ABŞ-dan Rusiyanı dağıda biləcək böyük sanksiya hədəsi SWIFT qadağası yenidən gündəmdə

Analitika 17:05 07.12.2021

ABŞ Rusiyanın SWIFT-dən məhrum edilməsi ilə bağlı qadağa məsələsini yenidən gündəmə gətirib. 

Qeyd edək ki, Prezident Co Bayden hələ təzəcə postu təhvil aldığı dönəmdə, Rusiyanın təcavüzkar siyasəti, ABŞ-dakı seçkilərə müdaxiləsi, kiberhücumlar və ABŞ vətəndaşlarının zəhərlənməsi ittihamı ilə bağlı belə bir sanksiya xəbərdarlığı etmişdii. Lakin passiv idarəetmə prinsipi ilə fəaliyyət göstərən Bayden sonradan bir qədər geri addım atdı.  

Hazırda Rusiya ilə Ukrayna arasındakı münaqişə yenidən ABŞ-ın Rusiyaya qarşı sanksiya planını gündəmə gətirib. Hərbi kəşfiyyat xəbər verir ki, Kreml kiçik qonşusuna qarşı 175 000 nəfərlik ordu və çox sayda tank və artilleriya qurğuları ilə çoxşaxəli bir hücum planına hazırlaşır. Vaşinqton bu cür genişmiqyaslı mümkün hərbi təcavüzün qarşısına birbaşa çıxmaq fikrində olmadığından, alternativ yollar arayır.   

CNN telekanalı xəbər verir ki, Co Bayden hərbi təcavüzdən çəkindirmək üçün Rusiyaya, şəxsən prezident Vladimir Putin və onun ətrafındakı şəxslərə sanksiya tətbiq etmək, eləcə də Rusiyanı SWIFT beynəlxalq bank sistemindən çıxartmağa hazırlaşır.

Atlas Araşdırmalar Mərkəzinin siyasi analitiki Samir Hümbətov proseslərlə bağlı EDNews.net-ə şərh verib.

Samir Hümbətov - Publika.Az

O, artan gərginlik fonunda Rusiyanın yaxın gələcəkdə Ukrayna və Qərblə müharibə etmək niyyətində olduğunu qeyri-real adlandırıb.   

“Hesab edirəm ki, ABŞ-ın Rusiya barədə düşüncələri sadəcə məsələni bir qədər şişirtmək bəhanəsidir. Məncə, Rusiyanın Ukrayna sərhədlərinə ordu toplaması onun böyük müharibəyə atılmaq niyyətindən irəli gəlmir. Əvvəla rəqib tərəfin Rusiyaya qarşı qoyduğu sanksiyaların nəticəsinə diqqət etmək lazımdır. Rusiya hazırda iqtisadi böhran yaşamaqdadır. Müharibə edən ölkə cildində görünməsi sadəcə bir blefdir və onun ABŞ-a qarşı saymazlığı da öz hegemonluğunu göstərmək kimi qəbul edilməlidir. Rusiyanın son dönəmdə Çindən aldığı kredit borcu 90 milyard dolları təşkil edir. Ağır durumda olan Rusiya neftdən gələn illik 80 milyard gəlirlərlə bu borcu ödəməkdədir. Bunu Vaşinqton da çox gözəl bilir. Bu üzdən də ABŞ Rusiyanı küncə sıxışdırmaq üçün SWİFT taktikasini işə salıb”.

Samir Hümbətov həmçinin Rusiyanın SWİFT-dən qoparılmasından sonrakı aqibəti barədə açıqlama verib. 

“Rusiya iqtisadi baxımdan tük üstündədir. Əvvəla, Rusiyanın bu sistemdən tam təcrid edilməsi o qədər asan məsələ deyil. Çünki Rusiyanın SWİFT-dən qoparılması böyük bir dinamitin partlaması kimi effektə malikdir. Bu günədək İran, Şimali Koreya, Suriya və Afrika ölkələri SWİFT-də daxil edilməsələr də, bu onlar üçün ciddi problem yaratmır. Məsələn, İranın SWİFT-dən kənar olması onu sadəcə daxili kənd təsərrüfatından gələn gəlirlərə göz tikməsinə vadar edib. Rusiya isə belə bir imkana malik deyil. Rusiya əraziləri bütöv bir materiki əhatə etsə də, onun yalnız 21%-i kənd təsərrüfatına yararlıdır. “Ac qılınca çarpar” məsəli ilə desək, bu o deməkdir ki, Rusiya böyük ticarətdən məhrum olaraq nəticədə parçalana bilər.

Düzdür, ola bilsin ki, Rusiya vəziyyətdən çıxış yolu üçün bir müddət sonra Çinlə daxili valyuta sistemi formalaşdırsın. Lakin bu Rusiya üçün tam effektiv olmaya bilər. Çünki Çin hazırda bəzi ölkələrlə bu cür ticarəti həyata keçirir və nəticə etibarı ilə ən böyük gəlirlər Çinin özünə qalır. Demək, bu da Rusiyanı tam qane edə bilməz. Bu səbəbdən də nə Rusiya SWİFT-dən məhrum ediləcək qədər ABŞ-ın qarşısında at oynadacaq, nə də ABŞ bu qədər irəli doğru addım atacaq”.

Elnur Ənvəroğlu 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı