Cəlaloğlunun düşmənləri Fərqli dildə təhsil vətənə xəyanətdirmi?

Analitika 14:59 29.11.2021

Millətin dili, onun namusu və gələcəyidir. Milləti millət edən amil, onu digər millətlərdən fərqləndirən detal məhz dildir, ana dilidir. Ona görə də ana dilinin müdafiəsi və mühafizəsi bütün millətin ən böyük vəzifəsi sayıla bilər.

Eyni zamanda, milləti millət edən digər amilsə onun həmrəyliyidir. Həmrəyliyi olmayan, parçalanmış toplum məhvə məhkumdur. Ona görə də milli dəyərləri, o cümlədən müqəddəs ana dilini qoruyub saxlamaq üçün təfriqə yaradıb, xalqı-xalqa qarşı qoyub, zorakılıqlara və iğtişaşlara təşviq etmək, ana dilinə yox, anamıza, Azərbaycana qarşı böyük bir xəyanətdir.

Bu müraciət xarakterli girişin səbəbi ötən günlərdə bir internet televiziyasında qonaq olan Azərbaycan Demokrat Partiyasının lideri Sərdar Cəlaloğlunun səsləndirdiyi radikal fikirlərdir. Belə ki, Cəlaloğlu öz çıxışında deyib: “Bu gün övladlarına rus dilində təhsil verən Azərbaycan vətəndaşlarının hər biri Azərbaycan dövlətinə, müstəqilliyinə, suverenliyinə xəyanət edən insanlardır. Qarabağ müharibəsində 3 min şəhid vermişik, şəhidlərimizin qanı sadəcə ermənilərin yox, övladlarına rusca təhsil verən, rus dilində təhsil alan 34% azərbaycanlıların da əlinə bulaşıb. Onlar müstəqilliyimiz, ərazi bütövlüyümüz üçün canlarından keçiblər, rusdillilər isə Azərbaycan üçün ən böyük təhdidi yaradan elektorata çevriliblər. Qazaxıstanda bir qrup var ki, gəzirlər, kimsə rusca danışanda ona dərhal zorakılıq tətbiq edirlər ki, nə üçün rusca danışırsan. Azərbaycanda rus dilində məktəbləri açan təşviq edən insanlar, direktorundan prezident administrasiyasına qədər Azərbaycan dövlətinin düşmənidir”.

Öncə qeyd edək ki, bir məsələdə Sərdar Cəlaloğlu haqlıdır:  Azərbaycanda hər bir şəxsin ana dilində oxumasını təşviq etmək və buna nail olmaq lazımdır. Rus dili isə ingilis, fransız, ərəb dili kimi ölkədə ikinci, üçüncü və neçənci dil kimi öyrənilsə, daha yaxşı olar. Bu, ziyan deyil, çox böyük faydadır. Lakin Sərdar bəy rus dilinə olan bu axını durdurmaq üçün anormal bir təklif irəli sürür. Qazaxıstandan örnək göstərərək bir növ çağırış edir ki, ölkəmizdə də rusca danışan insanlara qarşı zorakılıq tətbiq edilsin. Bu isə ölkədə iğtişaşlara çağırış sayıla bilər. İxtisası hüquqşünas olan Sərdar bəy bilmirmi ki, hüquqi dövlətdə problemlər zorakılıq deyil, qanun tənzimlənməsi yoluyla həll edilməlidir?

Bundan savayı, rusdilli vətəndaşlarımızı “vətən xaini”nə çevirmək, ölkədəki yüz minlərlə insana həqarət, onların haqqına girməkdir! Bu, həm də milli həmrəyliyi baltalamaqdır. Fərqli dil Vətəni sevməmək deyil! Fərqli dil Vətənə xəyanət deyil! Ölkəmizdə doğma dili talış, avar, ləzgi, rus dili olan, amma Vətəni Azərbaycanı psevdovətənpərvərlərdən qat-qat çox sevən yüz minlərlə vətəndaşımız var. Rus dilində təhsil alıb Vətəni Azərbaycan üçün həyatını qurban verən şəhidlərimiz var!

Rus dilində təhsil almış gənclərimizi qınaq obyektinə çevirmək, onları, ailələrini sırf xarici dildə təhsil alıblar deyə xəyanətdə ittiham etmək, bununla da ölkənin şagird və tələbələrinin 35%-ni hədəfə çevirmək Azərbaycan xalqını parçalamaqdan başqa nəyə və kimə xidmət edir?

Əlbəttə, rus dilli məktəblərin sayı azalmalı və övladlarımız ana dillərində, milli ruhda təhsil almalıdır. Lakin bunun yolu onları və ailələrini təhqir etməkdən yox, Azərbaycan dilində təhsil verən orta və ali məktəblərin təhsil səviyyəsini yüksəltməkdən keçir. Azərbaycan dilində təhsil verən müəssisələr yüksək keyfiyyətləri ilə seçilib, milli brendə çevrilsələr, Azərbaycan dilində yazılan təhsil kitabları qüsurları ilə deyil, mükəmməlliyi ilə seçilsələr, o zaman heç bir zorakılığa, təhqirə və təzyiqə ehtiyac qalmadan azərbaycanlı vətəndaş övladını ana dilində təhsilə istiqamətləndirəcək.

Cəlaloğlu kimi şəxsin belə radikal bəyanatlarını gördükcə nə üçün Azərbaycanda sağlam müxalifətin qurulmadığını dərk edirsən. Biri xalqın pullarını oğurlayan korrupsiyaçını bu gün lider elan edir, digəri sivil, siyasətdən uzaq vətəndaşları xain adlandırır, başqa biri dini və siyasəti anlamadan peyğəmbəri özünə siyasi öndər (!) görür! Onların təklif etdiyi yol isə ancaq Azərbaycanı parçalanmağa aparır. Onlar varkən erməni kimi düşmənə nə ehtiyac qalır?

Hansısa səbəbdən rusca təhsil alan şəxslər haqqında vətən xaini hökmü çıxaran Cəlaloğlu, qardaşı Qurban Məmmədov kimi bu milləti parçalayan separatçı deyilmi?

Nicat İsmayılov

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı