Sizi hər yerdə, hər an tapa və... Türkiyənin kəşfiyyatının dünyaya mesajı

Analitika 14:33 22.10.2021

9 oktyabr, 2021-ci il. Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Antalya və İstanbul şəhərlərində keçirdiyi əməliyyat nəticəsində 6 rus agentini ələ keçirdi. Onlardan ikisinin Ankarada “Bayraktar TB-2” PUA-larını istehsal edən firmanın ətrafında müşahidələr apardığı iddia edildi.

14 oktyabr, 2021-ci il. MİT Van şəhərində ehtiyata çıxmış bir iranlı zabiti İrana qaçırmaq istəyən casus şəbəkəsinə qarşı əməliyyat keçirdi. 2-si İran vətəndaşı olmaqla ümumilikdə 8 nəfər saxlanıldı.

21 oktyabr, 2021-ci il. MİT bu dəfə Türkiyəyə qarşı casusluq fəaliyyəti göstərən, 3 nəfərlik hücrə sistemi əsasında çalışan 15 nəfərlik Mossad (İsrail kəşfiyyatı) agentura şəbəkəsini zərərsizləşdirdi. 15 nəfərlik Mossad qrupu Türkiyə universitetlərində təhsil alan xarici tələbələri, xüsusilə də fələstinliləri izləyirmiş. Mossad-ın əsas məqsədi yüksək qiymətlər alan savadlı tələbələri əməkdaşlığa cəlb etmək olub.

Qeyd edək ki, MİT Mossad agentlərini 1 ilə yaxın kölgə kimi izləyib, nəhayət ötən gün genişmiqyaslı əməliyyatla onları ələ keçirib.

Bəs MİT-in Türkiyədə Rusiya, İran və İsrail kəşfiyyatına qarşı həyata keçirdiyi əməliyyatlar nə anlama gəlir? Türkiyə MİT vasitəsilə bu ölkələrə siyasi-diplomatik mesajmı ünvanlayır? Xüsusilə Mossad-a qarşı keçirilən səs-küylü əməliyyatın əhəmiyyəti nədən ibarət idi?

Bu və digər sualları təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert, ehtiyatda olan zabit Abdullah Ağar EDNews-a verdiyi eksklüziv açıqlamada cavablandrıb.

Azerbaycan ateşkesle neler kazandı bu yararına mı? Abdullah Ağar statüye  dikkat çekti - Internet Haber

“Düşünmürəm ki, sözügedən əməliyyatlar Türkiyənin hansısa bir dövlətə qarşı siyasi ismarıcı və ya reaksiyasıdır. Əksinə, bu əməliyyatlar onu uğurla icra edən MİT-in mesajlarını özündə ifadə edir. MİT xarici agentura şəbəkələrinə qarşı həyata keçirdiyi uğurlu əməliyyatlarla əvvəlcə öz professionallığını nümayiş etdirir. Eyni zamanda iranlı, rusiyalı və israilli olmasından asılı olmayaraq ölkədə casusluq fəaliyyəti göstərən istənilən agentin ələ keçirilməsi MİT-in casus ovu işində dövlətlər arasında bir fərq qoymadığını da ortaya çıxarır. MİT bu əməliyyatlarla Türkiyə ilə qonşu dövlətlərə də belə bir mesaj verir ki, kimliyindən, hansı dövlətə işləməsindən asılı olmayaraq istənilən casusu aşkarlayıb, ələ keçirmək bizim vəzifəmizdir və biz bu vəzifəni uğurla həyata keçiririk” – deyə ekspert bildirib.

Abdullağ Ağar Mossad-a qarşı keçirilən əməliyyatı isə belə izah edib:

“Yaddaşım məni aldatmırsa, Mossad-a qarşı dünyada heç vaxt belə bir əməliyyat keçirilməyib. Keçirilibsə də, gizli saxlanılıb, ictimaiyyətə elan edilməyib. Ona görə də, ötən gün MİT-in həyata keçirdiyi bu əməliyyatın hər şeydən əvvəl simvolik bir dəyəri var. Mossad və digər kəşfiyyat təşkilatlarına qarşı keçirilən əməliyyatlar gizli də qala bilərdi. Çünki məsələnin bir diplomatik tərəfi də var. Lakin MİT uğurlu işini bütün ictimaiyyətə və dünyaya elan etdi ki, bu əməliyyatlar digər dövlətlər üçün görk olsun və heç bir dövlət Türkiyədə bu tipli casusluq fəaliyyətlərinə girişməsin. Xüsusilə, Mossad əməliyyatı ilə MİT bütün dünyaya açıq mesaj verdi ki, yeri gələndə dünyanın ən güclü kəşfiyyat qrupunu belə çökdürə bilərik.

Mossad Türkiyədə təhsil alan xarici tələbələri izləyir, onları casusluğa cəlb edir və kəşfiyyat dilində desək, onları müxtəlif hücrələrdə “əkir”, yetişdirirdi. Unutmayaq ki, rəqabətdə və ya müharibədə olduğunuz bir dövləti zəiflətməyin, onun gücünü parçalamağın iki yolu var: Ya öz casuslarınızı dövlətin strateji hücrələrinə sızdıracaqsınız, ya da şəbəkəni özünüz quracaqsız. Bu isə uzunmüddətli işdir və buna illər əvvəldən başlamaq lazımdır. Məsələn, Mossad 10 il sonra Hamas və ya Hizbullah-ın rəhbər heyətinin yanına agent yerləşdirmək istəyirsə, buna indidən başlamalıdır. Başqa cür ifadə etsək, illər əvvəl toxumu səpir, gülü əkir və yetişib, cücərməsini gözləyir.

Eyni şəkildə Mossad Türkiyədə təhsil alan fələstinli tələbələrin arasında ən savadlı, qiymətləri yüksək olan tələbələri seçirdi. Onlarla başqa ad və məqsədlərlə əməkdaşlıq edirdi. Onlara müxtəlif işlər təklif edirdi. Sonra potensial əməkdaşının yetişdiyini və kəşfiyyata xidmətə hazır olduğunu anladıqda onu Fələstində müxtəlif dövlət qurumlarında və ya hərbi qruplaşmalarda rəhbər vəzifələrə gətirmək üçün əlindən gələni edirdi. Təbii ki, bu şəbəkə sabah türk tələbələri də öz məqsədlərinə alət edə bilərdi. Bu baxımdan Mossad şəbəkəsinin zərərsizləşdirilməsi dövlət təhlükəsizliyi üçün əlamətdar hadisədir”.

Nicat İsmayılov

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
Hamısı