Terror həmlələri, daşmaqa olan səbr Böyük hərbi əməliyyatın addım səsləri eşidilir

Analitika 11:47 19.10.2021

Artıq yarım əsrə yaxın müddətdə ölkənin həm daxilində, həm də xaricindən terror təhdidləri ilə üzləşən Türkiyə son dönəmlərdə bir çox uğurlu anti-terror hərbi əməliyyatlarına imza atıb. Məlumdur ki, Türkiyə daha çox Suriya və İraq sərhədlərində xarici qüvvələrin dəstəyilə planlaşdırılan terror təhlükəsi ilə üzləşir və bəzi hallarda bunların tam qarşısını almaq mümkünsüz olur. Məsələn, ötən həftələrdə baş verən terror hücumu nəticəsində iki polisin şəhid olması Türkiyədə böyük narazılığa səbəb olub. Bunun ardınca ölkə başçısı Ərdoğanın “artıq səbir kasası daşdı” deyərək, Türkiyənin ciddi hərbi əməliyyatlara başlaması barədə verdiyi həyəcan siqnalı qarşıda Türkiyənin daha sərt addımlar atacağını sərgiləmiş oldu.

Əslində Türkiyə terrorla mübarizəni təkcə ölkə xaricində aparmır. Bu barədə Türkiyə Daxili İşlər naziri Süleyman Soylu kürd qisminin daha çox mövcud olduğu Batmanın Tuncəli əyalətində xalqla görüşü zamanı vurğulayıb. Bir halda ki, ölkənin əsgəri öz vətənində terror hücumu nəticəsində şəhid olur, demək terrorun yuvası daxildən də tam təmizlənməlidir. Soylu həmçinin FETÖ, PKK və digər terrorçu qruplaşmaların ölkə daxilindəki bəzi siyasi tərəflər üzərində olan nüfuzunu şiddətlə qınayaraq, Türkiyənin bu barədə əsaslı tədbirlər görəcəyini dilə gətirib.

Hazırda Suriya sərhədləri boyu beton divarlar hörən Türkiyə ölkə hüdudları boyu müxtəlifə növ terrora məruz qalır. Suriyada Əsəd rejiminin formalaşdırdığı anarxiya vəziyyəti Türkiyəyə qarşı olan bir çox güc dövlətlərinin həmin ərazilərdə rahatlıqla istədiyini etməsinə şərait yaradır. Daha çox ABŞ-ın maliyyələşdirdi YPG/PYD, Türkiyəyə həm içdən, həm də xaricdən düşmən kəsilən PKK terror qruplaşmaları ardı-ardınca fürsət qaparaq Türkiyənin sərhədyanı əyalətlərinə nüfuz etməyə çalışır. Beləliklə artan terror həmlələri və daşan səbr Türkiyənin yeni və daha ciddi bir əməliyyata hazırlaşdığından xəbər verə bilərmi?

Bu barədə Kocaəli Universitetinin professoru, siyasi şərhçi İrfan Kaya Ülgər EDNews.net-ə açıqlama verib.

No description available.

"Türkiyədə PKK tərəfindən polisə qarşı mütəmadi olaraq pusqu şəklində terror hücumları həyata keçirilir. Əslində, ölkədə terror təşkilatının fəaliyyəti son dərəcə azaldılıb və məhdudlaşdırılıb. Sadəcə baş verən terror hücumları psixoloji təsir yaratmaq və terrorun hələ də mövcud olduğunu sübut etmək üçün olduğunu düşünürəm.

Bu gün Türkiyədəki terrorçular ən müasir texnoloji vasitələr, kəşfiyyat işləri və pilotsuz uçuş aparatları ilə yaxından izlənilir. Jandarma və polis, terrorla mübarizə üçün ən son texnoloji alət və avadanlıqlardan istifadə edir. Türkiyədəki separatçı terror təşkilatının təsir gücü ən aşağı səviyyəyə enib. Türkiyə, əsasən Suriya və Şimali İraqda, ölkə daxilində və xaricində lider terrorçuları zərərsizləşdirərək məhv etdi".

Professor İrfan Kaya həmçinin dövlətin birbaşa hədəf aldığı terror təşkilatlarının adları və onların Türkiyədəki təsirindən söz açdı.

"Türkiyədə dövlətə qarşı mübarizə aparan terror təşkilatları PKK və DHKPC-dir. Ərəb Baharından sonra İŞİD terror təşkilatı Türkiyədə də terror aktları həyata keçirdi. Lakin hazırda bu təşkilat Türkiyədəki təsirini tamamilə itirib. Terror təşkilatları tərəfindən zaman-zaman təhlükəsizlik qüvvələrinə edilən hücumlar simvolik xarakter daşıyır və bir mesaj verməyi hədəfləyir.

İranda fəaliyyət göstərən PJAK və Suriyada fəaliyyət göstərən YPG PKK təşkilatının zəncir üzvüdür. Şimali İraqda Bərzaninin nəzarətində olan muxtariyyət idarəsi belə PKK-nın öz bölgəsindəki fəaliyyətlərindən narahatdır. Bu səbəbdən Bərzani rəhbərliyi Türkiyənin İraqın şimalına hava zərbələrini dəstəkləyir və ən azından buna şərait yaratmağa çalışır".

İrfan Kaya Ülgər Türkiyənin yaxında anti-terror əməliyyatlara başlayacağı barədə də fikir bildirdi.

"Məlumdur ki, hazırki durumda Türkiyənin təhlükəsizliyi üçün ən böyük terror təhlükəsi Suriyadan gəlir. Rusiya Fəratın şərqindəki Mənbic və Tel Rifat bölgələrində PKK-nın bir qolu olan YPG-ni qoruyur. Fəratın şərqindəki bölgələrdə ABŞ YPG qüvvələrini dəstəkləyir, hətta silah və sursat da verir.

Onu da əlavə edim ki, Türkiyə tezliklə Fərat çayının şərqində, rusların nəzarətindəki Mənbic və Tel Rifat bölgələrinə, eləcə də ABŞ-ın təsiri altında olan Fəratın şərqində YPG terror qruplarının yerləşdiyi bölgəyə qarşı bir anti-terror əməliyyatı həyata keçirməyi planlaşdırır".

Elnur Ənvəroğlu

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı