Regiona “qayıdan” Minsk Qrupu – Sülhə töhfə, yoxsa uzadılan vaxt

Analitika 17:40 29.09.2021

Son zamanlar Qarabağ münaqişəsinin nizamlanmasında Ermənistan və Azərbaycan arasında 30 il ərzində vasitəçilik edən və heç bir uğurlu nəticə ortalığa qoymayan ATƏT-in Minsk Qrupu ətrafında maraqlı proseslər gedir. Belə ki, təxminən bir illik cəhddən sonra Minsk Qrupu yenidən bölgəyə qayıdır.

İlk öncə qeyd edək ki, Minsk Qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri regiona növbəti səfərlərini fərqli marşrut istiqamətində həyata keçirəcəklərini bəyan ediblər. Bildiyimiz kimi, İkinci Qarabağ müharibəsindən qabaq qurumun həmsədrləri Yerevan-Xankəndi-Bakı istiqamətində səfər edirdilər. Lakin Azərbaycanın apardığı uğurlu 44günlük müharibənin regionda vəziyyəti dəyişməsi və tələbindən sonra Minsk Qrupunun həmsədrlərini səfər marşrutlarını yeniləməyi vadar edib.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin son bəyanatlarında qeyd olunur ki, həmsədrlərin regiona növbəti səfər marşrutu Bakı-Xankəndi-Yerevan istiqamətində olacaq. Yəni, Minsk Qrupunun həmsədrləri əvvəlkindən fərqli olaraq ilk öncə Bakıda danışıqlar aparacaqlar. Sonra isə Xankəndinə və Yerevana səfər edəcəklər.

Bununla bərabər, son 30 il ərzində uğursuz danışıqlar aparamasına baxmayaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri yenidən aktiv olmağa çalışırlar. Yenidən hər hansı yol ilə vasitəçilik missiyalarını dirçəltməyə çalışırlar.

Onu da qeyd edək ki, bu ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT Minsk Qrupunun Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına və hər iki ölkə arasında əlaqələrin normallaşmasına istiqamətlənən təkliflər hazırlayacağını ümid etdiyini bildirib. Lakin özünü yenidən dirçəltməyə çalışan Minsk Qrupu bu məsələ ilə bağlı  indiyə kimi heç bir təklif irəli sürməyib. Əksinə Minsk Qrupu Qarabağın status məsələsi üzərində dayanmaqda qalır. Halbuki, Qarabağın erməni işğalından azad edilməsindən və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra Minsk Qrupunun Qarabağın status məsələsini yenidən müzakirəyə çıxarması mənasızdır. Status məsələsi Azərbaycanın maraqlarına ziddir.

EDNews.net ATƏT-nin Minsk Qrupu ətrafında gedən son proseslər və bu proseslərin mahiyyəti ilə bağlı tanınmış politoloq Mətin Məmmədlidən ətraflı şərh alıb.

Bir Metin Memmedli və gülümsəyir şəkili ola bilər

Mətin Məmmədli açıqlamasında ilkin olaraq Minsk Qrupunun həmsədrlərinin regiona gələcək səfər marşrutlarını dəyişməsi qərarına toxunub. Politoloq Minsk Qrupunun həmsədrlərinin növbəti səfərlərinin Bakıdan başlayacaqları qərarını regionda yeni vəziyyət ilə bağlayıb.

“ATƏT- Minsk Qrupunun həmsədrləri əvvəlki səfərlərdən fərqli olaraq Qarabağ bölgəsinə səfər marşrutunda dəyişikliklər edib. Bildiyimiz kimi, həmsədrlər müharibədən qabaq regiona səfərləri zamanı Azərbaycanın Qarabağ bölgəsinə Ermənistandan daxil olurdular. Lakin bu dəfə ilk səfərlərini Bakıya edəcəklər və sonra isə Bərdə və Ağdam istiqamətindən Xankəndiyə gedəcəklər.  Həmsədrlərin marşrut istiqamətində dəyişikliklər ilə bağlı qərarları regionda yeni yaranan reallıqlar ilə bağlıdır. Azərbaycan ordusunun öz torpaqlarını erməni işğalından azad etməsi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ölkəmizin maraqlarına və mövqelərinə daha məsuliyyətli yanaşmağı təşviq edir”, - deyə Məmmədli bildirib.

ATƏT Minsk Qrupu həmsədrləri Bakıdan sonra Xankəndidə qondarma rejimin rəhbərliyi ilə görüş keçərəcəklər.  Qeyd edək ki, Rusiya sülhməramlı qüvvələrin nəzarəti altında olan Azərbaycan ərazisində mövcud olan qondarma rejimin rəhbəri Arayik Aratunyan müharibə cinayətləri törətdiyənə görə Azərbaycan tərəfindən ona qarşı cinayət işi qaldırılıb və beynəlxalq axtarışa verilib. Rəsmi səviyyədə bu kimi şəxslərlə görüşlərin keçirilməsi beynəlxalq hüquqa ziddir. Minsk Qrupunun həmsədrlərinin beynəlxalq axtarışa verilən şəxslə görüşməsi nə dərəcə doğru olardı?  

Məsələyə toxunan Mətin Məmmədli hesab edir ki, dünyada mövcud olan reallıqlar və proseslər beynəlxalq hüquq ilə ziddiyyət təşkil edir. Azərbaycan bu ziddiyyətləri görür və sakit tərzdə diplomatik mövqe tutmağa üstünlük verir.

“Qarabağda qondarma rejimin rəhbəri Arayik Aratunyan və digər şəxslər müharibə cinayətləri törətdiyinə görə, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən onlara qarşı cinayət işi qaldırılıb. Bu baxımdan Arutunyanla görüş beynəlxalq hüququn normalarına ziddir. Təəssüf ki, dünyada formalaşan reallıqlar bir çox hallarda beynəlxalq hüququn normaları və prinsipləri ilə üst-üstə düşmür. Biz də bu reallıqları nəzərə almağa məcbur qalırıq. Onu da deyim ki, Azərbaycanın hüquq-mühafizə orqanları Ermənistanın sabiq rəhbərləri Robert Koçaryan və Serj Sarqsiyan barədə də cinayət işi qaldırmışdı. Ancaq Qarabağ münaqişəsinin dinc nizamlanması üçün həmin şəxslərlə rəsmi səviyyədə danışıqlar aparırdıq. Yəni, bu məsələlərdə siyasi reallıqlar nəzərə alınaraq addımlar atılırdı. Arayik Arutunyanla görüş bu prizmadan yanaşmaq daha məntiqli olardı”, - deyə Məmmədli qeyd edib.

ATƏT-in Minsk Qrupunun fəaliyyətinin yenidən dirçəlməsinə münasibət bildirən politoloq  qurumun regionda davamlı sülhün və sabitliyin bərqərar olunması üçün töhfələr verməsinin vacibliyini vurğulayıb. Politoloq qeyd edib ki, Minsk Qrupu münaqişənin artıq bitdiyini və status məsələsinin yenidən qaldırılacağı təqdirdə bunun Azərbaycan tərəfindən rədd ediləcəyini nəzərə almalıdır.

“ATƏT-in Minsk Qrupunun fəaliyyətinin yenidən dirçəlməsi müəyyən suallar yaradır. Ona görə ki Azərbaycan rəhbərliyi rəsmi səviyyədə münaqişənin bitdiyini və status məsələsinin müzakirə olunmayacağını açıq şəkildə bildirib. Prezident İlham Əliyev də status məsələsinin müzakirə mövzusu olmayacağını dəfələrlə qeyd edib. Yəni status məsələsi heç bir halda gündəlikdə olmayacaq”, - deyə politoloq vurğulayıb.

“Minsk Qrupu yenidən fəaliyyətini bərpa etmək istəyirsə ilk növbədə regionda davamlı sülhə, sabitliyə və təhlükəsizliyə töhfə verməlidir. Sülhə töhfə nədən ibarətdir? Münaqişənin bitdiyini qəbul etsək də, Ermənistan və Azərbaycan arasında bir sıra ciddi problemlər qalmaqdadır. Həmin ciddi problemlərdən biri də Ermənistanın ölkəmizə qarşı ərazi iddialarından imtina etməməsidir. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalaması üçün ölkəmizə qarşı ərazi iddialarından əl çəkməlidir. Bu kontekstdə ATƏT-in Minsk Qrupu hər-hansı bir iş görəcəksə, biz buna müsbət yanaşa bilərik. Minsk Qrupu Ermənistan və Azərbaycan arasında sülh şəraitin yaranması üçün bacarığını ortalığa qoymalıdır. Əgər həmsədrlər yenidən Qarabağın status məsələsini qabardacaqlarsa, biz bunu qəbul etməyəcəyik”, - deyə o əlavə edib.

Sonda politoloq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin gələcək fəaliyyətində Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən imzalanan 10 Noyabr bəyanatının əməl olunmasına nəzarətini əsas prioritet hesab edib. 

 “ATƏT-in Minsk Qrupunun həmsədrləri İkinci Qarabağ müharibəsinə son qoyan 10 Noyabr bəyanatının bəndlərinin icra olunmasına nəzarət etməldirlər. Bildiyimiz kimi, bəyanatın bəzi bəndləri hələ də əməl olunmayıb. Birincisi, qanunsuz erməni hərbi birləşmələri Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan Azərbaycan ərazisində qalmaqdadır. İkinci önəmli məqam isə bölgədə Ermənistan tərəfindən kommunikasiyaların açılması ilə bağlı işlərin ləngidilməsidir. Bu iki ciddi məsələnin həll olunmasında ATƏT-in Minsk Qrupunun həmsədrləri yardımçı ola biləcəksə onda Minsk Qrupunun fəaliyyətinə müsbət yanaşa bilərik”.  

Yunis Abdullayev 

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi; 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı