Ortada olmayan silah Tehranı xilas edə biləcəkmi? Ədalət Verdiyev İran-Rusiya danışıqları barədə

Analitika 12:02 20.10.2021

İran silahlı qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri oktyabrın 18-də Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. M. Baqirinin sözlərinə görə, görüşdə Rusiyadan qırıcı təyyarə və helikopterlər almaqla bağlı sazişin reallaşması üçün müzakirələr aparılıb. O bildirib ki, Rusiya və İran böyük iqtisadi-ticari, hərbi və siyasi əlaqələrə malikdir: “Rusiya artıq neçə ildir ki, Buşəhr AES-in tikintisini aparır. Tehran və Moskva hərbi əməkdaşlıq edir, birgə hərbi təlimlər keçirir”.

Qeyd edək ki, qırıcı və helikopterlərin alınması ilə bağlı sazişin İrana silah ixracı ilə bağlı BMT sanksiyaları ləğv edilən kimi imzalanacağı bildirilir.

Rusiya ilə İran arasında hərbi sahədə imzalanacaq sazişin verə biləcəyi texniki imkanlar və bu əməkdaşlığın bölgədəki qüvvələr balansına təsiri barədə hərbi ekspert Ədalət Verdiyev EDNews.net-ə şərh verib.

Ə. Verdiyev bildirib ki, Rusiya ilə İran bir-biri ilə həm nüvə sahəsində, həm də hərbi-texniki sahədə əməkdaşlıq etməyə məcburdurlar, çünki hər iki dövlət ABŞ tərəfindən çox ağır sanksiyalar altındadır: “Bu ölkələrin heç biri son bir neçə il ərzində artıq kənardan qərb texnologiyalarını əldə edə bilmir. Bu isə yerli müdafiə sənayesinin inkişafına kifayət qədər ciddi problemlər yaradır. Hazırda İran Rusiya ilə müəyyən müqavilələr imzalamağa can atır. Bu həm də daxili auditoriyanı sakitləşdirmək üçün hesablanıb. İran xüsusilə də aviasiya sahəsində çox ciddi problemlərlə qarşı-qarşıyadır”.

Ekspert qeyd edib ki, buna baxmayaraq, hər iki dövlət istəsə də hələ ki, müqavilə imzalamağa risk etmir: “Çünki müqavilənin imzalanması və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, yəni İrana hərbi aviasiya vasitələrinin çatdırılması BMT-nin sanksiyaları ilə məhdudlaşdırılıb. Əgər bu fəaliyyətlər həyata keçirilərsə BMT ixracatçıya və idxalçıya qarşı sərt sanksiyalar tətbiq edə bilər. ABŞ isə bu sanksiyaların qəbul edilməsi müddətini gözləməyə də bilər. Çünki artıq illərdir ki, ABŞ İrana qarşı kifayət qədər sərt bir mövqedə dayanıb, sanki İranın bu sahədə yanlış bir addımını gözləyir”.

Ekspert hesab edir ki, bu açıqlamalar İranın daxili auditoriyası üçün hesablanıb: “Ortada nəinki çatdırılma, hətta müqavilə belə yoxdur. Amma Rusiyanın İranla birgə əməkdaşlığı İran ordusu üçün müəyyən müsbət dəyişikliklərə gətirib çıxara bilər. Çünki hazırda İran ordusunun təchizatı kifayət qədər bərbad vəziyyətdədir. Odur ki, onların silah əldə etmək üçün Rusiyadan daha ciddi müttəfiqi yoxdur. Yəni İranla birgə olan Şimali Koreya, Suriya və ya Venesuela İrana hansısa hərbi məhsul ixrac etmək qabiliyyətinə malik deyil. Odur ki, İran məcburən Rusiyanın ətəyindən möhkəm yapışmalıdır”.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı