İki aya dəyişən “Qafqaz planı” Azərbaycan və İrandan Ermənistana qarşı "by-pass"

Analitika 13:38 08.12.2021

İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutunun yaradılması üzrə razılığa gəliblər. Bunu İranın Yollara Texniki Xidmət və Nəqliyyat üzrə Təşkilatının (RMTO) rəsmisi deyib.

RMTO-nun Beynəlxalq Tranzit və Daşımalar İdarəsinin Baş direktoru Cavad Hedayətinin sözlərinə görə, Azərbaycan və Gürcüstanla (avtomobil nəqliyyatı ilə bağlı) iki görüş keçirilib, biz iki ölkəyə regional yaxınlaşma üçün yeni tranzit dəhlizinin yaradılması təşəbbüsünü təklif etdik: “Əlbəttə, bu plan artıq səkkiz il əvvəl təklif edilib, lakin bir çox ölkələrin bu sazişə cəlb olunması səbəbindən hələ də həyata keçirilməyib və tərəflər konsensus əldə edə bilməyib. Bu yeni marşrutun yaradılması Fars körfəzini Qara dənizə birləşdirə bilər.

İranın hədəfi

İran 15 ölkə ilə quru və su sərhədlərinə malik böyük və bir o qədər də coğrafi baxımdan əlverişli mövqeyə sahib olan ölkədir. İstehsal gücü kifayət qədər yüksək, təbii sərvətlərlə zəngin İran bütün bunlara rəğmən getdikcə yoxsullaşır. Buna səbəbsə ölkəyə tətbiq edilən sanksiyalardır. 2011-ci ildə İranın dünyaya ümumi məhsul idxalının dəyəri 120 milyard dollar ikən, 2020-ci ildə 11 milyard dollara qədər düşüb. 2018 noyabrda qüvvəyə minən sanksiyalar demək olar ki, İranın belini büküb və ölkə daxilində ciddi narazılıqlar yaradıb. Məhz bu səbəbdən rəsmi Tehran son 3 ildə Qafqaz regionuna iqtisadi marağını artırıb. Beləliklə, İran sanksiyalardan yaxa qurtarmaq, öz məhsullarının Qərbə ixracını həyata keçirmək üçün yeni bir plan cızıb. Bu plan “Qafqaz dəhlizi” planıdır. “Qafqaz dəhlizi” planına əsasən Fars Körfəzi ilə Qara dəniz Qafqazdan keçən nəqliyyat-kommunikasiya sistemləri vasitəsilə birləşdirilməlidir. “Qafqaz dəhlizi” vasitəsilə Hindistan və Çindən İran limanlarına, İrandan isə dəmir/avto yollarla Ermənistandan Gürcüstan limanlarına mal daşımaq mümkün olacaq. Gürcüstandan isə Bolqarıstan və Yunanıstan limanlarına daşımalar həyata keçirilə bilər.

İrəvana qarşı “by-pass”

Sözügedən Qafqaz planı əslində yeni bir layihə deyil. 2019-cu ildən İran bu plan çərçivəsində Azərbaycanla danışıqlar aparmış, hətta Bakı-Tiblisi-Qars (BTQ) dəmiryolu layihəsinə qoşulmaq üçün müraciət etmişdi. Lakin o dövr rəsmi Bakı ABŞ-ın sanksiya tətbiq etdiyi bir ölkəni BTQ kimi bir perspektivli layihəyə cəlb etmək istəməmişdi. Müharibə öncəsi və sonrasında İran Qara dənizə (Gürcüstana) çıxmaq üçün daha çox Gorus-Qafan yolundan istifadə edirdi. Azərbaycan Gorus-Qafan yoluna postlar qurub, keçən TIR-lardan gömrük haqqı almağa başlayanda isə İranın Qafqaz dəhlizi planı yenidən canlandı.

9 oktyabr 2021-ci ildə, Azərbaycan-İran gərginliyinin kəskinləşdiyi bir dövrdə ilk dəfə bu planı İranın Yollar və Şəhərsalma Nazirinin müavini Xeyrullah Xademi açıqladı. Onun sözlərinə görə bu plan əsasında İran Ermənistan vasitəsilə Gürcüstana gedən yeni tranzit yolunun tikintisində iştirak etmək istəyirdi. Xademi yol tikintisinin Gorus-Qafan yolu istisna olmaqla, yeni bir dəhlizə aid olduğunu qeyd etmişdi. Yəni, İran cəmi 2 ay əvvəl Fars Körfəzini Qara dənizlə birləşdirəcək “Qafqaz dəhlizi” planını Ermənistanla razılaşdırmışdı. Hətta bu plana əsasən Azərbaycanın maneələr yaratdığı Gorus-Qafan yoluna alternativ bir yolun çəkilməsini özündə ehtiva edirdi. 2 ay sonra isə İran “Qafqaz dəhlizi” planında Azərbaycanın xeyrinə düzəliş apararaq, Ermənistanı “by-pass” etdi. Rəsmi Tehran indi bu planı Ermənistanla yox, Azərbaycanla reallaşdırmaq istəyir.

2 aya nə dəyişdi?

Elə oktyabrda iranlı rəsmilər bu plan barədə erməni həmkarları ilə ağız dolusu danışdıqları zaman Gürcüstan İran TIR-ları üçün qapılarını bağladı. Türkiyə, Azərbaycan və Gürcüstan İrana qarşı birgə hərəkət etməyə, bu ölkəyə qarşı iqtisadi təzyiqlər göstərməyə başladılar. Qafqazdan dəhliz kimi istifadə etməyi xəyal edən İran birdən-birə Qafqazdan təcrid olunduğunu anladı. Oktyabrın sonlarında isə artıq İran geri addım atmışdı. Sonrasında edilən ilk diplomatik cəhdlər uğurlu oldu. Baş nazir müavini Şahin Mustafayevin İrana səfəri və Aşqabad sammitində Azərbaycan və İran prezidentlərinin təkbətək görüşü münasibətləri nəyinki normallaşdırdı, hətta qarşılıqlı əməkdaşlıq mühiti formalaşdırdı. Aşqabadda Azərbaycan türkmən qazının İran üzərindən ixracı və Qərbə nəql edilməsi ilə bağlı sazişə qol çəkdi. Bu saziş həm də İranın gələcəkdə öz qazını Azərbaycan üzərindən Qərbə nəql etdirmə imkanlarını yaratması baxımından əhəmiyyətli idi.

Sonuncu sazişlə İran bir daha Azərbaycanın iqtisadi və geostrateji əhəmiyyətinin fərqinə vardı. Beləliklə, bütün bunlar 2 ay əvvəl “Qafqaz planı”nı Ermənistanla müzakirə edən İranın 2 ay sonra Ermənistanı by-pass etməsi və Azərbaycana yönəlməsinə səbəb oldu.

Fotoğraf açıklaması yok.

Nicat İsmayılov

 
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı