Nikol görüşdən qaçır, Arşakı isə Qarabağa göndərir...

Analitika 09:16 10.11.2021

Paşinyan üçtərəfli görüşün planlaşdırılmadığını dedi, ardınca müdafiə naziri Arşak Karapetyan Qarabağa qanunsuz səfər etdi, Peskov bir neçə gün öncə görüşlə bağlı fikirlərinin əksini səsləndirdi.

Nə baş verir, yaxud proseslər yenidən məcrasından çıxırmı?

Bu həftə Əliyev, Putin və Paşinyanın videokonfrans formatından görüşü gözlənilirdi. Paşinyan Peskovun bununla bağlı açıqlamasına “9 noyabrda görüş keçirilməyəcək” cavabını verdi. Nikol görüşü yox, görüşün 9 noyabrda keçiriləcəyini təkzib edirdi və bu, 8 noyabrda mitinq keçirən müxalifətə arqument verməmək kimi görünürdü. Lakin Peskovun bu gün verdiyi açıqlama Ermənistanın ümumiyyətlə görüşdən yayındığını deməyə əsas verir.

Kremlin sözçüsü deyib ki, “üçtərəfli görüşün tarixi hələ müəyyən edilməyib, hazırda konkret anlayış yoxdur”. Peskovun əvvəlki açıqlamasına korrekt etməsi o deməkdir ki, görüş gündəmdədir, lakin Ermənistan razılaşmır.

Üçtərəfli görüşün iki gündəmi var: kommunikasiyanın açılması və sərhədin delimitasiyası məsələsinin müzakirə edilməsi. Mümkündür ki, kommunikasiyaların açılması qrafiki təsdiq edilsin və sərhədin delimitasiyasının hansı xəritələrə əsasən aparılması razılaşdırılsın.

İrəvan kommunikasiyanın açılmasına qarşı deyil, Paşinyan sonuncu müsahibəsində də bunu təsdiq etdi. Razılaşdırılmayan məsələ sərhədlə bağlıdır və istisna deyil ki, problem hansı ilin xəritəsinin əsas götürülməsi üzərində yaranır.

Üçtərəfli görüşə razılaşmayan Paşinyanın müdafiə nazirini Qarabağa göndərməsi də İrəvanın istəyinə nail olmaq üçün etdiyi gediş hesab oluna bilər və burada iki məqsəd var:

Birincisi, Rusiyanın vasitəçiliyi ilə əldə olunan mövcud stabilliyi pozur: bununla üçtərəfli masada maraqlarının təmin edilməsi üçün Moskvaya mesaj verir;

İkincisi, Qarabağda separatçı-terrorçu rejimin qondarma “müqəddəratını” aktual olaraq saxlayır: Paşinyan “sərhəd, kommunikasiya və Qarabağ mövzusunun bir-birindən ayrı məsələ” olduğunu açıqladı və sərhəd-kommunikasiya məsələsinin əsas gündəm olduğu vaxt “Qarabağ iddiasını” da ayrı istiqamət kimi aktuallaşdırır.

Paşinyanın bu gedişləri ABŞ Dövlət katibinin köməkçisi Erika Olsonun regiona səfəri fonunda etməsi də təsadüfi deyil: İrəvan Vaşinqtonun bölgəyə müdaxilə istəklərindən həm “Qarabağ məsələsi” üçün istifadə etməyə, həm də Moskvanın qurduğu masada əlini gücləndirməyə cəhd edir.

Burada Karapetyanın Qarabağa səfərinə Azərbaycan Müdafiə Nazirliyinin cavabı diqqət çəkir. Azərbaycanın hərbi rəhbərliyi iki xəbərdarlıq edir.

1. Müharibədə məhv edilmiş erməni generallarının aqibətini xatırlatmaqla Karapetyana Qarabağda həyatının təhlükəsizlikdə olmadığını deyir;

2. Anti-terror əməliyyatının keçirilə biləcəyinin mesajını verir.

Ermənistan müdafiə nazirinin səfəri ən azı məcburetmə əməliyyatını zəruri edir. Çünki İrəvan bununla təsdiq edir ki:

- 10 noyabr razılaşmasının 4-cü bəndini – erməni qoşunların çıxarılmasını icra etmək niyyətində deyil;

- Qarabağda rus sülhməramlılarının dayandığı mövqelərlə yanaşı, erməni terrorçuların da mövcud olduğu postlar var və bu postlarda hətta davamlı mühəndislik işləri həyata keçirilir: Karapetyan həmin postlardakı mühəndislik işləri ilə tanış olub;

- Karapetyanın “sülhün ən vacib təminatçısı ordunun döyüş qabiliyyətidir” açıqlaması da Qarabağdakı erməni terrorçuların təxribatlara davam edəcəyini deməyə əsas verir.

Baş verənlər Azərbaycan sərhədləri daxilində və sərhəddə yeni təxribatlar, yeni gərginlik vəd edir: Kəlbəcər istiqamətində törədilən təxribat da bunu təsdiqləyir; bu o deməkdir ki, Ermənistan delimitasiya prosesinə mane olmaq və ən azı prosesdə öz maraqlarını təmin etmək üçün həm sərhəddə, həm də Qarabağda yeni gərginlik yaratmaq niyyətindədir.

Asif Nərimanlı

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı