Ermənistanın kapitulyasiyası bitən münaqişə, yersiz status söhbətləri

Analitika 13:56 10.11.2021

Bütün müharibələrdən sonra danışıqlar başlayır. Dialoq və diplomatik danışıqlar münaqişələrin bitməsindən, dayanmasından xəbər verir. Belə halda sülhün yaranacağına ümid çoxalır.

2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiyanın dövlət başçsı Vladimir Putin arasında imzalanan üçtərəfli bəyanat regionda münaqişənin birinin bitməsinin başlanğıcı, Cənubi Qafqazda yeni şəraitin yaranmasının əsası, habelə təhlükəsizliyin təhdid edilməsinin qarşısının alınması istiqamətində atılan faydalı addım idi. Tərəflər arasında 9 maddəlik sənəddə 3 rayonun - Laçın, Ağdam və Kəlbəcərin döyüşsüz Azərbaycana qaytarılması məsələsi də var. Bu çox əhəmiyyətli müddəa sayılır. Məlumatlara görə, Ermənistan həmin istiqamətdə çox böyük hərbi qüvvə yığıbmış. Çünki bu üç rayon strateji bölgələrdəndir. Laçından dəhliz keçdiyi, Kəlbəcərdəki yüksəkliklərdən Ermənistan və Azərbaycan ərazilərinə nəzarət mümkün olduğu, Ağdamdan isə Xankəndi və Şuşaya yollar keçdiyi üçün işğalçı həmin rayonlar istiqamətində öz qüvvələrini daha çox cəmləyibmiş. Ermənistan həmin ərazilərdən Azərbaycan Ordusunu qarşılayıb döyüşdə dönüş yaratmaq niyyətində idi. Bu isə həmin bölgələrdə döyüşlərin daha şiddətli olacağından xəbər verirdi. Bu həm də hər iki tərəfdən çoxlu sayda insan itkisi ilə nəticələnə bilərdi. Ona görə də həmin rayonların atəş açılmadan Azərbaycanın nəzarətinə qaytarılması bəyanatın uğurlarından sayıla bilər.

Sənəddə Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşməsi və mandatına dair müddəalar da var: “Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”. Bu maddədə erməni silahlıların çıxarılmasının vurğulanması da sənədin uğurlu məqamlarındandır. Bundan başqa, regionda hər hansı silahlı qüvvələrin yaradılması və ya formalaşdırılmasına işarə belə yoxdur. Bu isə separatçıların tör-töküntülərinin Rusiyaya qarşı çıxışı kimi dəyərləndirilə bilər. Burada həm də Rusiya sülhməramlılarının qalma müddəti açıq-aydın göstərilib. Bu, onların Azərbaycanda həmişəlik qalacağı ilə bağlı məsələyə də aydınlıq gətirir. Sənəddə açıq-aydın göstərilir ki, müddət bitəndən sonra tərəflərdən biri onun uzadılmasını istəməzsə, rusiyalı hərbçilər müvəqqəti yerləşdikləri Azərbaycan ərazisini tərk edəcəklər.

Bəyanatın uğurlu tərəflərindən biri atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərinin birgə monitorinq mərkəzi yaratmasıdır. Bu həm də Cənubi Qafqazda Türkiyə hərbçilərinə beynəlxalq ictimaiyyətin etimad göstərməsi deməkdir.

Bəyanatın 7-ci maddəsində məcburi köçkün və qaçqınların qayıtması məsələsi öz əksini tapıb. Bu isə Azərbaycan ərazisində münaqişə və hərbi əməliyyatların bitdiyinin göstəricisi anlamına gəlir.

Sənəddə vurğulanan başlıca məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. Bu bəyanat göstəriciləri ilə işğalçı Ermənistanın kapitulyasiya aktıdır. Tarixdə işğalçılar həmişə uduzublar. Faşist Almaniyasının imzaladığı kapitulyasiya aktı tarixdən hər kəsə məlumdur. Həmin sənədə əsasən, Almaniyaya hətta ordu saxlamaq belə qadağan edildi. Bundan başqa, Almaniya iki yerə parçalandı. Bu ölkə soyqırımı törətmiş faşistlərin əvəzinə yəhudilərə təzminat ödədi. Dövlətin başçısı olmuş Adolf Hitler isə mühakimədən qorxaraq intihar etdi və s.

Nikol Paşinyanın imzaladığı kapitulyasiya aktına əsasən, Azərbaycan torpaqlarının işğalından iştirak etmiş Ermənistanın bütün rəhbərləri, keçmiş prezidentlər Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarqsyan, müdafiə nazirləri Seyran Ohanyan, habelə separatçı rejimin başçıları Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyan törətdikləri cinayətlərə, dinc əhaliyə qarşı vəhşiliklərin təşkilinə görə beynəlxalq məhkəməyə verilməlidir. Bu, müasir dövrdə işğalçının və işğalçılığın aqibəti baxımından çoxlarına dərs olar.

44 günlük müharibədə müasir hərbin bir çox yenilikləri, taktikaları tətbiq edildi. Bu və başqa məsələlər tarixdə araşdırlacaq. Kapituliyasiya aktı münaqişənin bitdiyinin, statusun isə birdəfəlik gündəlikdən çıxdığının göstəricisidir. Odur ki, belə bir şəraitdə münaqişə və statusdan danışmaq artıq yersiz iddiaya çevrildi.

Sədrəddin Soltan

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı