Ərdoğandan ABŞ-a xəbərdarlıq Nəticə çıxarmasa, əli üzüləcək!

Analitika 15:53 01.11.2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada baş tutan iki günlük G-20 zirvə toplantısında iştirak edərək Qərb liderləri ilə mühüm görüşlər keçirib. Tədbir çərçivəsində Ərdoğanın bir çox liderlər, ilk növbədə ABŞ Prezidenti Co Baydenlə görüşü xüsusi maraq doğurub.

Qeyd edək ki, Ərdoğan-Bayden görüşü öncədən 20 dəqiqə nəzərdə tutulsa da, ili liderin danışığı 1 saat 10 dəqiqə davam edib. Liderlər F-16 qırıcı təyyarələrin Türkiyəyə satılması, Yaxın Şərqdəki problemlər, ABŞ-ın PKK, PYD, YPG terror təşkilatlatlarına verdiyi dəstəklə bağlı Türkiyənin narahatlığı, Cənubi Qafqazdakı vəziyyət və s. məsələləri müzakirə ediblər.  

Ərdoğan görüşdən sonrakı açıqlamasında “ABŞ-ın terror təşkilatına verdiyi dəstəyə görə təəssüfləndiyimizi bildirdik” deyə bildirib. 

ABŞ-ın terrorçu qüvvələrə açıq dəstəyini qınayan Türkiyə rəhbərliyi, bu məsələlərin iki ölkə arasında həmrəyliyə ciddi xələl gətirəcəyini bildirib. Prezident Ərdoğan həmçinin bunun gələcəkdə bu formada davam etməyəcəyinə ümid bəslədiyini deyib.   

Maraqlıdır ki, həm də Türkiyəyə qarşı döyüşən terrorçu qüvvələrə dəstək verın, həm də Türkiyəyə silah satan ABŞ yenə də özünün ikibaşlı oyununu davam etdirir. Belə ki, Co Bayden Türkiyəyə F-16 təyyarələrinin satışı ilə bağlı müsbət münasibət bildirib. 

Digər maraqlı məsələ isə Türkiyənin xəbərdarlığından sonra Vaşinqtonun özünü necə aparacağıdır. Ərdoğan, ABŞ-ın bundan sonra Türkiyənin terrorçu olaraq gördüyü qüvvələrə dəstək verməyəcəyinə ümid etdiyini bildirib. Əgər bunun əksi baş verərsə, Türkiyə və ABŞ arasında münasibətlərin necə inkişaf edəcəyi maraq doğurur? 

EDNEws.net yaranan suallarla bağlı Atlas Araşdırmalar Mərkəzində siyasi analitik Samir Hümbətovun şərhini alıb. 

Samir Hümbətov: Ermənistanın danışıqlardan çəkilməkdə məqsədi nədir? –  KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

“Təbii ki, Türkiyə ilk növbədə PKK, PYD və YPG kimi terror təşkilatlarını öz təhlükəsizliyi üçün böyük təhdid hesab edir. Bu səbəbdən də Türkiyə zaman-zaman öz sərhədləri xaricində bu terrorçu təşkilatlara qarşı ciddi mübarizə aparıb və hazırda da aparmaqdadır. Nə üçün məhz sərhədləri xaricində? Çünki ölkə daxilində həmin terrorçu şəbəkə demək olar ki, çökdürülüb və bu gün ölkə daxilində çox az sayda PKK terrorçusu qalıb.

Bəli, bu çox təəssüf doğuran haldır ki, bu gün adı gedən terror təşkilatları müxtəlif bəhanələrlə ABŞ tərəfindən silahlandırılır və digər logistik dəstək verilir. Bu fakt artıq Qərb mətbuatında da geniş işqılandırıldığı üçün hər kəsə məlumdur”.

Siyasi analitik o cümlədən Türkiyənin narahatlığı və ABŞ-a xəbərdarlığı barədə söz açıb. 

“Təbii ki, Türkiyə ABŞ-ın bu dəstəyindən olduqca narahatdır və məhz bu narahatçılıqdan dolayı Türkiyə ABŞ-a açıq şəkildə xəbərdarlıq edir. Türkiyə ilə ABŞ arasında uzun müddətdən bəri birgə münasibətlər mövcuddur. Hazırda münasibətlər nə qədər sərin olsa da, ABŞ Türkiyəni Yaxın Şərqdə özünün daim müttəfiqi hesab edib. Bu gün Ankaranın Vaşinqtona israrla xəbərdarlıq etməsinin səbəbi isə ABŞ-ın bu müttəfiqliyə xilaf çıxaraq daim həmin terror təşkilatlarından Türkiyəyə qarşı istifadə etməsidir. ABŞ hətta milyardlarla dollarlından keçərək terror təşkilatlarını silah və sursatla təmin edib.

“Həmyrəyliyə xələl gələ bilər” deyərkən əsas məsələ iki ölkənin NATO çərçivəsində əməkdaşlığından, eləcə də həm iqtisadi, həm də siyasi əlaqələrin inkişaf etdirilməsindəm söhbət gedir. Ümumiyyətlə Türkiyə ilə ABŞ arasında həm siyasi, həm də ticarət əlaqə olduqca böyükdür. Türkiyənin razılığı olmadan ABŞ-ın Yaxın Şərqdə mövcudluğu məsələsinin özü belə mümkün deyil. Çünki əvvəla ABŞ alternativ olaraq ərəb ölkələrinə güvənmir. Digər tərəfdən, ABŞ-ın İranla münasibətləri düşmənçilik həddindədir. Bu səbəbdən də ABŞ-ın regionda öz nüfuzunu qoruyub saxlamaq üçün yeganə müttəfiqi Türkiyədir. Və ABŞ vaxtilə 80 minə yaxın terrorçu üzvü olan təşkilatları çökdürən Türkiyə kimi müttəfiqini yaxşı tanıyır. 

Türkiyənin ABŞ-a qarşı atacağı addım müttəfiqlik münasibətlərini tam aşağı salmaq ola bilər və nəticədə ABŞ Yaxın Şərqə olan giriş qapısını öz əli ilə qapatmış ola bilər. Vaşinqton gələcəkdə Yaxın Şərqdən tamamən çəkilərək bölgənin xam neftindən məhrum ola bilər. Digər tərəfdən, regiondakı boşluqlar Çin və ya Rusiya tərəfindən doldurula bilər. Bu isə supergüc olmasına baxmayaraq, ABŞ üçün son dərəcə faciə ilə başa  çatar”.

Elnur Ənvəroğlu     

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı