İran gərginliyi azaltmaqla özünü guya ki, problemləri həll etməklə məşğul olan kimi göstərir Sədrəddin Soltan

Analitika 18:16 23.09.2021

İranın Xarici İşlər Nazirinin müavini, Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Kazım Səccadpur hazırda Bakıda səfərdədir. Buna paralel olaraq, İran və Türkiyə xarici işlər nazirlərinin Nyu-Yorkdakı görüşündə Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin toplantısının keçirilməsinə dair razılıq əldə olunub.

Politoloq Sədrəddin Soltan İran və Azərbaycan münasibətlərinin hazırki durumunu EDNews.net üçün şərh edib.

S.Soltanın sözlərinə görə Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü üçtərəfli əməkdaşlıq üçün çox mühüm addım sayıla bilər: “Bütün problemləri, anlaşılmazlıqları, qarşılıqlı inciklikləri özündə saxlamaqdansa müzakirə etmək daha faydalıdır. Bunu bir neçə yöndən dəyərləndirmək olar. Birincisi, İran xarici işlər naziri yenidir. Düzdür, xarici siyasət sahəsində çoxdan çalışır, amma nazir kimi ilk belə regional tədbirdə iştirak edəcək. Türkiyə və İran, Azərbaycan və İran arasında çoxsaylı anlaşılmazlıqlarla yanaşı, həm də ortaq fikirlər var. Hesab edirəm ki, tərəflər daha çox ortaq fikirlər olan, ortaq mənafeləri təmin edəcək məsələlərlə bağlı əməkdaşlığın inkişafına çalışacaq. Gorus-Qafan yolundakı hadisəylə bağlı İran tərəfi əgər fəaliyyətini davam etdirərsə və Azərbaycanın ərazi bütövlüyünü pozarsa, yəni Azərbaycanın xəritəsini təhrif edərsə heç şübhəsiz, İran tərəfinin diqqətinə bu bir daha çatdırılacaq. Amma İranın bu istiqamətdə buraxdığı səhvləri yenidən təkrarlayacağını ehtimal etmirəm. Görüşdə daha çox əməkdaşlıq, o cümlədən 3+3 formatlı əməkdaşlıq və Zəngəzur dəhlizinin açılması məsələsi müzakirə ediləcək və ya bu istiqamətdə İranın təklifləri nəzərə alınacaq. Başqa sözlə, İran Cənubi Qafqazda yaranmış yeni şəraitə uyğunlaşacaq. Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü uyğunlaşmaq istiqamətində atılacaq ilk addımlardandır”.

Politoloqun sözlərinə görə, Azərbaycanla İran arasında qarşıdurma o həddə deyil ki, onu açıq qarşıdurma sayaq: “İranla Azərbaycan arasında müxtəlif mövzulara dair həmişə fikir ayrılığı olub. Xüsusilə, Azərbaycan torpaqları işğal altında olduğu müddətdə İranın Ermənistanla yaxınlığı və işğalçıya dəstək verməsi Azərbaycan tərəfindən heç də xoş qarşılanmayıb və buna görə də Tehranla Bakı arasında xoş təəssüratlar yaratmayan hadisələr olub, xoş olmayan fikirlər, bəyanatlar səsləndirilib. İran tərəfi Azərbaycanla o qədər də yaxın olmayıb. Azərbaycan isə İrana daim dəstək verib. Məsələn ABŞ-ın İrana tətbiq etdiyi iqtisadi sanksiyalar fonunda İran Azərbaycandan nəfəslik kimi istifadə etdi.

İran işğaldan sonrakı dövrdə təbii ki, Rusiya sülhməramlılarının  müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Azərbaycanın suveren hüquqlarını tapdayaraq bir sıra fəaliyyət göstərib və vətəndaşlarının orada işləməsinə göz yumub. Təbii ki, bu İranın Azərbaycana etdiyi sonuncu xoş olmayan hərəkəti olar əgər Ermənistanla münasibətlərdə yaxınlaşma baş verərsə. İranla Azərbaycan arasında münasibətlərin yaxşılaşması, iqtisadi əlaqələrin genişlənməsi daha çox İranın Azərbaycanın ərazi bütövlüyünə yanaşmasından asılıdır. Rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirsə, regionda sabitliyə töhvə verməyə çalışarsa, o zaman tərəflər arasında münasibətlər normallaşa bilər.

Şübhəsiz, BMT-nin İrana qarşı ehtimal olunan, tətbiq edəcəyi sanksiyalar, yaxud ABŞ-ın və ya Azərbaycanın başqa müttəfiqlərinin, beynəlxalq ictimaiyyətin İrana qarşı tuta biləcəyi mövqe, İranın nüvə proqramı sahəsində şəffaflığı gözləməməsi və s. tərəflər arasında ziddiyyət yarada biləcək amillərdəndir. Amma İran Azərbaycanla qarşıdurmadan həm də ona görə çəkindi ki, İran xarici siyasətində vəziyyətin çox yüksək həddə qədər gərginləşməsindən sonra bu gərginliyin idarəetmə prinsipinə uyğun olmayaraq münasibətlərdə ciddi gərginliklər yaratdı. İndi də İran tərəfi bu gərginliyi azaltmaqla guya ki, problemləri həll etməklə məşğul olan kimi özünü göstərir. İran xarici işlər nazirinin müavinin Azərbaycana səfəri də bu cür gərginliyi azaltmaq metodlarındandır”.

S. Soltan bildirib ki, regionda 3+3 formatı ilə əməkdaşlıq bütün tərəflərin marağındadır: “Türkiyə, Azərbaycan, Gürcüstan və Rusiya, Ermənistan, İran birgə əməkdaşlıqda maraqlıdırlar. Bu istiqamətdə görüləcək ən əsas iş İranın və Rusiyanın razılığıdır. Burada Rusiyanın nüfuzunun artmasından çox, region ölkələrinin əməkdaşlığı məsələsi var. Və bu əməkdaşlıq  altı ölkədən başqa hər hansısa bir xarici qüvvəyə qarşı yönəlməyib. Əslində regionda Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən layihələr daha çox beynəlxalq təhlükəsizliyə, beynəlxalq əlaqələrin güclənməsinə, energetika sahəsində təhlükəsizliyin və tələbatın təmin olunmasına xidmət edir. Bu baxımdan, hesab etmək olar ki, altılıq formatı tərəflərdən hansısa birinin aşağı-yuxarı qalxmasına deyil, əməkdaşlığın daha sərfəli və faydalı olduğu beynəlxalq təhlükəsizliyə verə biləcəyi töhvədir. Məsələni bu cür dəyərləndirmək məncə daha məqsədəuyğundur”.

Ekspert Rusiyanın bölgədəki nüfuzu barədə qeyd edib ki, Moskva Ermənistandakı hakimiyyəti yenidən Rusiyaya meylləndirməklə Ermənistanın timsalında Cənubi Qafqazda öz mövqeyini yenidən möhkəmləndirir və bu artmaqdadır: “2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat da Rusiyanın maraqlarını tam təmin edir. Ona görə hesab edirəm ki, bölgədə yeni vəziyyətin yaradılmasında Rusiya da maraqlıdır. Burada Rusiyanın öz maraqlarını təmin etmək üçün tərəflərdən hansısa birinə təzyiq etmək və ya hansısa tərəfi üstün tutmaq ehtimalı azdır. Sirr deyil ki, Azərbaycanla Ermənistan arasındakı problemlərin həllində Rusiyanın mənfi və müsbət istiqamətdə rolu var. Çünki Ermənistan Rusiyanın de-fakto ərazisi sayılır. Bunun üçün də Ermənistanın atacağı addımları Rusiya bir qayda olaraq dəstəkləyir. Rusiyanın regiona təsiri əvvəlki tempdədir və onun perspektivdə artıb-azalacağı isə beynəlxalq ictimaiyyətin Rusiyaya münasibətindən asılı ola bilər”, -deyə ekspert fikrini tamamlayıb.  

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Hamısı