Qətnamələr böhtan və yalanlara yox, həqiqətə və qanuniliyə əsaslanmalıdır Yeganə Haciyeva AŞPA qətnaməsi barədə

Analitika 18:15 28.09.2021

Sentyabrın 27-də Avropa Şurasının Parlament Assambleyasının növbəti sessiyasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı yeni sənəd qəbul edilib. 

Qeyd edək ki, Avropa Şurasının Parlament Assambleyasının Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi, irlandiyalı deputat Paul Qavanın "Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri" ilə bağlı hazırladığı hesabat AŞPA-nın sessiyasında qəbul edilib. 

Hesabatda Ermənistan və Azərbaycan tərəfinin verdiyi itkilər - ölənlər, yaralılar və itkin düşənlər, hətta mina və partlamamış hərbi sursatlar, köçkünlər, mədəni irsin təhlükə altında olması barədə geniş məlumat verilib. Hesabatda həmçinin, hərbi əsirlərin olması da iddiam edilir. 

Bununla bərabər, hesabatda qısa və uzun müddətli humanitar nəticələr əldə etmək və Ermənistanla Azərbaycan arasında sülh, barışıq prosesinə doğru addım atmaq üçün tövsiyələr də irəli sürülüb.

AŞPA-nın sessiyasında Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri adlı hesabat əsasında təqdim olunan qətnamənin qəbul olunmasına baxmayaraq, Azərbaycan heyəti bu qətnamənin əleyhinə səs verib. 

Milli Məclisinin deputatı, Milli Məclisin Beynəlxalq Əlaqələr şöbəsinin sədri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qeyd edib ki, qətnaməyə Azərbaycanın maraqları və Azərbaycan həyətinin təqdim etdiyi düzəlişlər daxil olmasına baxmayaraq, sənəddə erməni lobbisinin dəstəyi ilə erməni yalanları və dezinformasiyaları yer alıb. 

"Bu qətnamənin qəbul olunmasını müsbət qiymətləndirirəm. Çünki qətnaməyə Azərbaycanın milli maraqlarını əks etdirən xeyli sayda məsələ daxil edilib. AŞPA yeni real vəziyyəti qəbul edir və bizim qətnaməyə təklif etdiyimiz əlavələrimiz qəbul olunub. Lakin qətnamənin əleyhinə səs verməyə məcbur olduq. Çünki erməni böhtanları da Avropa Şurasının erməni lobbisinin dəstəyi ilə qətnaməyə daxil etdirildi. Hansısa bir xülya ilə yaşayan erməni lobbisi öz böhtanlarını qətnaməyə daxil etməyə nail oldu. Təəssüf ki, belə məqamlar məruzəni heçə endirir".

Gördüyümüz kimi, AŞPA tərəfindən qəbul edilən qətnamə balanslı şəkildə görünsə də, sənəddə erməni heyətinin irəli sürdüyü həqiqətə uyğun olmayan məlumatlar və ölkəmizə qarşı çirkin böhtanlar geniş yer alıb. 

Tanınmış siyasi ekspert Yeganə Haciyeva EDNews.net-ə AŞPA-nın  Azərbaycana qarşı riyakarlığı barədə geniş məlumat verib. 

Avropa ümumi və dövlət maraqları arasında tarazlığı təmin edərək tolerantlığa, davamlı dialoqa və güzəştə getməyə hazır olan prinsiplər, mexanizmlər formalaşdırmaq təcrübəsi var.

Təəssüf ki, Qarabağ münaqişəsinin mövcud olduğu 30 ilə yaxın bir müddətdə Avropa Şurasının addımları reallıq və regional təhlükəsizliyin prioritetlərinə uyğun gəlmədi.

Baxmayaraq ki, AŞPA-nın təhlükəsizlik strategiyası daha yaxşı bir dünyada təhlükəsiz bir Avropa qurmaq naminə əməkdaşlıq  siyasəti üzərində qurulub. Reallıqda isə bu strategiyanın tətbiqini üçün AŞPA-nın qəbul etdiyi qərarlarını yanlış adlandıra bilərik.

Avropa Şurasının siyasi qərarları, sənədləri obyektiv və təhlükəsizliyə hədə olan təhdidlərlə bağlı düzgün qiymətləndirmə aparılmadan qəbul olunur. Xüsusilə böhran və münaqişəli zamanlarda Avropa Şurasının səyləri vəziyyətin həlli üçün ümumiyyətlə yararsızdır. Çünki Avropa Şurasının səyləri təcavüzkar və təcavüzə məruz qalan tərəfi eyniləşdirməklə neytral və ədalətsiz  mövqe kimi sərgilənir.

Sentyabrın 27-də Avropa Şurası Parlament Assambleyasının sessiyasında  qəbul edilən "Ermənistan-Azərbaycan münaqişəsinin humanitar nəticələri" adlı  sənədini də bu qəbildən olan sənəd kimi qəbul etməliyik. Məsələn, Assambleya 44 günlük Vətən müharibəsi zamanı həlak olan və ya itkin düşən adamların sayında səhvlərə yol verib. AŞPA üzvləri tərəflərin təqdim etdiyi sayı yoxlamaq kimi bir ehtiyac hiss etməyib.

AŞPA-nın qəbul etdiyi sənəddə erməni tərəfinin təqdim etdiyi müharibə zonasında öldürülən uşaqların sayı ilə bağlı saxta məlumatlar elə UNİCEF-in Ermənistanın keçmiş nümayəndəliyi təkzib etmişdi. Xatırladım ki, Ermənistan Azərbaycanın mülki əhalisinə raket hücumu nəticəsində öldürülmüş azərbaycanlı uşaqlarına görə məsuliyyətindən yayınmaq üçün UNİCEF-ə saxta “44 günlük müharibə günlərində raket zərbələri nəticəsində öldürülmüş uşaqların siyahısı” kimi təqdim etmişdi. Həmin dövrdə UNİCEF-in Yerevan ofisi bu hesabatda göstərilən məlumatları saxta olmasını təsdiqləmişdi. 

Daha sonra isə mediada UNİCEF-in Yerevan Ofisinin rəhbəri Marian Clark-Hattingin guya Azərbaycan və Böyük Britaniyanın xeyrinə casusluq etdiyi üçün Ermənistan rəhbərliyi tərəfindən persona non-qrata elan edildiyi barədə məlumatlar yayılmışdı.

Sənəddə əksini tapan digər bir məqam isə Assambleyanın saxlanılan ermənilərin taleyindən narahatlığını və Azərbaycan hakimiyyətini bu adamlar barəsində Avropa İnsan Hüquqları Məhkəməsinə məlumat verməyə, əsirlikdə qalanların hamısını azad etməyə və onları Ermənistana qaytarmağa çağırmasıdır. Öncəliklə onu qeyd edim ki, AŞPA bu bəndin formalaşması üçün istifadə etdiyi, təqdim olunan məlumatlarda neytrallığı pozub. Belə ki, AŞPA sənədin qəbulu zamanı Azərbaycan tərəfinin Avropa İnsan Haqları Məhkəməsinə müraciəti və orda əksini tapan bəndləri diqqətə almayıb. Amma Ermənistanın AİHM-nə təqdim etdiyi sənədin məlumatlar hamısını qətnaməyə əlavə edib.

Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi, “Azərbaycanın Dağlıq Qarabağdakı münaqişə səbəbi ilə Məhkəmə Reqlamentinin 39-cu Qaydasına uyğun olaraq Ermənistana müvəqqəti tədbirlərin tətbiqi barədə Azərbaycanın vəsatəti”ndəki bəndləri görməməzlikdən gəlib. Amma Ermənistanın AİHM-nə təqdim etdiyi "hərbi əsirlərlə" bağlı sənədin məlumatlarını əlavə edib.

Hesabatda hər iki tərəfdən əsirlərlə qeyri-insani rəftar, hərbi əməliyyatlar zonasından kənarda dinc əhaliyə qarşı kütləvi qırğın silahlarının tətbiq edilməsi faktlarından danışılır. Ermənistanın ballistik raketlərdən, yaylım atəşli reaktiv sistemlərindən istifadə etməsi göstərilsə də, hesabatda Azərbaycanın guya mülki əhaliyə qarşı yaylım atəşli artilleriya və reaktiv sistemlərdən istifadə etməsi kimi Ermənistanın təbliğat elementləri olan dezinformasiyalardan istifadə olunur. Azərbaycanın mülki əhalisinə qarşı ballistik raketlərdən istifadəni faktını isə Ermənistan dövlətinin məsuliyyəti kimi deyil, “erməni qüvvələri” kimi qeyri müəyyən ünvanla göstərir.

Hesabatda Assambleyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün həll olunmamış problemləri həll etməyə kömək etməyə hazır olması, Qarabağ münaqişəsinin həll olunması, İtkin düşənlər və minalardan təmizləməyə yardım təklifi də var. Bu təkliflərin bir qismi reallıqdan uzaq, digərlərində isə tətbiq mexanizmləri mövcud deyil.

Assambleya, həmçinin Ermənistan və Azərbaycanı bu və digər iddiaları araşdırmağa, hərbi cinayətlərdə və ya digər hüquqa zidd əməllərdə təqsirli bilinən hər kəsi, o cümlədən komandanlıq səviyyəsində məsuliyyətə cəlb etməyə çağırır.

Buna nümunə olaraq, Ermənistan Baş Prokurorluğu, Milli Təhlükəsizlik Xidməti və İstintaq Komitəsinin İkinci Qarabağ Müharibəsi zamanı Ermənistan ordusunun üçün hal-hazırda apardığı 2 mindən çox cinayət işini göstərir. Amma məsələ ondadır ki, bu cinayət işi hərbiçilərin müharibə və insanlığa qarşı cinayətlərinin araşdırması deyil, ordunun məğlub olması ilə bağlı hərbiçilərə açılan təqib cinayət işləridir.

Assambleya atəşkəsindən sonra 159 azərbaycanlı və 5 erməni həlak olub, yaxud yaralanması haqqında fikirlərini qeyri-səmimi hesab etsək də, Ermənistanı onda olan bütün minalanmış ərazilərin xəritələrini dərhal təqdim etməyə çağırışını müsbət hal kimi dəyərləndirə bilərik.

Hesabatda AŞPA, 2021-ci ilin mayından sərhədin müxtəlif nöqtələrində baş verən insidentlərdən ciddi narahat olması, ölüm və yaralanma halları olub, erməni əsgərlər isə əsir götürülülməsi haqqında fikirləri, hər iki tərəfi deeskalasiyaya, üçtərəfli bəyanatda razılaşdırılmış mövqelərin saxlanmasına, sərhədlərin delimitasiyası və demarkasiyası barədə danışıqlar aparmağa, sülhyaratma qüvvələrinin və ya hərbi monitorinq qüvvələrinin iştirakı ilə demilitarizasiya zonasının yaradılması imkanlarını öyrənməyə çağırış edir.

Post-müharibə reabilitasiyası, sülhün bərpası və s. situasiyalarda iştirakçıların BMT Nizamnaməsinin əsas prinsiplərinə və ATƏT prinsiplərinə əməl etmələri vacibdir. Burda daha öncə qeyd etdiyim kimi, təcavüzkar və təcavüzə uğramış tərəflərə ümumi standartların tətbiqi və s. kimi ikili yanaşmanın elementləri var ki, bu yanaşma bu cağırışı mənasız edir.

Hesab edirəm ki, AŞPA neytrallığını ən çox məhz hesabatın, “Münaqişənin  regionun mədəni irsinə dəhşətli təsiri haqqında” bəndində pozub, çünki bu qədər məlumatlara rəğmən bir dənə də olsun Azərbaycanın tarixi, milli, dini abidələrin dağıdılması, məscidlərin, kilsələrin talanması, təyinatının dəyişdirilməsi və s. kimi faktlar haqqında ümumiyyətlə  qeyd yoxdur.

Sənəddə AŞPA, hər iki tərəfin məsuliyyət daşıdığı ziyanı və dağıntıları pisləyir və tövsiyə edir ki, Ermənistan və Azərbaycan ziyanın qiymətləndirilməsi üçün YUNESCO-nun hər iki ölkədə mədəni irs obyektlərinə məhdudiyyətsiz çıxış imkanlarına şərait yaratsın. Amma burda da YUNESCO-nun səfərinin məhz Ermənistan tərəfindən bloklanması haqqında bir kəlmə də olsa qeyd yoxdur.

Hesabatda, Assambleya hər iki ölkəyə nifrətin (o cümlədən dövlət və yüksək vəzifəli şəxslər tərəfindən) qızışdırılmasına, həmçinin nifrət zəminində cinayətlərə qarşı mübarizə üzrə addımlar atmağı tövsiyə edir. Lakin məhz 100 mindən artıq mülki əhalinin yaşadığı Mingəçevirdəki Cənubi Qafqazın ən böyük su anbarını hədəf alınması kimi bəşəri cinayətlərə çağırış edən Zohrabyana qarşı sanksiya tətbiq etmir və hələ də AŞPA-nın dəyər və prinsiplərinə hörmət hissini, eləcə də insanlığa dəyər hissini itirmiş Zohrabyan erməni nümayəndə heyətinin üzvü kimi AŞPA da təmsil olunur.

Sonunda onu qeyd edim ki, AŞPA Avropa Şurasında təhlükəsizliyin gücləndirilməsinə töhfə vermək, üzv dövlətlər arasında etimad səviyyəsini artırmaq, demokratiya, insan hüquqları, qanunun aliliyi prinsiplərini üzv ölkələrin vətəndaşlarının mənafeyi istiqamətində müdafiə etmək, gücləndirmək məqsədi ilə mövcud  variantları nəzərdən keçirmək, bir sözlə sülhə və sabitliyə xidmət missiyasını həyata keçirmək istəyirsə, ilk növbədə obyektiv və neytral bir mövqe sərgiləməlidir.

AŞPA-nın Ermənistan nümayəndəliyinin separatçılıq və terrorizmi legitimləşdirmək üçün emal etdiyi dezinformasiyalara deyil, qanun, beynəlxalq hüquq normaları, faktlara etibar etməlidir.

Çünki AŞPA-nı qarşılıqlı hörmət, faydalılıq və bərabər əsaslarda üzv ölkələrindən olan həmkarlarla dialoq, müzakirələr aparmaq,  etimad səviyyəsini artırmaq, demokratiya, insan hüquqları və qanunun aliliyi prinsiplərini inkişaf etməsi üçün vacib və faydalı format hesab edirik və AŞPA-nın Ermənistan nümayəndələrinin manipulyasiyanın girovuna çevrilməsinə göz yümmamağa çağırırıq.

Yunis Abdullayev

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;

 

Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

Azərbaycan Premyer Liqası: "Neftçi" səfərdə "Qəbələ"ni məğlub edib
19:40 29.03.2024
Qubadlı torpağı Qətərə aparıldı - VİDEO
19:28 29.03.2024
Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb
19:21 29.03.2024
Stressdən necə azad olaq? - ARAŞDIRMA
19:00 29.03.2024
“Qəbələ” “Neftçi” ilə oyuna itkilərlə ÇIXACAQ
18:38 29.03.2024
Bolqarıstan Prezidenti İlham Əliyevə zəng edib
18:33 29.03.2024
Ötən il atmosferə atılan çirkləndirici maddələrin həcmi 34 min tondan çox artıb
18:19 29.03.2024
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
18:08 29.03.2024
Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
17:55 29.03.2024
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib - VİDEO
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib - VİDEO
17:49 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Hamısı