“Məqsəd Putin rejimini devirməkdir...” Britaniyalı jurnalist

Analitika 14:47 03.01.2022

Rusiya hökuməti Qərbi gizli provokativ siyasi fəaliyyətdə günahlandırıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Böyük Britaniyanı qrantlar verməklə Rusiyanın daxili siyasi vəziyyətini sarsıtmağa yönəlmiş proqramları maliyyələşdirdiyini deyib. Bundan əlavə, Zaxarova yayılan sənədlərin birbaşa Böyük Britaniya tərəfindən Rusiyanın daxili işlərinə müdaxiləsinə işarə etdiyini vurğulayıb.

Diplomatın sözlərinə görə, rəsmi London 2020-2023-cü illər üçün ictimai təşkilatlara, Rusiyanın dövlət qurumlarına təsir proqramlarının maliyyələşdirilməsinə və s. işlərə 1,3 milyard rubldan çox vəsait ayırıb.  

Zaxarova həmçinin qeyd edib ki, Böyük Britaniyanın sabiq baş naziri Tereza Mey hələ 2017-ci ilin noyabrında Rusiyaya “düşmən dövlət” statusu verərək, Rusiyaya qarşı 100 milyon funt sterlinq (139,65 milyon dollar) ayırıb. 

Rusiya hökuməti bu cür işlərdə medianın da rolunu qeyd edib. Məlumatda deyilir ki, ötən il fevralın 18-də “Anonimus” adlı hakerlər qrupu “Thomson Reuters” və “BBC Media Action” fondlarının Rusiyaya qarşı gizli informasiya müharibəsində iştirak etdiyini iddia edən sənədlər dərc edib. 

Beləliklə, Britaniya XİN tərəfindən idarə olunduğu deyilən bu tip əməliyyatlar rəsmi Kremli qəzəbləndirib. Eyni zamanda, Zaxarovanın fikirləri ortada bir qədər ciddi suallar doğurub. Rusiya ABŞ-ın da bu işlərin arxasında olduğunu bildiyi halda, nəyə görə məhz Britaniyanı ittiham edir? Rusiyanın Britaniyanı hədəfdə almaqda məqsədi nə ola bilər?  

Mövzu ilə bağlı EDNews.net britaniyalı jurnalist Neil Uatsonun şərhini alıb.

“Zaxarovanın fikirləri Rusiyanın Qərbə qarşı olan tarixi şübhələri ilə bağlıdır. Xüsusilə II Dünya Müharibəsindən sonra ABŞ-la Britaniya bir-birinə çox sıx bağlı dövlətlərə çevrildi və həmin dövrdən sonra Britaniya ilə ABŞ hər zaman eyni havanı çalmağa başladı. Odur ki, Qərbin bu kimi münasibəti Putinin hakimiyyətə gəlişindən sonra Rusiyada bir növ paranoyya formalaşdırıb və hər bir addımına şübhə ilə baxır”.  

Britaniyalı jurnalist eyni zamanda, Zaxarovnın bəyanatının həqiqətə uyğun olduğunu da təsdiq edib. 

“Düzünü desəm, Mariya Zaxarovanın şərhlərində müəyyən qədər həqiqət var. Bunu İngiltərədə mövcud olan güclü rusofobiya ilə də izah etmək mümkündür. Britaniya mediasına baxsanız siz də görərsiniz ki, Krımdakı vəziyyətlə əlaqədar Rusiya beynəlxalq təhlükəsizliyə təhdid kimi qələmə verilir və ən əsası prezident Putin hər gün Böyük Britaniya mediasında təhqir olunur”, - o, deyib. 

Həmçinin jurnalist bunun səbəblərinə də izah edib: “Böyük Britaniyanın Rusiyaya bu kimi yanaşmasının arxasında müəyyən daxili və xarici səbəblər var. Ən əsası, hökumət Covid böhranı və Brexit ilə bağlı tənqidlərdən yayınmaq üçün bəhanə olaraq, demək olar hər gün mediada Rusiya əleyhinə şərhlər yazır və geniş analitik yazılar dərc edir. Ümumiyyətlə prezident Putin Böyük Britaniya hökuməti tərəfindən ciddi problem kimi qəbul edilir və mən inanıram ki, Böyük Britaniya Təhlükəsizlik Xidmətləri saysız-hesabsız üsullarla “rejim dəyişikliyinə” nail olmağa çalışır. Onlar ideal olaraq Kremldə daha zəif və ya daha çevik birinin olmasını istəyir. Onu da əlavə edim ki, Rusiyada Putin rejiminin devrilməsi həm ticarət, həm də ölkə daxilində ictimai rəy baxımından ABŞ və Böyük Britaniya hökumətlərinin əsas məqsdələrindən biridir”. 

Neyl Uatson Rusiya-Britaniya münasibətlərdəki davam edən proseslərə və bundan sonrakı nəticələr barədə rəyini bildirib. 

“Əslində “Soyuq Müharibə”dən sonra Britaniya ilə Rusiya arasındakı münasibətlər öz möhürünü qoymuş oldu. Üstəlik Ukraynadakı vəziyyətlə ağlı Rusiyaya tətbiq olunan sanksiyalar münasibətləri daha da böhran vəziyyətinə gətirib çıxardı. Fikrimcə bundan daha betəri ola bilməz. 

O ki qaldı münasibətlərin normallaşmasına, hesab edirəm bu yalnız Putin rejiminin devrilməsindən sonra mümkündür. Bunun əksi mümkün deyil”. 

Elnur Ənvəroğlu 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı