Hamının diqqəti Bakıdan gələcək mesajlarda Əliyev dünyanın üzünə bir qara çəkəcək

Analitika 14:25 23.09.2021

Azərbaycanın diplomatiya tarixi üçün xüsusi gün...

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət formatında çıxış edəcək. Əliyevin bu çıxışı Azərbaycan diplomatiya tarixi baxımından xüsusi əhəmiyyətə malikdir. Çünki 29 il sonra ilk dəfə BMT tribunasına çıxan bir Azərbaycan prezidenti “Dağlıq Qarabağ” problemindən danışmayacaq. 29 il sonra BMT-də ilk dəfə olaraq bir Azərbaycan prezidenti çıxışında dünya dövlətlərindən dəstək və yardım gözləmədən, mətin və müzəffər komandan kimi sözünü deyəcək. Sözsüz ki, çıxışda Qarabağda baş verən hadisələr, mövcud durum, çətinliklər, maneələr barədə söz açılacaq. Amma 29 il sonra ilk dəfə Azərbaycanın BMT-dəki diplomatik gündəliyində Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə və işğal siyasəti olmayacaq...

Maraqlıdır ki, düz bir il əvvəl Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında bu müharibənin anonsunu vermişdi. 2020-ci ilin 24 sentyabrında – müharibədən cəmi üç gün əvvəl Əliyev BMT tribunasından baş verə biləcək bütün toqquşmaların məsuliyyətini açıq şəkildə Ermənistan rəhbərliyinin üzərinə qoymuş və sözünü, həmçinin heç bir işə yaramayan BMT diplomatiyasını bitirmişdi. Bitirmişdi, çünki artıq Azərbaycanın BMT-dən ala biləcəyi bir şey qalmamışdı. BMT-nin 4 qətnaməsi qəbul edilmiş, heç biri icra edilməmiş, buna rəğmən BMT öz qərar və qətnamələrinin “havada qalması”na müşahidəçi olmuşdu.

Dünya artıq II dünya müharibəsindən sonrakı dünya deyildi. Müasir dünya nə beynəlxalq hüququn üstün olduğu, nə də beynəlxalq təşkilatların “dövlətüstü” qurum kimi davrandığı bir dünya deyildi. Müasir dünya “realpolitik” strategiyaların məskəninə çevrilən, bununla da güc və milli maraqların beynəlxalq hüquq və prinsipləri üstələyən bir dünya idi. Bu dünyada Azərbaycan beynəlxalq hüququ BMT-nin yox, məhz 3 min şəhidinin qanı hesabına təmin edə bilərdi...

Bəs bir il sonra Qarabağı işğaldan azad edən Azərbaycanın prezidenti BMT-də nələrdən danışacaq?

Əliyevin BMT-dəki çıxışı hər şeydən öncə bir güc nümayişinə çevriləcək. O, bütün dünyanın üzünə baxaraq BMT-nin acizliyi və ölkəsinin qüdrətini diplomatik dillə vurğulayacaq. BMT-nin Qarabağ probleminə və öz qətnamələrinin icrasına qarşı etinadsızlığı və bunun müqabilində Azərbaycanın BMT qətnamələrini və beynəlxalq hüququ öz gücü vasitəsilə icra etməsinə diqqət çəkəcək. Qısası, dövlət başçısı bu gecə BMT-nin üzünə “qara çəkəcək”.

Əliyev bu məsələnin üzərinə getməklə çox güman ki, 28 il ərzində işğalçıya qarşı heç bir təzyiq göstərməyən və Azərbaycan torpaqlarının bu illər ərzində işğalına göz yuman dünyaya, xüsusilə ATƏT-in Minsk Qrupuna “artıq işimizə qarışmayın!” mesajını da ötürəcək.

Bundan savayı Əliyevin bu çıxışında Ermənistanı da bir balaca “silkələyə” bilər. Çünki Azərbaycan müharibədən sonra ardıcıl bir neçə dəfə Ermənistana sülh təklifi göndərib, sərhədlərin delimitasiya və demokrasiyasına başlamaqla bağlı çağırış edib. Lakin Ermənistan rəhbərliyi hələlik bu müraciətlərə rəsmi şəkildə pozitiv diplomatik reaksiyalar verməyib. Həmçinin Ermənistan hələ də tərəflər arasında imzalanan birgə bəyanatın şərtlərini yerinə yetirmir. Bu baxımdan Əliyev bu məsələni də dünyanın diqqətinə çatdıra və bir il əvvəl verdiyi müharibə anonsunu sırf rəsmi İrəvanı hərəkətə gətirmək üçün təkrarlaya, ən azından bu anonsu xatırlada bilər.

Bununla birlikdə dövlət başçısı böyük ehtimalla Zəngəzur məsələsini qaldıracaq və bu problemin həllinin regionda sülh və sabitliyin, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi üçün nə qədər zəruri olduğunu dünya dövlətlərinin diqqətinə çatdıracaq.

Həmçinin Əliyev böyük ehtimalla BMT tribunasından istifadə edərək dünya dövlətlərini Qarabağdakı quruculuq işlərinə dəstək verməyə və Qarabağa investisiya qoymaq üçün ölkələrindəki şirkətləri həvəsləndirməyə çağırış edəcək.

Nə deməsindən asılı olmayaraq Əliyevin BMT-dəki bu çıxışını Azərbaycan kimi uzun illər ərazi mübahisələri və etnik münaqişələrdən əziyyət çəkmiş, işğal və soyqırımlarla üzləşmiş dövlətlərin liderləri tərəfindən diqqətlə dinləniləcək.  

Prezidentin çıxışındakı üslubu və verəcəyi mesajlar sözügedən dövlətlərin başçıları üçün “yol xəritəsi” ola bilər. Xüsusilə, o, Azərbaycanın Qarabağda tapdalanan hüququnu üç min əsgərin qanı bahasına bərpa etdiyini vurğulamaqla BMT-nin yaranma səbəbi olan “münaqişələrin aradan qaldırılması” funksiyasını icra edə bilməməsini ifşa edə bilər. Bu ifşa isə öz-özlüyündə işğalla üz-üzə qalan digər dövlətlər üçün dərslik olacaq...

Nicat İsmayılov

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı