Paşiyan erməni xalqını Qarabağ yuxusundan oyatmağa çalışır Zərdüşt Əlizadə

Analitika 20:30 09.12.2021

“Erməni cəmiyyətində Dağlıq Qarabağın statusu ilə bağlı yanlış düşüncə formalaşdırılıb”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Qeyd edək ki, Nikol Paşinyan Ermənistan parlamentinin iclasında Dağlıq Qarabağın status məsələsinə yenidən toxunub. Paşinyana görə, erməni ictimaiyyəti status məsələsinin mahiyyətini hələdə düzgün anlamır.

“Erməni cəmiyyətində belə bir fikir formalaşıb ki, Dağlıq Qarabağın statusu Dağlıq Qarabağın müstəqilliyi deməkdir. Kimi deyir bunu? Əslində bu belə deyil. Dağlıq Qarabağ müstəqil olmaya da bilər. Bununla bağlı referendumun keçirilməsi özü bir tələ ola bilərdi. Ona görə ki, müharibədən qabaq danışıqlarda statusun müəyyən olunmasında Dağlıq Qarabağın azərbaycanlı sakinlərinin də iştirak etməsi nəzərdə tutulmuşdu. Yəni, bu prosesdə Dağlıq Qarabağın azərbaycanlı icması da yer alacaqdı. O ki qaldı referenduma, danışıqlarda və rəsmi sənədlərdə Dağlıq Qarabağda referendumun keçiriləcəyi barədə heç bir razılıq olmayıb”.

Paşinyanın bu açıqlaması önəmli bir açıqlamadır. Bu açıqlamanı uzun müddət radikal millətçilik ideyası ilə beyinləri yuyulan erməni ictimaiyyətini qəflət yuxusundan oyatmaq kimi nəzərdə tutmaq olar. Lakin Ermənistan dövlət rəhbərinin bu açıqlamasının arxasında başqa məqsədlər də dayana bilər?

Məsələ ilə əlaqədar EDNews.net tanınmış politoloq Zərdüşt Əlizadən açıqlama alıb.

Rusiya Qarabağı buna görə seçib”, “Mehri dəhlizi elə-belə məsələ deyil”” -  Zərdüşt Əlizadə | KONKRET

Məsələyə toxunan Zərdüşt Əlizadə Nikol Paşinyanın bu kimi açıqlamaları xüsusi məqsədlərə xidmət etdiyini hesab edib.

“Paşinyan addım-addım öz məqsədinə doğru gedir. Bu məqsəd nədən ibarətdir? Bu açıqlamalar ilə Paşinyan hakimiyyətini möhkəmləndirmək və siyasi rəqiblərini zəiflətməyə çalışır. Paşinyan ona qarşı olan müxalif qüvvələrin ideologiyasını şübhə altına alır və onların yanlışlığını tədricən erməni cəmiyyətinə anladır. Paşinyan Ermənistanda uzun müddət hakim kəsilmiş yanlış fikirlərin və düşüncələrin kökündən vurmaq niyyətindədir. Qaldı ki onun dediklərinə, onun sözlərində həqiqət var. Heç bir rəsmi sənəddə Dağlıq Qarabağın müstəqilliyi və müstəqilliyə doğru aparacaq referendum barəsində bir kəlmə söz yoxdur”.

Politoloq İkinci Qarabağ müharibəsindən qabaq ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan tərəfi arasında sülh prosesini gücləndirmək üçün hər iki tərəfə təkliflər irəli sürdüyünü qeyd edib.

“Xatırladaq ki, Minsk Qrupu Madrid prinsipləri adlı həll planı üzərində işləyirdi. Bu prinsiplər danışıqlarda və müzakirələrdə Ermənistan və Azərbaycan rəhbərliyinə təqdim olunub. Sənədin bəzi prinsiplərinə bir tərəf razı olurdusa, digər tərəf isə razılaşmırdı. Madrid prinsiplərinə görə, əvvəlcə beş rayon, sonra isə iki rayon Azərbaycana qaytaralacaqdı. Əvəzində isə Azərbaycan Dağlıq Qarabağda referendumun keçirilməsinə razılıq vermişdi. Ermənistanın sabiq hakimiyyəti də bu prinsiplərə müsbət mövqeyini bildirmişdi.

Azərbaycan danışıqlarda referenduma hə deyəndə onda Xarici İşlər naziri Elmar Məmmədyarov idi. Hesab edirəm ki, düzgün bir qərar deyildi. Buna nə üçün razılıq verildiyi hələdə dəqiq bilinmir. Ola bilsin, Azərbaycan tərəfi düşünürdü ki, Moskva Ermənistanın yeddi rayonu Azərbaycana qaytarmasına imkan verməyəcək. Qərb vasitəçilərinin xoşuna gəlməsi üçün referenduma razılıq verməsi ehtimalı ola bilər”.

Politoloq Minsk Qrupunun vasitəçiliyi ilə hər iki tərəf arasında danışıqlarda dünya təcrübəsinə əsaslanaraq referendumun yollarının müzakirə edildiyini bildirib: “Erməni tərəfi Azərbaycanın referenduma razılıq verməsinə çox sevinmişdi. Ona görə ki, o vaxt Qarabağda ermənilər əksəriyyət idi. Təbii ki, müstəqilliyə səs verəcəkdilər. Amma sonradan referendum məsələsini xırdalamağa başlayanda ermənilər həqiqi sifətlərini nümayiş etdirdilər. Çünki öz müqəddəratını təyin etmək hüququndan Dağlıq Qarabağın azərbaycanlı icması da istifadə etməli idi. Referendum bərabər və demokratik şəkildə keçirilməli idi. Əgər əksəriyyətə öz müqəddəratını təyin etmək hüququ verilirsə, bu hüquqdan mütləq azlıq da yararlanmalıdır. Referendum keçirilməmişdən qabaq Dağlıq Qarabağın azərbaycanlı sakinləri öz yurd-yuvalarına qayıtmalı idi, sonra isə öz müqəddəratını ümumxalq səs verməsində müəyyən etməliydilər. Erməni tərəf bu məsələdə cığallıq edirdi. Ona görə ki, referendumda azərbaycanlılar Azərbaycan tərkibində yaşamağa səs verəcəklər, ermənilər isə müstəqil olmağa. Nəticədə isə xəritədə Dağlıq Qarabağ bölünüb olacaq aşsüzən. Belə olan halda referendum yolu müstəqil olmaq ideyası sıfıra enəcəkdi”.

Zərdüşt Əlizadə onu da vurğulayıb ki, indiki vəziyyətdə Qarabağda ermənilərə hər-hansı status verilməsindən söhbət gedə bilməz. Ermənilər yalnız Azərbaycan tərkibində etnik azlıq kimi yaşa bilərlər.

“Müharibə artıq gerçəkliyi dəyişib. 44 gün ərzində Ermənistan darmadağın olundu, Qarabağda qanunsuz erməni silahlı birləşmələri məhv oldu. Qarabağda yaşayan ermənilərin üçdə ikisi öz yerlərini tərk ediblər. Belə olan halda Qarabağda ermənilərə hər hansı status verilə bilməz. Azərbaycan Prezidenti çox doğru deyir ki, Qarabağın status məsələsi tarixə qovuşub. Qarabağda ermənilərə Azərbaycan vətəndaşları ilə bərabər hüquqlardan və imtiyazlardan istifadə etməsi üçün yalnız vətəndaşlıq statusu verilə bilər”.  

Sonda politoloq Paşinyanın açıqlmasını bu fikirlərlə əsaslandırıb:  “Paşinyan hazırki vəziyyəti çox yaxşı anlayır. Ona görə də xalqına başa salmağa çalışır ki, Qarabağ erməniləri heç vaxt müstəqillik əldə etməyəcəklər. Qarabağın statusundan danışmaq mənasızdır. Xalqına anlatmağa çalışır ki, ey cənablar, xanımlar  və bacılar Qarabağla bağlı yanlış fikirlərinizdən əl çəkin. Sizin düşündüyünüz kimi deyil. Qarabağın nə müstəqilliyi, nə də hər hansı bir statusu mümkün olmayacaq”.

Yunis Abdullayev

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi; 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı