Ermənistana qarşı dörd üsul və... Əliyevdən sonuncu gediş

Analitika 16:10 26.11.2021

Dövlətlər digər dövlətlərlə olan problemlərini diplomatik yolla həll etmək üçün 4 əsas üsuldan istifadə edirlər: İnandırma, şirnikləşdirmə, cəzalandırma, məcburetmə.

Azərbaycan da Ermənistanla arasındakı problemi həll etmək üçün eyni metodlara baş vurub. 1999-2001-ci illərdə, Heydər Əliyev dövründə həyata keçirilən danışıqlarda Azərbaycanın istifadə etdiyi diplomatik taktika “inandırma” idi. Rəsmi Bakı Ermənistanı inandırmağa çalışırdı ki, Qarabağ Azərbaycan ərazisidir və gec-tez bu ərazi İrəvanın nəzarətindən çıxacaq. Azərbaycan istəyir ki, bu problem hərbi yollarla, qan-qada ilə yox, sülh yoluyla həll edilsin. Lakin o dövrdə bu arqumentlərə Ermənistanı inandırmaq mümkün olmadı.

2005-ci ildə, neft satışından böyük gəlir əldə etməyə və büdcəsini doldurmağa başlayan Azərbaycanda yeni hakimiyyətə gəlmiş İlham Əliyev “şirnikləndirmə” taktikasını işə saldı. Bu taktikaya görə Azərbaycan Ermənistanı nəqliyyat-kommunikasiya və enerji layihələrinə daxil edəcək və onu Gürcüstan kimi tranzitdən böyük gəlirlər əldə edən dövlətə çevirəcəkdi. Əvəzində isə tək istəyi var idi: Qarabağın qaytarılması. Lakin bu taktika da işə yaramadı, İrəvandakı Qarabağ klanı buna razı olmadı.

2016-cü ildən Azərbaycan Ermənistana qarşı “cəzalandırma” taktikasına start verdi. 2016-cı ildə baş verən “Aprel döyüşləri”ndə qismən cəzalandırılan Ermənistan Qarabağ məsələsində dirənməyə davam etdi. 2018-ci ildəki məxməri inqilabla hakimiyyətə gələn Paşinyan isə “Qarabağ Ermənistandır” deməklə, əslində müharibəyə “yaşıl işıq” yandırmış oldu. Beləliklə, 2020-ci ildə baş verən 44 günlük müharibə ilə “cəzalandırma” taktikası uğurla icra edildi, Qarabağın böyük bir hissəsi azad edildi. Lakin “cəzalandırma” diplomatiyası da sülh üçün yetərli olmadı. Birgə bəyanata imza atan Paşinyan bəyanatın şərtlərini icra etmədi, Qarabağı Azərbaycan ərazisi kimi tanımadı, keçmiş Dağlıq Qarabağdan qoşunları geri çəkmədi, Qazaxın və Naxçıvanın kəndlərini azad etmədi.

Beləliklə, post-müharibə dövründə Azərbaycanın Ermənistanla problemlərini həll etmək üçün istifadə edə biləcəyi sonuncu metod olaraq “məcburetmə” qalır. Bəs, məcburetmə nədir və necə olmalıdır?

Diplomatiyada sadəcə sülhpərvər metodlardan yox, bəzən yekun sülhü əldə etmək üçün, qismən güc tətbiq etmək kimi sərt, hərbi metodlardan da istifadə edilir. Məcburetmə diplomatiyası da belə metodlara əsaslanır. Əgər müharibə qara, sülh isə ağ rənglə təsvir edilsə, məcburetmə diplomatiyası bunların arasındakı boz rəngi əks etdirir. Məcburetmə diplomatiyası dövlətlər arasında mövcud status-kvonun pozulması ilə qarşı tərəfi geri addım atmağa, kompromisə getməyə məcbur etmək deməkdir.

Caliber.az saytının sonuncu araşdırması ilə tanış olduqdan sonra Azərbaycanın məcburetmə diplomatiyasına start verdiyi üzə çıxıb. Belə ki, araşdırmada qeyd olunur ki, 15-16 noyabr döyüşlərində düşməndən alınan yüksəkliklər və düşmən postları Azərbaycan Silahlı Qüvvələrinə strateji zərurət yaranarsa, Ermənistanın bütün cənubunu paytaxtdan ayırmağa, Naxçıvana onsuz da qısa olan boğazı daraltmağa və ya de-fakto olaraq Laçın dəhlizinə çıxışı lokal şəkildə bağlamağa imkan verir.

Beləliklə, araşdırmadan aydın olur ki, Azərbaycan ordusu Ermənistan ərazisindən keçən strateji kommunikasiya xətlərinin bir hissəsini vizual nəzarətə götürüb və hər an hərbi əməliyyatlarla Laçın dəhlizinin Ermənistandan keçən hissəsini bağlaya bilər.

Lakin mövcud geosiyasi konyuktura yeni müharibələrə imkan vermir. Eyni zamanda birgə bəyanatın üç maddəsini icra etməkdən boyun qaçıran, Qazaxın 7, Naxçıvanın 1 kəndini işğal altında saxlayan, ən əsası isə Qarabağın dağlıq hissəsindən hələ də əl çəkməyən Ermənistanla qeyd edilən problemlər həll edilməmiş sülh müqaviləsi imzalamaq da mümkün deyil. Hərb və sülh yolu qapalı olanda avtomatik məcburetmə diplomatiyası işə düşür. Bununsa ən gözəl vasitəsi “sürünən müharibədir”. Günnut və Qaragöl əməliyyatlarında olduğu kimi isti və açıq döyüşlərə girmədən addım-addım düşmənin strateji mövqelərini ələ keçirməklə onu kompromisə məcbur etmək hazırda sülhə aparan yeganə çıxış yoludur.

Soçi görüşü və sonrasında Paşinyan geri addım atmasa haqqında bəhs etdiyimiz sürünən müharibənin davam edəcəyi istisna olunmur. Yavaş-yavaş, addım-addım Ermənistanın içərilərinə doğru irəliləyən (irəliləyəcək) ordumuzun hədəfi isə heç də Ermənistan ərazilərini işğal etmək deyil. Yuxarıda da qeyd olunduğu kimi Laçın dəhlizini arxa tərəfdən bağlamaq və təhlükəsizlik koridoru yaratmaqdır. Laçın dəhlizinin bağlanması Qarabağdakı separatçıların təminat yolunun kəsilməsi deməkdir. Təhlükəsizlik koridoru isə sözügedən istiqamətdə tez-tez təxribatlara cəhd edən Ermənistanın qarşısı almaq və yeni status-kvo ilə düşməni fakt qarşısında qoymağa istiqamətlənir. Paşinyan Azərbaycan ordusunun Ermənistanın 41 kv.km ərazisinə daxil olduğunu iddia edir. Gələcəkdə bu rəqəmin daha da böyüməsi labüddür. Belə olan halda Ermənistan “təhlükəsizlik koridoru” təzyiqindən yaxa qurtarmaq istəyirsə bu 3 addımdan birini atmalıdır:

Keçmiş Dağlıq Qarabağ regionundan qoşunları çəkmək;

Zəngəzur dəhlizini Azərbaycana vermək;

Naxçıvanın və Qazaxın işğal olunmuş kəndlərini qaytarmaq...

Fotoğraf açıklaması yok.

Nicat İsmayılov

İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO

Xəbər xətti

Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
Hamısı