Azərbaycan xalqının Zəfər sevinci

Analitika 16:55 27.09.2021
Azərbaycan dəfələrlə Ermənistana təxribatçılıq əməllərinə son verməyə dair çağırışlar etmişdi. Lakin işğalçı Ermənistan sülh prosesini pozaraq Azərbaycanı müharibəyə sürükləmək cəhdini davam etdirirdi. 
Azərbaycanın bütün cəhdlərinə baxmayaraq, Ermənistan BMT-nin atəşkəsə qarşı qlobal çağırışını 2020-ci ilin 27 sentyabrında pozdu. Ermənistanın bu təxribatları nəticəsində hərbçilərimiz və mülki şəxslər şəhid oldu. Ermənistan yenə də öz terror əməllərindən əl çəkmirdi. Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edərək bildirdi: “Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaq”.
Ali Baş Komandan İlham Əliyevin işğal altında olan torpaqlarımızı düşməndən azad etmək üçün verdiyi əmrlə başlanan Vətən müharibəsi 44 gün sonra Şanlı Ordumuzun zəfəri ilə başa çatdı və düşmən təslim sənədini imzaladı. Bununla da xalqımız otuz ildən bəri gözlənilən Qələbə sevincini yaşadı. Döyüş meydanında əldə olunan bu qələbələr nəticəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqla Ordunun birliyini və ümumiyyətlə, dünya azərbaycanlılarının həmrəyliyini hamımız bir daha hiss etdik və gördük.
Dünya azərbaycanlıları düşmən üzərində bu tarixi Zəfəri böyük sevinclə alqışlayır.  Azərbaycan xalqı və ordusu Ali Baş Komandanın ətrafında hər zaman bir yumruq kimi birləşib. İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın diplomatik addımları və qaldırdığı yumruğu Azərbaycan Ordusu üçün əzm rəmzinə çevrilərək cəbhədə böyük ruh yüksəkliyi verdi.
Bu gün dünya azərbaycanlıları Prezidentin rəşadəti və əmri ilə Milli Ordumuzun torpaqlarımızı işğaldan azad etməsinə görə ən xoş anlarını yaşayır və azərbaycanlı olmaları ilə milli qürur hissi keçirirlər. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli kimliyinin gücünü dünyaya göstərdi. Bu günlərdə erməni vandallığı insanlarımızı daha da birləşdirdi, siyasi baxışından asılı olmayaraq hər kəs bir çatı altında toplaşdı, ordumuzun göstərdiyi şücaət bizi daha da ruhlandırdı. Bütün bunlar bir daha göstərdi ki, torpalaqrımızın işğaldan azad olunması üçün dünya azərbaycanlıları ayaqda idi. 
Qələbəyə sonsuz iradə, hər bir ölkə sakininin Qələbə naminə özünü qurban verməyə hazır olması işğal olunmuş ərazilərin azad edilməsi üçün yuxarıda deyilənlərə parlaq sübutdur. Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuz döyüşlər zamanı yeni-yeni texnologiyaları tətbiq etməklə dünyada mövcud olmuş ənənəvi hərbi taktikanı və strategiyanı köklü şəkildə dəyişdirmiş və bu sahədə Azərbaycanı nümunəvi örnək etmişdir.
 
 
Şərqşünas Həşim Məmmədov
 
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı