Aşqabadda imzalanmış sənəddə Azərbaycan üçün iki müsbət məqam var Rövşən İbrahimov

Analitika 18:07 29.11.2021

Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Seyid İbrahim Rəisi arasında Azərbaycan-İran-Türkmənistan qaz mübadiləsinə dair üçtərəfli saziş imzalandı. Sazişə əsasən Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndərəcək. Bu ehtiyatla İranın şimalında yerləşən 5 şəhəri təbii qazla təmin ediləcək.

Beləliklə, cənub-şimal və cənub-qərb xətti ilə daşınmalar Bakının vasitəsilə həyata keçirilir. İran Azərbaycan, Azərbaycan isə Gürcüstan yolu ilə bu və digər ticarət əlaqələrini həyata keçirəcək. Ermənistan Zəngəzur dəhlizini açsa o da bundan faydalana bilər. Türkmən qazının nəqli həmçinin İranin Avropada diplomatik mövqeyinin güclənməsinə səbəb olacaq, dolayısı ilə İran Azərbaycan münasibətlərinin də yaxınlaşmasına gətirəcək, bu isə İranın Ermənistanla əlaqələrinə təsirsiz ötüşməyəcək.  

Bununla yanaşı, Aşqabad sazişi Azərbaycana təkcə İranla deyil, Avropayla da münasibətlərində buzların əriməsinə rəvac verir.

Sazişin Avropa Azərbaycan əlaqələrinə, Qarabağla bağlı sülh prosesinin tənzimlənməsinə təsiri ilə bağlı Cənubi Koreyanın Regionşünaslıq üzrə Hankuk Universitetinin professoru, politoloq Rövşən İbrahimov EDNews.net-ə açıqlama verib.

Politoloq qeyd edib ki, Avropa dövlətləri, Avropa İttifaqı və Avropa Şurasının hər birinə ayrı-ayrılıqda baxmaq lazımdır: “Çünki bütün Avropa ölkələri deyil, əsasən Fransa ermənipərəst mövqe tutub. Digər ölkələr daha tutarlı və ehtiyatlı hərəkət edirdilər. Fransa açıq şəkildə anti-Azərbaycan mövqedən çıxış edirdi. Hesab edirəm ki, Aşqabad bəyannaməsinin Avropa ilə münasibətlərə təsiri az olacaq. Bu, Azərbaycanın və üzv dövlətlərin Avropaya hər hansı bir mesaj çatdırılması üçün hazırlanmış bir sənəd deyil”.

Ekspertin sözlərinə görə, noyabrın 29-da Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində imzalanmış yekun sənəddə Azərbaycan üçün iki müsbət məqam var: “Birincisi, həmin təşkilata üzv olan dövlətlər bu sənəddə Azərbaycanı 44 günlük müharibə nəticəsində qazandığı qələbə ilə təbrik ediblər və azad olunmuş torpaqların regionda, daha sonra əməkdaşlıqda və bu əməkdaşlığın inkişafında rol oynayacağını qeyd ediblər. Bundan əlavə, deyilənə görə sənəddə həm də Zəngəzur dəhlizi məsələsi yer alıb. Bu iki məqam Azərbaycan üçün müsbət rol oynayaraq vəziyyətin dəqiqləşdirilməsi və təsdiqlənməsi baxımdan önəmlidir. Həmin sənədə həm də İran imza atıb. İki dövlət arasında yaxın zamanlarda fikir ayrılığı yarandığını nəzərə alsaq, bu platforma çərçivəsində həmin fikir ayrılığı ortadan qalxıb”.

R. İbrahimov bildirib ki, bu bəyannamə sadəcə Azərbaycanın çoxşaxəli xarici siyasətinin bir istiqamətində Avrasiyanın müsəlman ölkələri ilə münasibətlərdə dayanışmanın nümayişinin nəticəsidir. İranla yanaşı, Ermənistanla eyni hərbi alyansa üzv olan Qazaxıstan, Tacikistan və Qırğızıstan öz növbəsində Azərbaycanın bu qələbəsinə fikir bildirməsi ayrılıqda müsbət bir hadisədir”. 

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı