Hava məkanında “toqquşma” Bağdad Rusiyanın, yoxsa Türkiyənin dostudur..?

Analitika 15:55 08.12.2021

Qarabağ müharibəsindən sonra dünyaya səs salan Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatları (PUA) bir çox ölkələrin ciddi marağına səbəb olub. Hətta vəziyyət o hala gəlib ki, bəzi dövlətlər “Bayraktar” əldə etməkdən ötrü öncədən əldə etdikləri razılaşmaları geri çevirmək məcburiyyətində qalıb. 

Ötən gün yayılan məlumata görə, Rusiyadan 120 milyon dollar dəyərində 12 ədəd MİQ-29 qırıcı təyyarə almaq barədə razılaşma əldə edən İraq hökuməti, bu razılaşmadan imtina edərək “Bayraktar TB2” almaq qərarına gəlib. Hətta Rusiyadakı mənbələrin belə, təsdiq etdiyi məlumatda qeyd olunur ki, rəsmi Bağdadın bu qərarı hava məkanını gücləndirmək məqsədi daşıyır. Hazırda İraq hökuməti eyni məbləği xərcləyərək 20 ədəd “Bayraktar TB2” almaq niyyətindədir. İraq tərəfinin “Bayraktar”lardan xüsusilə Suriya ilə sərhədi havadan mühafizə etmək məqsədilə əldə etmək istədiyi bildirilir.

İraq hökumətinin belə bir seçim etməsi əslində Rusiya üçün də bir qədər gözlənilməz olub. Öncə Rusiya ilə sənəd imzalayan İraqın, sonradan fikrini dəyişərək Türkiyə dronlarına yönəlməsi həm də Türkiyəni Rusiya qarşısında maneə yaradan bir rəqibə çevirir. Belə bir durumda sual meydana gəlir: bu rəqabət Türkiyə ilə Rusiya arasındakı münasibətlərdə hansı nəticələrə səbəb olacaq? 

Digər bir məsələ İraqın müştəri qismində nə dərəcədə etibarlı bir ticari tərəfdaş olmasıdır. Yəni, bu gün Rusiyaya üz çevirən İraq, sabah “Bayraktar”dan daha yaxşısını tapdıqda Türkiyəyə də eyni münasibəti göstərə bilərmi?

Məsələ ilə bağlı EDNews.net-ə açıqlama verən türkiyəli müstəqil siyasi analitik Göktuğ Çalışqan ilk öncə bununla bağlı səbəblərdən danışıb.   

“İraqın sərbəst qərarlar verə biləcək bir dövlət olmadığı hamıya aşkardır. Hesab edirəm ki, Bağdadın Moskva ilə MİQ-29-larla əlaqədar bağladığı müqaviləni “Bayraktar TB2”yə görə ləğv etməsi ABŞ-la bağlıdır. Çünki ABŞ administrasiyası İraqın Rusiyadan istənilən növ silah almasına qarşıdır. Bu səbəbdən düşünürəm ki, İraq hökuməti ABŞ-ın diktəsi ilə Rusiya ilə müqaviləni pozub və “Bayraktar”ın alınmasına qərar verilib. 

Qaldı ki, Rusiyanın Türkiyəyə qarşı münasibətinə, düşünürəm ki, İraqın Rusiya təyyarələrindən imtina edərək Türkiyədən pilotsuz təyyarələr alması iki ölkə arasında əlaqələrə ciddi təsir etməyəcək. Çünki bu vəziyyət həm də azad iqtisadiyyatla bağlıdır. Ümumilikdə götürəndə, İraq istədiyi yerdən silah ala bilər. Bu səbəbdən də vəziyyətin qısa və orta perspektivdə iki ölkə arasında münasibətlərə xələl gətirəcəyini düşünmürəm”.

Göktuğ Çalışqan İraqın etibar nöqteyi-nəzərdən dəyişkənliyi və bu dəyişkənliyin bir gün Türkiyəyə də toxunma ehtimalına toxunub. 

“Az öncə qeyd etdiyim kimi, İraqın “Bayraktar” seçimi onun öz iradəsi deyil. Burada əsas təsiredici amil ABŞ-dır. Sərbəst bazar haqqında danışırıq. Düzdür, İraq sözdə müstəqildir və belə bir seçimdə sərbəst görünə bilər. Lakin bunu əminliklə deyərdim ki, İraqa qalsaydı, daha fərqli seçim edərdi. 

Onu da qeyd etmək istərdim ki, ABŞ gələcəkdə “Bayraktar”dan daha yaxşı alternativ tapdığı zaman, bu, İraqın və digər dövlətlərin mövqeyində öz əksini tapacaq”.

Elnur Ənvəroğlu 

 

 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı