Aldığımız elə silahlar var ki, onun dəyəri Ermənistanın hərbi büdcəsinə bərabərdir Hərbi ekspert

Analitika 17:55 26.10.2021

2022-ci ildə Ermənistanın müdafiə büdcəsi 11 faiz artacaq.  Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə gələn ilin dövlət büdcəsi layihəsini parlamentdə təqdim edərkən məlumat verib.

Ümumilikdə isə müdafiəyə 345 milyard dram (təxminən 725 milyon dollar ) ayrılacaq.

"2022-ci il üçün müdafiə büdcəsi 2021-ci illə müqayisədə 11% çox olacaq və bu rəqəm 345 milyard dramdan çoxdur. Ermənistanda peşəkar bir ordu yaratmaq niyyətindəyik, amma bunu düşünülmüş addımlarla edəcəyik", - Paşinyan deyib.

Qeyd edək ki, Ermənistan hərbi büdcəsinə ayrılan 750 milyon dollar Azərbaycanın hərbi xərclərindən təxminən üç dəfə azdır.

Ümumiyyətlə, 44 günlük müharibə ərzində Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın edilmiş Ermənistan ordusunun 750 milyon dollar və ya bundan daha yuxarı müdafiə xərcləri ilə uzun müddət ərzində özünə gəlməsi nə dərəcədə mümkündür? Həqiqətənmi, Ermənistan ordusu bu ayrılan məbləğdən xeyr əldə edə bilər?

Məsələ ilə əlaqədar EDNews.net-ə açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, Azərbaycan ordusu öz iradəsi, güclü silahları və yüksək səviyyədə hərbi əməliyyatları yolu ilə Ermənistan ordusunu məhv edib. Demək olar ki, Ermənistan ordusu bu gün yox səviyyəsindədir.

Üzeyir Cəfərov: “Azərbaycan ordusunun güclənməsini istəmirlər”

“44 günlük müharibə nəticəsində Ermənistan ordusu darmadağın edilib. Bu ordu artıq ortalıqda yoxdur. Yalnız pərakəndə vəziyyətində başıpozuq erməni dəstələri var. Ermənistan ordusuna elə bir zərbə endirmişik ki, onun uzun müddət ərzində özünə gəlməsi müşkül məsələdir. Heç kəs sübut edə bilməz ki, müharibədə xeyli sayda canlı qüvvəsini və texnikasını itirən bir ölkənin ordusu qısa bir zaman ərzində normal vəziyyətə qayıda bilsin”, - deyə Ü.Cəfərov bildirib.

Ekspert hərbi büdcənin artırılmasının Ermənistan ordusuna heç bir fayda verməyəcəyini bildirib.

“Ermənistan hakimiyyəti görüntü yaratmaq üçün hərbi büdcəni artırmağa məcburdur. Onlar bununla heç nəyə nail bilməyəcəklər. Çünki ordunun yenidən qurulması və formalaşması onlar üçün çətin olacaq. Ermənistan hərbi qüvvələri ilk öncə formal olaraq toplanmalıdır. Sonra isə ordu bir sıra təcrübələrdən keçməlidir. Düşünmürəm ki, hərbi xərcləri artırmaq yolu ilə Ermənistan ordusunu qısa müddət ərzində yenidən qurmaq mümkün olsun. Azərbaycanın aldığı elə silahlar var ki, onun dəyəri Ermənistanın hərbi büdcəsinin dəyərinə bərabərdir. İstər 750 milyon olsun, istərsə 800 milyon onlara heç bir kömək edə bilməyəcək”, - deyə Cəfərov qeyd edib.  

“Ermənistanda hakimiyyət bundan sonra nə eləyəcəksə özü bilər. Bu bizi maraqlandırmır. Ağılları başında olsa düzgün qərar verə bilərlər. Ağılları başında olmasa və səhv addım atmağa davam etsələr yenidən ağır nəticə ilə üzləşəcəklər. Hər halda seçim onlarındır. Bölgədə normal yaşamaq istəyirlərsə ağıllarını başlarına toplasınlar və düzgün qərar versinlər. Özlərinin və havadarlarının səhvləri və günahları ucbatından bu cür ağır iqtisadi və sosial duruma düşüblər. Burada yaxşı məsəl var:  Özü yıxılan ağlamaz”.

Yunis Abdullayev

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi; 

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı