Qan itirməkdə davam edən siyasi iqtidar Ərdoğan seçkilərdə qələbə çalmaq üçün nə edəcək?

Analitika 16:29 06.12.2021

Türkiyənin Azərbaycan üçün nə qədər əhəmiyyətli bir ölkə olduğunu şərh etməyə ehtiyac yoxdur. 103 illik respublika tariximizdə, hətta SSRİ dövründə belə, Azərbaycanın hansısa şəkildə Türkiyə ilə əlaqələri olub və bu əlaqələr hər iki qardaş ölkəyə təsir edib.

Bu baxımdan 103 illik Azərbaycan-Türkiyə münasibətlərinə nəzər saldığımız zaman xüsusilə bir faktı vurğulamaq zəruridir. Türkiyədə iqtidarların dəyişməsi daim Azərbaycanla münasibətlərə təsir göstərib. İttihat və Tərəkkinin devrilməsindən tutmuş, müasir dönəmimizdə Turqut Özalın qəfil ölümünə, Məsut Yılmazın hakimiyyətə gəlişinə, Ərbakanın devrilməsinə qədər Türkiyədəki bir çox iqtidar dəyişikliklərində siyasi hakimiyyət institutu ilə birlikdə Azərbaycana münasibət də dəyişib.

Hazırda Türkiyədə yenə iqtidar dəyişikliyi məsələsi gündəmdədir. 2010-cu ildən Azərbaycana qarşı xüsusi diqqət və qayğısını əyani şəkildə ortaya qoyan, 2016-cı ildə türkçü Devlet Baxçalı ilə ittifaqa girdikdən sonra Azərbaycana hərbi və diplomatik dəstəyini artıran Rəcəb Tayyip Ərdoğanın siyasi ömrünün bitəcəyi, 2023-cü il prezident seçkilərində məğlub olacağı iddiaları türk mediasında müzakirə edilir.

Ərdoğan qan itir...

5 dekabrda Türkiyənin əsas (ana) müxalifət partiyası olan CHP-nin (Cümhuriyyət Xalq Partiyası) Mərsin şəhərindəki mitinqində müşahidə edilən izdiham bir daha Türkiyədə Ərdoğan iqtidarının “qan itirdiyi”ni və ona nəzərən müxalifətin ictimai nüfuzunun günü-gündən artdığını sübut edir. Bu vəziyyəti yaradan səbəbsə ilk olaraq iqtisadiyyatda müşahidə edilən problemlərdir. Ardıcıl qiymət artımı, TL-nin dəyərdən düşməsi, inflyasiya və işsizlik xalqın Ərdoğana və komandasına olan dəstəyini azaltdı. Poetik bir dillə ifadə etsək, 18 illik Ərdoğan (AKP) iqtidarı bir çox yaralar almışdı, lakin bu dəfə şiddətli şəkildə qan itirir...

Bəs bu qan itkisi Ərdoğanın siyasi karyerasının bitməsinə, Türkiyədə iqtidarın dəyişməsinə gətirib çıxara bilərmi? Və Ərdoğanın bu qanı durduracaq, yaranı sağaldacaq bir resepti varmı?

Tanınmış türkiyəli jurnalist Mövlut Yeni yaranmış vəziyyəti EDNews.net üçünşərh edib. O, Ərdoğanın reseptinin hazır olduğunu bildirib:

“Türkiyə 2023-cü ildə tarixi bir seçkiyə gedəcək. Bu seçkilər iki nüansa görə tarixi əhəmiyyət daşıyır. Əvvəla, cümhuriyyətin 100-cü ilinə təsadüf edəcək. Eyni zamanda Ərdoğanın siyasi həyatını müəyyən edəcək. Türkiyədəki iqtidar və müxalifət partiyaları da bu seçkinin əhəmiyyətinin fərqinə varıb və indidən mitinqlərlə öz elektoratını seçkiyə hazırlamağa başlayıb.

Ünvanladığınız sualı təkrar etmək yerinə düşər. Türkiyədə iqtidar dəyişə bilərmi? Qeyd etmək istərdim ki, Türkiyədə iqtidarların çoxu iqtisadi problemlərdən sonra dəyişib. 2001-ci ildə prezident Əhməd Nəcdət Sezərin konstitusiya kitabını Baş nazir Bülənt Ecevitin üstünə atması ilə baş verən maliyyə böhranı və anormal devalivasiya nəticəsinə Bülənt Ecevit hakimiyyətdən getmiş, yerinə isə AKP lideri Ərdoğan (Ədalət və İnkişaf Partiyası) gəlmişdi. O dövr Ərdoğan başda olmaqla AKP liderlərinin verdiyi mesajlar cəmiyyət tərəfindən çox müsbət qarşılandı və nəticədə AKP təkbaşına hakimiyyətə gəldi. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra yaşanan iqtisadi problemlər isə Turqut Özalın hakimiyyətə gəlişini hazırlamışdı. İndi Türkiyə yeni bir iqtisadi böhranla üz-üzədir. Ərdoğan bu böhranı aradan qaldıra bilməsə, yəqin ki, onu da digər liderlərin taleyi gözləyir.

Hazırda isə Türkiyənin bir çox problemləri var. Daxili siyasətdə parlamentli respublikadan, prezidentli respublikaya keçilib. Lakin prezidentli respublika, yəni, başqanlıq sistemi hələlik özünü tam doğrultmayıb. Bu sistemin müsbət tərəfləri olsa da, daxili siyasətdə böhranları dərinləşdirəcək mənfi tərəfləri də çoxdur. Digər tərəfdən, valyuta problemi və TL-nin dəyərdən düşməsi də iqtisadi problemləri dərinləşdirib. Pandemiyanın iqtisadiyyata vurduğu zərərlər aradan qaldırılmadan devalivasiya və ardınca hiperinflyasiyanın baş verməsi vətəndaşı bezdirib, yorub. Təbii qazdan qidalaradək vətəndaşın günlük tələbatına daxil olan məhsullar durmadan bahalaşır.

Beləliklə, bütün bunlar seçkilərə hazırlaşan Ərdoğanın əsas qüsurlarıdır. Əgər seçkilərədək Ərdoğan hansısa bir yolla ölkəyə çox böyük miqdarda isti pul axınını təmin edə və bahalılığın qarşısını ala bilməzsə, 2023-də vəziyyəti çətindir.

Lakin bir faktı da qeyd etmək lazımdır ki, Ərdoğanın ən böyük şansı rəqibləridir. Çünki hazırda Türkiyədə xeyli sayda siyasi partiya rəhbərləri olsa da, Ərdoğandan savayı siyasətə damğasını vuracaq, xalqı coşduracaq, arxasınca aparacaq xarizmatik bir lider yoxdur.

Mersində müxalifət partiyalarının birgə mitinq keçirməsi və minlərlə vətəndaşın meydanlara axışması isə xalqın Ərdoğan iqtidarına mesajıdır. Xalq, baxın, sizi dəyişdirərik deyir.

Ərdoğan bu mesajın fərqindədir. Hazırda o, minimum əmək haqqını artırmaqla bağlı qərar qəbul etməyə və ərəb maliyyəsini ölkəyə gətirməyə hazırlaşır. 2023-cü il seçkilərində Ərdoğan bəzi islahatlar, yeni ritorika və kiçik uğurlarla iqtidarda qala bilər. Yəni, Ərdoğan nüfuzlu və sevilən liderdir, əgər iqtisadiyyatı düzəldərsə heç kim önündə dura bilməz. Seçkilərin nəticələrini isə küçələr yox, süfrələr müəyyən edəcək”.

Digər türk jurnalist, siyasi şərhçi Soner Yalçın isə deyir ki, Ərdoğan 2023-cü ildə zəfəri təmin etmək üçün hər yola baş vuracaq:

“Ərdoğan 18 illik karyerasında bir ilki həyata keçirdi. Kürəkəni Berat Albayrakı işdən azad edəndən sonra iqtisadiyyatını öz əlinə aldı, pulu özü idarə etməyə başladı. Nəticələri bəllidir. Lakin Ərdoğan indi yeni bir resept yazıb. Ölkə iqtisadiyyatını bu reseptlə düzəltməyə çalışacaq. Təhlükəli sual isə budur ki, sözügedən resept işə yaramasa nə olacaq?

Hər kəs də belə bir inam var ki, 2023-cü ilə qədər Ərdoğan iqtisadiyyatı düzəltməsə, hakimiyyətdən gedəcək. Hər şeysə bu qədər sadə deyil. Xatırladım ki, 2017-ci ildə konstitusiyaya edilən düzəlişə əsasən Türkiyə prezidenti təkbaşına (parlamentə təqdim edilmədən) fövqəladə vəziyyət elan edə bilər. Bunun üçün müharibə, təbii fəlakət və iqtisadi böhranların baş verməsi kifayətdir... Ümid edirəm ki, müxalifət bu şüurla hərəkət edər, səbirli və təmkinli olar. Yoxsa, sadəcə bazar yox, demokratiya da ağır yara alar”.

Nicat İsmayılov

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
Hamısı