Şahmat taxtasında mat, ağ və qaraya fərq qoyulmayan məqam İrəvan yeni oyuna başlayıb

Analitika 17:16 25.11.2021

Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının Soçidə keçirilməsi planlaşdırılan zirvə görüşü öncəsi regionda yenə diplomatik tıxac müşahidə olunur. Zənglər, görüşlər, bəyanatlar səngimir.

Paşinyanın görüşlə bağlı aqressiv bəyanatından sonra iki önəmli hadisə baş verdi. Brüssel görüşünün təşkilatçısı olan Avropa Şurasının sədri Şarl Mişel Soçi görüşünün təşkilatçısı Vladimr Putinə zəng etdi. Putin Mişelin xahişi ilə keçmiş Dağlıq Qarabağ regionu üzrə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların müddəalarının həyata keçirilməsi, o cümlədən dinc həyatın bərqərar edilməsi, iqtisadi münasibətlərin bərpası, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması istiqamətində atılan addımlar, eləcə də Soçid planlaşdırılan danışıqlar barədə məlumat verdi.

Günorta saatlarında isə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Söhbət zamanı Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli komissiyanın fəaliyyəti və eləcə də gələcək planlar haqqında fikir mübadiləsi aparılıb. Görüşdə o da qeyd olunub ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının tezliklə açılması bölgədə sabitliyə və iqtisadi inkişafa öz töhfəsinin verəcək.

Overçukun Bakıya, ardınca İrəvana səfərləri görünür dövlət başçılarını zirvə görüşünün detalları ilə bağlı məlumatlandırmaq və onların fikirlərini nəzərə almaq kimi bir diplomatik mahiyyət daşıyır.

Şarl Mişelin Putinlə telefon danışığında isə daha fərqli mənzərə görülür. Görünən odur ki, Azərbaycan-Ermənistan münaqişəsinin tənzimlənməsində konturlar dəyişib. Artıq Avropa Şurası (AŞ) bu münaqişə ilə daha çox maraqlanır və bir növ passivləşən və diplomatik missiyası fiaskoya uğrayan ATƏT-in funksiyalarını icra edir. Xatırladaq ki, danışıqlarda yeni vasitəçi olan Avropa rəsmiləri 10 gün bundan əvvəl Brüsseldə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ilə görüşmüşdü. Dekabrın 15-də Azərbaycan və Ermənistan dövlət başçılarının Brüsseldə görüşəcəklərini nəzərə alsaq Avropanın tədricən daha çox münaqişənin tənzimlənməsində yer alacağını deyə bilərik.

Beləliklə, Soçi görüşündən əvvəl müşahidə edilən diplomatik addımlar zirvənin siyasi arxitekturası bu cür təsvir etməyə imkan verir: Avropa+Ermənistan – Rusiya – Azərbaycan.

Paşinyan sonuncu çıxışında Rusiyanın Ermənistanın müttəfiqi olması ilə birlikdə, Azərbaycanın düşməni olmadığını bildirmişdi. O, həmçinin, yeni müttəfiqlər tapılacağına da işarə etmişdi. Buna səbəb Rusiyanın müharibəyə müdaxilə etməməsi (Şuşayadək) və sonrakı proseslərdə Ermənistanı Azərbaycandan qorumaması idi. Paşinyan da fərqindədir ki, Kremlinin tərəzisində Bakı və İrəvan ən azından bərabərdirlər. Moskva tərəflərin heç birini itirmək istəmir. Bu da post-müharibə dövründə Ermənistana heç sərf etmir. Çünki indi İrəvanın yeni kapitulyasiyalara imza atmaması üçün daha böyük dəstəyə ehtiyacı var. Bu dəstəksə ancaq Avropadan gələ bilər. Ermənistanınsa Avropaya açılan körpüsü rolunda erməni lobbisi çıxış edir. Nəticədə, özünü Avropa lideri sayan Fransa ölkəsindəki erməni lobbisinin də təzyiqləri ilə Ermənistanı diplomatik himayəyə almaq işini öhdəsinə götürür və həm Avropa İttifaqını, həm də Avropa Şurasını Qafqazdakı proseslərə müdaxilə etməyə çağırır. Bununla da Azərbaycan-Ermənistan münaqişəsinin tənzimlənməsində Avropa yeni vasitəçi kimi oyuna qoşulur.

Sonda bütün bu baş verənlərə soyuq başla, kənardan baxdıqda heç də xoş olmayan bir mənzərənin şahidi oluruq.

Şahmatda oyun bitəndən və şahmat taxtası bağlandığı zaman qalib şahla, məğlub şah (ağ-qara) eyni yerə qoyulur. Müharibədə isə məğlub olmuş “şah” piyadadan belə daha gücsüz və zəifdir. Çünki “oyun” bitib və o uduzub.

Vətən müharibəsindən bir il sonra, hazırda yaranmış siyasi mənzərədə görünən odur ki, Əliyevlə Paşinyan eyni yerdə, eyni konyukturada diplomatik oyuna davam edir. Hətta Paşinyan müharibədən sonra keçiriləcək üçüncü zirvə görüşü öncəsi “Zəngəzur dəhlizi yoxdur”, “Qarabağ məsələsi müzakirə edilmir” kimi yeni oyun qaydaları diktə etməyə, özünə Avropada yeni müttəfiqlər axtarmağa və onları da bu oyuna cəlb etməyə çalışır. Azərbaycan diplomatiyasına düşən işsə bu oyunu pozmaqdır. Çünki müharibə bitib, Ermənistan məğlub olub və indi o yeni oyun oynamamalı, törədiyi müharibə cinayətlərinə görə cavab verməlidir. Hazırda Ermənistan hələ də Azərbaycanın Xankəndi, Xocalı, Əsgəran, Xocavənd və Ağdərə şəhərlərini de-fakto işğal altında saxlayır. Birgə bəyanatın 4-cü (Qarabağdan erməni hərbi birləşmələrinin çıxarılması, 7-ci ( Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara geri qayıdır) və 9-cu (Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək kommunikasiya xəttinin açılması) bəndlərini yerinə yetirmir.

Əvəzində isə sərhəddəki insidentlərin qarşısını almaq üçün delimitasiya və demokrasiya proseslərinə başlamaq istəyir. Lakin buna da şərt qoşur, delimitasiyanın Qarabağ məsələsinə aidiyyatı yoxdur deyir. Ermənistanı bu qədər cürətləndirən səbəb Qarabağdakı sülhməramlılardır. Azərbaycanın yeganə hərbi təzyiq vasitəsi isə müəyyən edilməmiş sərhədlərdir. O da delimitasiyadan sonra aradan qalxacaq. Bəs sonra? Uzun-uzadı və nəticəsiz sülh danışıqları. Ona görə də birgə bəyanatın şərtləri icra edilmədən delimitasiyaya başlamaq bir o qədər məntiqli görünmür...

Nicat İsmayılov

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı