Hərbi əməliyyatlar yenidən başlayacaq - Anar Həsənov - ednews.net

28 Yanvar, Cümə

Hərbi əməliyyatlar yenidən başlayacaq - Anar Həsənov

Analitika A- A A+

"Azərbaycanla Ermənistan arasında müharibə bitməyib".

EDNews.net xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

 O bildirib ki, Ermənistan üçün müstəqillik qüruru anlayışı deyilən bir şey qalmayıb:

"Atəşkəsi müharibənin bitməsi kimi cəmiyyətə sıramaq cəhdi özünü hələ çox ifşa edəcək. Bugünkü təxribatların kökündə 9 noyabr Bəyanatı dayanır. O tərəflərin razılığı əsasında ərsəyə gəldiyindən, opponentlərimiz bundan sui-istifadə edir. İstər 27 senyabrda başlanan hərbi əməliyyat, istər sərhəddəki may və noyabr silahlı toqquşmaları sübut edir ki, Ermənistanla "ünsiyyətin" ən effektli metodu Dəmir Yumruqdur. Amma bu metod həm də riskdir.

Ermənistanın əsas məqsədi Azərbaycanı təcavüzdə ittiham edib, ən azından Azərbaycan-Ermənistan sərhədinə Rusiya qoşunlarının gəlməsinə nail olmaq və bununla da Azərbaycanın əl-qolunu bağlamaqdır. Başqa sözlə, Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmaq rəsmi İrəvanın sistemli siyasətidir.

Deməliyəm ki, Azərbaycan rəhbərliyi üçün də keçirilən üçtərəfli görüşlər xoş məramdan başqa bir şey deyil və onların həllediciliyi təkcə ekspert dairələrində şübhə yaratmır. Ermənistanın siyasəti itirəcək bir şeyi qalmayan uğursuzun hərəkətlərini xatırladır. Bu dövlət üçün müstəqillik qüruru anlayışı sanki buxarlanıb.

Əgər Soçi görüşü məhsuldar olubsa, bu özünü ilin sonuna qədər biruzə etdirməlidir. Məsələn, 16 noyabrda ələ keçirilən ermənilər qaytarılsa, ya da Ermənistanın daxilində Naxçıvana gedəcək dəmiryolu xətti ilə bağlı əyani işlər görülsə, deməli ki, rəsmi İrəvan sözdən əmələ keçməyə cəhd edir və o sarıdan Azərbaycan adekvat addımlar atır. Amma rəsmi İrəvanın son gedişatlarına, bəyanatlarına diqqət etsək, nəsə gözləməyə dəyməz. Hələlik əsəb müharibəsi davam edir və hərbi əməliyyatlar, sərhəd insidentlərin təkrarlanacağı qənaətindəyəm".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...