İki qoçun başının qaynamayacağı qazan Ermənistan niyə Konstitusiya islahatlarına gedir?

Analitika 15:48 20.12.2021

Ermənistanda yenidən Konstitusiyaya dəyişiklik etməyə hazırlaşırlar. Əgər dəyişiklik qəbul edilərsə, ölkə yenidən prezident idarəetmə formalı respublikaya çevrilə bilər.

Bunun üçün Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci il fevralın 12-də yaradılmış konstitusiya islahatları üzrə peşəkar komissiyanın buraxılması və Konstitusiya İslahatları Şurasının yaradılması haqqında fərman imzalayıb. Ermənistan hakimiyyəti hesab edir ki, hazırkı Konstitusiyada çoxlu tələblər, tənzimlənməmiş və yarımçıq məsələlər var. Prezident Armen Sarkisyan da Konstitusiyaya dəyişikliklərin tərəfdarıdır.

Xatırladaq ki, 2015-ci ildə qəbul edilən Konstitusiyaya dəyişikliklərindən sonra ölkə parlament idarəçilik formasına keçib. Ölkədə başlayan etiraz aksiyalarından sonra Nikol Paşinyan 2018-ci il mayın 8-də Ermənistan baş naziri olaraq vəzifəsinin icrasına başlaıb.

Qeyd edək ki, hazırda Ermənistanın Konstitusiyasına görə, xarici siyasət sahəsində Ermənistan prezidentinin səlahiyyətləri məhdudlaşdırılıb. Prezident hökumətin təklifi ilə qanunla nəzərdə tutulan hallarda və qaydada beynəlxalq müqavilələr bağlayır, baş nazirin təklifi ilə xarici dövlət və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələr təyin edir və geri çağırır, xarici dövlət və beynəlxalq təşkilatların diplomatik nümayəndələrinin etimadnaməsini qəbul edir və geri çağırır. Prezident baş nazirin təklifi ilə qanunla nəzərdə tutulan hallarda və qaydada Silahlı Qüvvələr və başqa qoşunların Ali Komanda heyətini təyin və azad edir, eləcə də baş nazirin təklifi ilə qanunla nəzərdə tutulan hallarda və qaydada ali hərbi rütbələr təqdim edir. Prezident Ermənistan Silahlı Qüvvələrinin ali baş komandanı deyil.

Maraqlıdır, Ermənistanda yenidən prezident idarəetmə formalı respublikaya keçmək zərurəti nədən qaynaqlanır? Yeni idarəetmə formasına keçildiyi halda Nikol Paşinyan və Armen Sarkisyan arasında qarşıdurma olacaqmı? Həmçinin, Ermənistanın idarəçilik sistemində baş verə biləcək dəyişiklik Qarabağla bağlı tənzimlənmə prosesində necə təsir göstərəcək?

EDNews.net mövzu ilə bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltanın fikirlərini öyrənib.

“Ermənistanda Konstitusiya islahatı axıra qədər aparılmayıb. Çünki mövcud Konstitusiya daha çox keçmiş prezident Serj Sarkisyan üçün hazırlanmışdı. 2018-ci ilin aprelində baş vermiş hakimiyyət dəyişikliyindən sonra bu Konstitusiyadakı hüquqi boşluqlar üzə çıxdı. Bəlli oldu ki, Prezidentlə baş nazir arasında vəzifə bölgülərinin sərhədləri (dövlət başçısı kimdir və s.) müəyyən edilməyib”, - deyə ekspert vurğulayıb.

S. Soltan hesab edir ki, Ermənistanda Konstitusiya islahatları istiqamətində dəyişikliklər olacaq.

“Bu zaman hakimiyyət təmsilçiləri arasında bölgülərin aydınlaşması mümkündür. O ki, qaldı Ermənistanda prezident üsul idarəsinə keçilməsi, bunun baş verməsini ehtimal etmirəm. Çünki Ermənistan bu addımı ilə özünü demokratik göstərmək istəyir. Gürcüstanda baş vermiş demokratik prosesləri Ermənistan da bu yolla özündə təsdiqləmək istəyir və Qərbin gözündə özünü daha demokratik ölkə kimi göstərmək istəyir. Odur ki, Ermənistanda prezident idarəetmə formasına keçmək ehtimalı məncə azdır”.

Politoloqun sözlərinə görə, əgər Ermənistanda prezident üsul idarəsinə keçilərsə, bu o deməkdir ki, Nikol Paşinyan hakimiyyətini uzatmaq, tək hakimiyyətlilik yaratmaq, hakimiyyəti əlində cəmləşdirməyə cəhd göstərəcək.

“Paşinyanla Armen Sarkisyan arasında ziddiyyətlər var. Bu ziddiyyət 2018-ci ildə aşkar göründü. Hətta ötən il A. Sarkisyan Nikol Paşinyanın istefasını tələb edən müxalifət dəstəsindən idi. Başqa sözlə, A. Sarkisyan N. Paşinyanın ən başlıca müxalifətidir. Çünki A. Sarkisyan bu posta keçmiş prezident Serj Sarkisyanın təklifi ilə təsdiq olunub. Bu o deməkdir ki, A. Sarkisyan köhnə komandanın qalığı və təmsilçisidir. Bu da N.Paşinyanla A.Sarkisyan arasında ziddiyyətin əsas göstəricilərindəndir.

Ona görə də perspektivdə N. Paşinyanla A. Sarkisyan arasında hakimiyyət bölgüsünün olacağı ehtimalı azdır. Çünki Paşinyan hakimiyyətə daha çox nəzarət edir və hakimiyyətdə təmsil olunanlar onun rəhbərlik etdiyi partiyasının üzvləridir. A. Sarkisyan isə ölkədə müxalifətdə olan Serj Sarkisyan, Robert Koçaryanın təmsilçisidir. Bu baxımdan, A.Sarkisyanın hakimiyyətdə elə böyük nüfuzu və çox sayda məmur ordusu yoxdur. O, müxalifətin təmsilçisi kimi fəaliyyət göstərir. Buna görə də N. Paşinyan builki parlament seçkisindən sonra A.Sarkisyanı tutduğu vəzifəsindən azad etmədi. O, bununla hakimiyyətdə tarazlığı qoruya bilib və müxalifətin təmsilçiliyi var”.

S. Soltan qeyd edib ki, Qarabağ məsələsi ilə bağlı Ermənistanda fikir ayrılığı olsa da, hökumətin bu məsələyə mövqeyi birmənalıdır.

“Bunu Paşinyan çıxışlarında dəfələrlə bildirib. Ermənistanın Qarabağdakı separatçıların irəli sürdüyü iddiaları qəbul etməməsi, Azərbaycanın ərazi bütövlüyünün tanınması və s. kimi məsələlər deməyə əsas verir ki, yaxın perspektivdə hakimiyyətə qarşı olanların o istiqamətdə fəaliyyəti demək olar ki, zəif olacaq, yaxud da bu istiqamətdə fəaliyyət göstərməyəcəklər.

Ermənistanda da artıq yaxşı anlayırlar ki, Azərbaycanla münaqişə ilə deyil, əməkdaşlıqla davranmaq lazımdır. Bu halda Ermənistanın uduşu daha çox olur. Odur ki, Qarabağla bağlı hər hansı bir məsələ artıq keçmişdə qalır və o yeni müstəviyə fərqli formada çıxa bilər. Bu fərqli forma ilə bağlı hələ nə bitkin tələblər, nə də iddialar var. Münaqişə bitib, Qarabağın statusu məsələsi də keçmişdə qalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, Qarabağın statusu ilə bağlı məsələlər keçmişdə qalıb və münaqişə də bitib. Hesab edirəm ki, bundan sonra da belə olacaq və Ermənistan tərəfi də bu gerçəkliklə razılaşacaq”.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı