İsrail-ərəb yaxınlaşması regionda nəyi dəyişə bilər Ekspertin şərhi

Analitika 14:09 27.10.2021

İsrailin yeni Baş nazir Naftali Bennet və onun koalisiya ortağı Yair Lapid hakimiyyətə gəldikdən sonra Benyamin Netanyahunun başladığı xətti davam etdirərək, ərəblərlə yeni isti münasibətlər formalaşdırmağamağa başladılar. Ərəb ölkələrində səfirlik və konsulluqlardan tutmuş, ikitərəfli münasibətlərə kimi bir çox ciddi addımlar atılıb. Bura 2020-ci ildə İsraillə Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və Mərakeş arasında əldə edilən razılaşmalar da daxil edilə bilər. 

Qeyd edək ki, bu razılaşma ABŞ-ın əvvəlki prezidenti Donald Trampın administrasiyası dövründə ərəb-İsrail yaxınlaşmasını xarici siyasət prioritetinə çevirmək üçün imzalanmışdı. Digər tərəfdən, sabiq nazir Netanyahunun ərəblərə qarşı siyasətdə edə bilmədiklərini yeni nazir Bennet və ərəblərə hər zaman simpatiyası olan Lapid gerçəkləşdirə bilir. 

Bundan əlavə, pandemiya şərtlərini daha da yumşaldaraq artıq bir-birlərinə müxtəlif sahələrdə gediş-gəliş yollarını açırlar. BƏƏ Silahlı Qüvvələri Baş Qərargahının HH və HHM qüvvələri komandanı, general-mayor İbrahim Nasir Məhəmməd Əl-Ələvi artıq İsrailə ilk rəsmi səfər edib. BƏƏ və İsrail hətta Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq haqqında müqavilə bağlayacağını bildiriblər. 

Ərəb dövlətləri ilə İsrail arasında yaxın münasibətlərin regionda əhəmiyyəti barədə türkiyəli siyasi bilim adamı Heydər Oruc EDNews.net-ə şərh verib.

“Əslində mən bu yaxınlaşmanı bütün ərəb dövlətlərinə şamil etmək istəməzdim. Çünki burada bir dövlətin münasibətindən, yəni Birləşmiş Ərəb Əmirliyindən gedir. Bəli, bunun ardınca Bəhreyn, daha sonra ABŞ-ın təşviqi ilə Sudan və Mərakeş də İsraillə münasibətlərini normallaşdırmaq sahəsində protokol imzaladı. Digər ərəb dövlətləri isə bu razılaşmaya daxil olmadı.

Lakin mövzu BƏƏ-dən gedərsə, əlbəttə demək olar ki, İsrail və BƏƏ münasibətlərin normallaşdırılmasında daha irəli getdilər. Bu əlaqələr bilirsiniz ki, ilk növbədə ticari sahədə meydana gəldi. Daha sonra Trampın təməlini qoyduğu və BƏƏ-nin maraqları əsasında İsraillə olan əlaqələr həm hərbi, həm də iqtisadi sahədə daha da dərinləşməyə başladı. Bir də onu da qeyd edim ki, İsrail BƏƏ üçün sadalanan sahələrdə Qərblə münasibətdə balans saxlamaq üçün bir açar rolunu oynayıb. Bu əlaqələr qarşılıqlı olaraq qarşıda BƏƏ-dən İsrailə qədər uzanacaq neft boru xəttinin də açılışında bir rol oynayacaq. Əvvəllər İsrail neft ehtiyatını yalnız Misirdən köhnə bir boru vasitəsilə əldə edə bilirdisə, indi BƏƏ-dən gələcək yeni neft borusu bunu əvəz edəcək”.

Siyasi analitik ərəb-İsrail münasibətlərinin normallaşması fonunda Türkiyənin də İsraillə hansısa formada yaxınlaşa bilmə ehtimalına toxunub.

“Əslində Prezident Ərdoğan bunu ötən dəfə də vurğulamışdı ki, İsraillə Türkiyə arasında heç bir ciddi problem yoxdur. Bu o anlama gəlir ki, İsraillə Türkiyənin BƏƏ və digər ərəb ölkələri kimi münasibətlərin normallaşdırması şəklində bir anlaşma imzalamalarına gərək yoxdur. İsrail sadəcə bir neçə nüansda Türkiyə qarşısında etimadı itirdi. Bunlardan biri Fələstin məsələsi idi. Çünki  yeni baş nazir Bennetin hakimiyyətə gəlməsi və onun koalisiyasında ərəb partiyasının da mövcud olması Fələstin məsələsindəki bir çox problemin aradan qaldırılmasına ümidləri artırırdı. Lakin may ayında Qəzzaya edilən hücumlar yeni hakimiyyətə qarşı etimadları puç etdi. Digər tərəfdən Türkiyə 15 iyul hadisələrindən sonra İsraillə müəyyən məsafə saxlamağa çalışır. Bu hadisələrdə İsrailin bilavasitə iştirakı olmasa da, dolayı yolla rolu olduğu sonradan ortaya çıxmışdı. 

Digər bir tərəfdən İsrailin Şərqi Aralıq qaz forumunda Türkiyəni kənarda tutması, Suriyada PKK terror təşkilatına dəstəyi, habelə Şimali Kipr məsələsində Türkiyə əleyhinə sərgilədiyi mövqeyi iki dövlətin tam yaxınlaşmasına mane olur. İsrail bu cür məsələlərdə mövqeyini dəyişərək Türkiyəyə qarşı tam səmimi olarsa, əlbəttə daha yaxın münasibətlərdən söz gedə bilər”. 

Elnur Ənvəroğlu

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı