buna bir misal ola bilər. O ki qaldı iki ölkənin yaxınlaşması ilə regionda hər hansı hərbi fəaliyyətin gerçəkləşdirilməsinə, bunu mütləq qeyd etmək lazımdır ki, nə İran, nə də Ermənistan Rusiya ilə məsləhətləşmədən Cənubi Qafqazda hər hansı fəaliyyətə sərbəst qərarlar verə bilməzlər. Xüsusilə Ermənistan bu kimi məsələdə addım atacaqsa, bunu rəsmi Kremllə mütləq razılaşdırmalı olacaq.

Digər tərəfdən Ermənistanla İran arasında iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycanın sərhəd təhlükəsizliyinin pozulması ilə həyata keçirilir. Təhlükə qanunsuz miqrasiya və qaçaqmalçılıq, həmçinin narkotik ticarətinin dövriyyəsi və s. problemlərlə də bağlı ola bilər”, deyə ekspert bildirib.

Siyasi şərhçi həmçinin İranın Pakistan və Azərbaycan hərbi yaxınlaşması, həmçinin Azərbaycanın İsraillə olan yaxın əməkdaşlığından narahatlığı və bu baxımdan da sərhədlərdə hərbi tədbirləri gücləndirməsi barəsində danışıb. 

“Azərbaycanla Pakistanın hərbi təlimləri sözün əsl mənasında İranı yerindən oynadıb. Hər zaman özünü böyük dövlət adlandıran İran indi işğaldan azad edilən ərazilərdəki sərhədlərdə nizamlı bir Azərbaycan əsgərini müşahidə edir və bunu heç cür həzm edə bilmir. Digər bir məsələ isə Pakistanın İranla olan sərhədlərdə müəyyən narahatlıqlardır. Hər iki ölkə bir-birlərinə müəyyən çərçivədə zidd mövqedədirlər. Bu gün Pakistanın Qafqazda hərbi təlimlər keçməsi İranı hədsiz qısqandırır. 

Digər tərəfdən bilirsiniz ki, Azərbaycanın işğaldan azad edilmiş İranla sərhəd rayonlarında İsrailin bir çox radio-texniki şirkətləri fəaliyyət göstərməyə başlayıb. Təbii ki, hər şeydən xoflanan İran İsrail kimi düşmənin Azərbaycanda mövcudluğundan da bərk narahatdır. Hesab edirəm ki, İranın məhz sərhəd boyunca hərbi təlimlərə başlaması həm də bununla bağlı ola bilər”.

Elnur Ənvəroğlu 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı