Ayı yenə dayımız oldu? Rusiya ilə münasibətlərdə geri dönüş

Analitika 17:34 28.09.2021

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibədə Rusiyaya “isti” mesajlar ötürüb. Rusiya sülhməramlılarının regiondakı fəaliyyətindən razılığını ifadə edən dövlət başçısı eyni zamanda Rusiyanın Ermənistanı silahlandırmayacağını da bildirib. Lakin maraqlıdır ki, çox yox, bir ay əvvəl İlham Əliyev tam fərqli istiqamətdə bəyanatlar verirdi.

Məsələn, 14 avqust tarixində Əliyev açıq şəkildə Rusiyanı tənqid edərək bunları deyib:

- Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqidir

- Rusiya Müdafiə naziri Ermənistan Müdafiə naziri ilə görüş zamanı söyləmişdi ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlayıb.

- Gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir"

27 sentyabrda isə Əliyev Rusiyaya qarşı aşağıdakı bəyanatları verib:

- Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti müsbət qiymətləndirilə bilər.

- Rusiyanın rəsmi nümayəndələri, yüksək vəzifəli nümayəndələr deyirlər ki, Qarabağ Azərbaycan torpağıdır.

- Rusiya Müdafiə naziri belə sözlər deməyıb. Bu, Ermənistan təbliğatının növbəti çirkin əməlidir, belə söz deyilməyib. Bizə rəsmi qaydada bildirildi ki, belə planlar yoxdur.  (Rusiyanın Ermənistanı silahlandırması ilə bağlı)

- Ermənistan ordusunun yenə də pulsuz silahlandırılması ilə bağlı Rusiya tərəfindən yetərincə dəqiq cavab aldıq və biz bu məsələni artıq gündəlikdən çıxartdıq.

- Bu gün Rusiya-Azərbaycan münasibətlərində hansısa təcili məsələni həll etməklə bağlı bir mövzu da yoxdur. Çünki bu münasibətlər kifayət qədər müsbətdir.

Göründüyü kimi, Əliyevin Rusiyaya yönələn açıqlamaları bir ay əvvəlki açıqlamalarla tamamilə ziddiyyət təşkil edir. Bəs bu ziddiyyətin səbəbi nədir? Azərbaycan və Rusiya münasibətlərində hiss olunan gərginlik bir andaca necə aradan qalxdı? Buna səbəb olan amillər nələrdir?

Bu suallara cavab vermək üçün Azərbaycan və Rusiya prezidentlərinin 20 iyul, 2021-ci ildə keçirilən sonuncu görüşünə - Moskva görüşünə qayıtmalıyıq. Orada, o görüşdə nə baş vermişdi? Putin Əliyevə kompromisli mövqeyinə görə təşəkkür etmiş, Əliyev isə öz növbəsində Putinə “münaqişədən sonrakı dövrün ağrısız keçməsi birgə səylərimizlə mümkün olacaq” deyərək cavab vermişdi.

Bəs nə idi Əliyevin kompromisli mövqeyi? Çox güman ki, keçmiş Dağlıq Qarabağda regionundakı erməni qoşunlarının varlığına qarşı “səbrli yanaşma”. Axı, birgə bəyanatın 4-cü bəndinə görə, bu qüvvələr Qarabağdan çıxarılmalıydı. Lakin müharibədən məğlub ayrılmış Paşinyan iqtidarı üçün Qarabağın qalan hissəsini tərk etmək siyasi intihar demək idi. Putin də bunu başa düşür və Əliyevdən səbrli və təmkinli davranmasını xahiş edirdi. Əliyev öz növbəsinə bir sıra şərtlərlə səbrli diplomatiyaya razı oldu. Çox güman ki, bu şərtlər Qarabağdakı qanunsuz hərbi birləşmələrin sayının artırılmaması, əksinə, tədricən onların regionu tərk etməsi, atəş açılmaması, İrəvandan Qarabağa səfərlərin dayandırılması və Ermənistanın Zəngəzur dəhlizi məsələsindəki mövqeyini dəyişməsi idi.

Lakin 20 iyul görüşündən sonra regionda, xüsusilə sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə baş verənlərə diqqət yetirsək Əliyevin şərtlərinə riayət olunmadığını görə bilərik. Belə ki, 23 iyulda Basarkeçər rayonu istiqamətindən bir erməni snayperi Azərbaycan Silahlı Qüvvələrinin giziri Yaqublu Fərman Telman oğlunu şəhid etdi. Əliyev-Putin görüşündən 3 gün sonra baş verən bu hadisə Bakıdakı prezident sarayında abı-havanı tamamilə dəyişdi. Əliyev yenə hərbi formalarını geyindi və Ali Baş Komandan kimi şəhidin qisasının alınması əmrini verdi. Və bir andaca post münaqişə vəziyyəti, real münaqişə vəziyyəti ilə əvəz olundu. 4 gün davam edən kiçik çaplı toqquşmalar nəticəsində 3 erməni hərbçisi məhv edildi, iki azərbaycanlı hərbçi yaralandı.

Bununla da Moskva görüşü və bu görüşdə əldə olunan razılaşmalar iflasa uğradı, Azərbaycan və Rusiya arasındakı münasibətlər də yeni fazaya - “nəzarətli gərginlik” fazasına keçdi.

İyul ayında verilən sözlərin tutulmaması nəticəsində gərginləşməyə başlayan Azərbaycan-Rusiya münasibətləri, avqust ayında dövlət başçılarının bir-birinə qarşı diplomatik həmlələri ilə daha da kəskinləşdi. İlk həmlə Putindən gəldi. 11 avqust tarixində Qarabağ istiqamətində Azərbaycanın yeni bir hücum başladacağından narahat olan rəsmi Moskva Ermənistandan Qarabağa yeni hərbi birləşmələrin gətirilməsinə və Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarının yaradılmasına göz yumdu.

Buna Azərbaycan Müdafiə Nazirliyinin reaksiyası gecikmədi: “Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır”. Bu rəsmi Bakının xahişi yox, tələbi idi. Və bu tələb həm də Azərbaycanın Rusiyaya qarşı ilk demarşı sayıla bilərdi...

Rusiya Müdafiə Nazirliyi isə “yanğını benzinlə söndürmək” cəhdinə bənzəyən daha bir addım atdı. Nazirlik 12 avqustda verdiyi bəyanatda Qarabağda qanunsuz yerləşdirilən Ermənistan ordusunu rəsmi şəkildə "Dağlıq Qarabağın silahlı birləşmələri" adlandırdı. Bu artıq birgə bəyanatın şərtlərinin pozulması yox, Azərbaycan ərazi bütövlüyünə qarşı hörmətsizlik idi. Moskva bir “ayı” kimi Azərbaycana “dişlərini qıcıyırdı”.

Əliyev bu olanlara susmadı, yeni demarşa start verdi. 14 avqustda kamera qarşısına keçdi, üzünü Kremlinə tutdu və o məşhur çıxışına başladı. “Rusiya Azərbaycanın qonşusu, Ermənistanın müttəfiqidir” deyərək, illər sonra ilk dəfə Rusiyanı “Azərbaycanın strateji müttəfiqi” kimi təqdim etmədi. Ardınca Kremlini Ermənistanı silahlandırmaqda ittiham etdi. Maraqlıdır ki, bu çıxışdan bir neçə saat sonra Şuşa sülhməramlıların nəzarətində olan ərazidən atəşə tutuldu...

Beləliklə, avqust ayı Rusiya-Azərbaycan münasibətlərində “qırılma nöqtələri”nə şahid oldu. Nə Qarabağda, nə də sərhəddə atəş səsi susmadı.

Sentyabr isə Moskva və Bakı arasında “geri dönüş” ayı oldu. Hərçənd ki, sentyabr ayı da gərginliklərlə başlamışdı. Ayın 9-da Kremlin Qarabağdakı sülhməramlılarının yeni komandiri elan edildi. Bu şəxs separatçı müharibələrdə ad qazanmış general-mayor Mixail Kosobokov idi. Maraqlıdır ki, eyni gündə Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığının üzvləri rəsmi şəkildə elan edildi. Bəxtiyar Ərsay Xidmət Qrupunun rəhbəri təyin edildi. Böyük ehtimalla bu Bakı və Ankara arasında razılaşdırılmış Moskvaya cavab həmləsi idi. “Separatçı” rus generala qarşı, separatçılarla döyüşmüş türk generallar Bakıya göndərilirdi.

Bu həmləni Azərbaycan-Türkiyə-Pakistan hərbi təlimləri izlədi. Bununla paraleldə Ermənistandan Türkiyə ilə diplomatik əlaqələri bərpa etmək üçün ilk rəsmi addımlar atıldı. Putin bir andaca Cənubi Qafqazdakı iki müttəfiqini itirə biləcəyini anladı. Bir tərəfdən Rusiya Azərbaycanla münasibətləri gərginləşdirdkcə Azərbaycan daha çox Türkiyənin və NATO-nun ağuşuna  qaçırdı. Digər tərəfdən Ermənistan öz iqtisadi xilasının Türkiyə və Azərbaycanla əlaqələri bərpa etməklə mümkün olacağını anlayır və buna uyğun fəaliyyətə başlayırdı. Rəsmi İrəvanın Türkiyə ilə siyasi-iqtisadi əlaqələri bərpa etməsi Azərbaycan-Türkiyə-Gürcüstan üçbucağına Ermənistanın da qatılması və bununla da Rusiyanın regiondakı bütün təsir mexanizmlərini itməsi anlamına gəlirdi.

Ona görə də Putin öz aralarında düşmən olan müttəfiqlərinə qarşı ənənəvi rus siyasətini işlətməyi qərar verdi. Əgər münaqişədə olan tərəflərdən biri sənə zidd addımlar atırsa, dərhal “tutduğun tərəfi” dəyiş. Putin də həm Türkiyəyə tərəf addım atan İrəvanı cəzalandırmaq, həm də Rusiyadan incik düşən Azərbaycanın könülün almaq üçün bir neçə addım atdı.

25 sentyabrda Azərbaycanı gələr-gəlməz narazı salan sülhməramlı komandir Kosobokov general-leytenant Gennadi Anaşkinlə əvəz edildi. 26 sentyabrda isə qanunsuz erməni silahlı dəstələrinin mövqelərdən çıxarılmasına start verildi. Proses Ağdərə istiqamətində başladı. Boşaldılan erməni mövqeləri Rusiya sülhməramlıları tərəfindən partladıldı, Azərbaycan tərəfi isə partladılmış mövqeləri buldozerlərlə doldurdu. Ermənilərin çıxdığı mövqelərdən, xüsusilə mübahisəli məntəqələrdə Rusiya sülhməramlıları yerləşdirildi.

Beləliklə, İranla münasibətlər kifayət qədər gərgin ikən eyni vaxtda digər qonşu Rusiya ilə münasibətləri kəskinləşdirmənin heç də ağıllı addım olamayacağını nəzərə alan Əliyev Rusiyanın münasibətləri düzəltmək üçün atdığı addımlara müsbət cavab verdi və Rusiyaya qarşı tənqidi ritorikasını dəyişdi.

Növbəti addımlar çox maraqlı olacaq...

Nicat İsmayılov

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Hamısı