Azərbaycan Prezidenti son müsahibələrində regiondakı yeni geosiyasi vəziyyəti əla izah etdi Derya Akdemir

Analitika 11:46 30.09.2021
Artıq dövr dəyişib və regionda kartlar yenidən paylanır. Regionda maraqları olan bütün qüvvələr bunun fərqindədir və proseslərin isinməsinin altında yatan səbəblərdən biri də məhz budur. Məsələn, Rusiya bilir ki, qərb onu regiondan sıxışdırmaq istəyir. İran isə fərqindədir ki, əzələ nümayişinə getməsə, xəritədən silinəcək. Azərbaycan və Türkiyə bir yerdə qərar veriblər ki, nəyin bahasına olursa olsun, Zəngəzur dəhlizinin açılmasına nail olmaq lazımdır. Qərb isə düşünür ki, nəyin bahasına olursa olsun, yoluna Rusiyasız davam etsə də, Türkiyəni yanına çəksin. ABŞ ilə müəyyən eyni baxış bucağı ilə hadisələrə baxmayan Avropa İttifaqı istər-istəməz regional və qlobal siyasətdə novator addımlar atmalıdır ki, dağılmaqdan xilas olsun.
 
Bütün bunları nəzərdən keçirən, analiz edən rəsmi Bakı təbiri caizsə, regionda 44 günlük müharibədə qazanılan zəfərdən sonra artan rolunu daha da möhkəmləndirmək üçün dinamik gedişlər edir. Azərbaycan Prezidenti İlham Əliyevin son günlər dünyanın aparıcı KİV-lərinə verdiyi müsahibələrdə demək istədiyi məhz elə budur. Cənubi Qafqazda öz üstünlüyünü stabilləşdirən rəsmi Bakının yeni geosiyasi mexanizmdə aktiv aktor kimi mövcud olması düzdür bəzi qüvvələri narahat edir, ancaq buna baxmayaraq Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi - təhlükəsizlik motivləri nəzərə alaraq özünü daha dinamik dövrlər üçün hazırlayır və qarşısına xarici siyasətdə yeni hədəflər qoyur. Regionda siyasətin yazılmamış qanunlarına yaxşı bələd olan İlham Əliyevin son müsahibələrində bu yeni hədəfləri açıq-aşkar görmək mümkündür və dünyanın analitik beyinləri bunu çox yaxşı anlayırlar ki, Azərbaycan regionun açar ölkəsi olmaq yolunda əmin addımlarla irəliləyir və nə olursa-olsun yolundan dönmək niyyətində deyil.
 
EDNews.net xəbər verir ki, bu sözləri Türkiyəli araşdırmaçı yazar, Qərbi Azərbaycan icması Ankara təmsilçisi Dr.Derya Akdemir Azərbaycan Prezidenti İlham Əliyevin son günlər dünyanın aparıcı KİV-lərinə verdiyi müsahibələrini dəyərləndirərkən deyib. Dr.Derya Akdemir bildirib ki, artıq ötən il qırx dörd gün davam edən müharibədə qazanılan zəfərdən sonra Azərbaycan sadəcə regionda mövcud olan aktivliyini artırmaqla kifayətlənmədi, həmçinin, region üçün yeni siyasi-iqtisadi reallıqların formalaşmasını təmin etdi. Onun sözlərinə görə, Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın məğlubiyyətinin təsdiqi olan Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları 10 noyabr Bəyanatından sonra ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərə etdikləri hər səfərdə bizdə bərpa və quruculuq işlərinin miqyası barədə aydın təsəvvür yaratdı: "Bu gün biz artıq görürük və bilirik ki, 28 il işğal altında olan torpaqların əsl sahibləri ora əllərində silah, bayraq, ürəklərində Vətən sevgisi ilə qayıdıblar və artıq işğaldan azad olunan hər bir qarış torpaqda gedən quruculuq və abadlıq işləri dövlətimizin əzminin, gücünün göstəricisidir, rəsmi Bakının siyasət masasında apardığı diplomatik müharibəsinin real nəticəsidir. Eyni zamanda bu həm də Türkiyə - Azərbaycan qardaşlığının əyani təzahürüdür. Ölkə başçısı da özünün həm axırıncı müsahibələrində, həm də bundan əvvəlki müsahibələrində dəfələrlə bildirib ki, regionda yeni bir dövr başlayır və bu yeni dövrün memarları Tükiyə və Azərbaycan qardaşlığıdır. Məhz bu qardaşlığın regionun siyasi müstəvisində geniş vüsət almasından dolayıdır ki, hal-hazırda regionda maraqları olan qüvvələr bunun qarşısını almaq üçün əllərindən gələni edirlər. Cənab Prezident də son müsahibələrinin birində dünya ictimaiyyətinə haqlı olaraq müraciət edərək sülhün davamlılığının təmin edilməsi birgə fəaliyyətin vacibliyini vurğuladı. Bu da Azərbaycanın regionda sülhə və sabitliyə nə qədər önəm verdiyinin əyani sübutudur".
 
Türkiyəli araşdırmaçı yazar, Qərbi Azərbaycan icması Ankara təmsilçisi Dr.Derya Akdemir
 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı