Nəzarət altında barışıq Moskva Türkiyə-Ermənistan yaxınlaşmasına imkan verəcəkmi?

Analitika 19:46 06.01.2022

“Moskva Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasını sözdə dəstəkləksə də, bu yaxınlaşmanın onun maraqları ilə toqquşması ehtimalını da nəzərə alır”. Bu sözləri EDNews.net-ə politoloq Teymur Qasımov yanvarın 14-də Moskvada Ermənistan və Türkiyə rəsmiləri arasında keçiriləcək görüşü şərh edərkən bildirib.

Qeyd edək ki, Türkiyə və Ermənistan arasındakı normallaşma prosesi çərçivəsində ilk görüşün yanvarın 14-də Moskvada keçiriləcəyi gözlənilir. Bu məlumatı artıq Ermənistan və Türkiyə dövlət media orqanları rəhbərliyi təsdiqləyib.

Xatırladaq ki, Ankara və Yerevan iki dövlət arasında danışıqların aparılması üçün xüsusi nümayəndə təyin ediblər. Danışıqlarda Türkiyə heyətini ABŞ-dakı sabiq səfiri Sərdar Kılıç, Ermənistanı isə Parlament sədrinin köməkçisi Ruben Rubenyan təmsil edəcək.

İlk görüşün keçirilməsi müsbət haldır. Ancaq burada müəyyən suallar ortalığa çıxır. İlk görüş niyə Avropanın hər hansı bir şəhərində yox, məhz Moskvada keçiriləcək? Bu görüşün keçiriləcəyi yer Ankara və Yerevanın birgə qərarı ola bilərmi? Moskvada keçiriləcək ikitərəfli görüş Rusiyanın Türkiyə-Ermənistan yaxınlaşmasında vasitəçilik etmək ehtimalına işarə edə bilərmi?

Məsələyə münasibət bildirən politoloq Teymur Qasımov hesab edir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi yalnız Rusiyanın nəzarəti altında aparılacaq.

“Vaşinqton Türkiyə və Ermənistan arasında buzların əriməsini dəstəkləsə də, bu məsələdə açıq şəkildə maraqlı olan və bu prosesi yönəldə biləcək ölkə yalnız Rusiyadır. Xatırladaq ki, Ermənistanın Milli Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan Rusiyadan Ermənistanın Türkiyə ilə danışıqların aparılmasına yardım etməsini xahiş etmişdi. Buradan görünür ki, Ermənistan bu prosesin Kreml tərəfindən aparılmasında maraqlıdır. Yanvarın 14-də nəzərdə tutulan görüşə gəlincə isə bu yalnız tanışlıq məqsədi daşıyacaq”.     

Ermənistan və Türkiyə rəsmiləri arasında növbəti görüşün Avropada baş tutacağı ehtimalına toxunan politoloq bunun baş verəcəyinə inanmır.

“Moskvadan sonra növbəti ikitərəfli görüşün Avropanın hər hansı neytral bölgəsində keçiriləcəyini gözləmirəm. Çünki Avropa bununla bağlı hər hansı fikrini və mövqeyini bildirməyib. Bu məsələ ilə bağlı mövqeyini yalnız Moskva və Vaşinqton bildirib”.

Politoloq onu da qeyd edib ki, Moskva görüşündə Türkiyə və Ermənistan rəhbərliyi hər iki dövlət arasında əlaqələrin qurulması üçün öz şərtlərini irəli sürəcək.  

Rusiyanın Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması üzrə danışıqlarda vasitəçilik effektivliyinə və bu prosesin aparılmasına verə biləcək töhfələrinə toxunan Teymur Qasımov hesab edir ki, Kreml hər iki dövlət arasında aparılacaq danışıqlara öz geostrateji və geosiyasi maraqları çərçivəsində baxacaq. O bildirib ki, bu prosesdə bəzi məqamlar Moskvanın ürəyincə olmaya da bilər: “Xatırladaq ki, 2009-ci ildə Qərbin vasitəçiliyi ilə Ankara və Yerevan iki dövlət arasında sərhədlərin açılması üçün protokol imzalamışdı. Həmin dövrdə Rusiya rəhbərliyi də iki dövlət arasında münasibətlərin qurulmasına dəstək nümayiş etdirmişdi. Əlbəttə, münasibətlərin normallaşması Rusiya rəhbərliyinin ürəyincə deyildi, yalnız sözdə dəstək ifadə edirdi. İndi isə vəziyyət başqadır. İki dövlət arasında əlaqələrin yaranmasında və istiləşməsində vasitəçilik missiyasını Rusiya öhdəliyinə götürüb”.  

“Amma burada bəzi məqamları da mütləq nəzərə almaq lazımdır. Əgər Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi Rusiyanın regional maraqlarına zidd gələcəksə, Moskva bu prosesin davam etməsinə imkan verməyəcək. Moskva iki dövlətin bir-birinə yaxınlaşmaması üçün bütün vasitələrdən istifadə edəcək.

Moskva, həmçinin vasitəçilik missiyasında bəzi məqsədləri də güdür. Rusiya Fransa və ABŞ-ın regiona daxil olmasına və bölgədə aktivliyinə əngəllər yaradacaq” , - deyə o, əlavə edib.

Politoloq Türkiyənin Ermənistanla danışıqlarda güdəcəyi maraqlara da toxunub: “Ankaranın Ermənistan  rəsmiləri ilə aparılacaq danışıqlarda ilkin məqsədi təkcə münasibətlərin normallaşması yox, həmçinin regionda sülhün və sabitliyin möhkəmləndirilməsidir. Ankara onu da nəzərə alır ki, Türkiyə-Ermənistan yaxınlaşması onun Vaşinqton ilə korlanmış əlaqələrinə müəyyən mənada müsbət təsir göstərə bilər. Həqiqətən, Ağ Ev Türkiyənin Ermənistan ilə yaxınlaşması və əlaqələrin qurulması cəhdlərini açıq şəkildə dəstəkləyir və bundan sonra da dəstəkləyəcək. Bunu da xatırlatmaq lazımdır ki, Romada Bayden-Ərdoğan görüşündə ABŞ bu məsələ barədə öz mövqeyini bir daha təsdiqləmişdi”.

“Lakin türkiyəli ekspertlərin Ermənistan ilə münasibətlərin normallaması prosesinə o qədər də ümidləri yoxdur. Onların bu məsələ barədə bir sıra məqalələrini izləmişəm. Onlar öz yazılarında Türkiyə-Ermənistan yaxınlaşması ilə bağlı müsbət və ürək açan fikirlər bildirmirlər”, - Teymur Qasımlı söyləyib.

Sonda politoloq Ankara və Yerevan arasında diplomatik əlaqələrin “3+2” formatı çərvəsində qurulması ehtimalına da münasibət bildirib: “3+2” formatına Ermənistan və İran könülsüz qoşulublar. Yadınızdadırsa, Paşinyan bu formatın nə olduğunu və hansı məqsədə qulluq etdiyini dəqiq bilmədiyini bildirmişdi. Lakin Soçidə üçtərəfli görüşdən sonra Ermənistan da bu formata qoşuldu. Bu formatın ilk görüşü xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirildi. İkinci görüş isə Ankarada keçiriləcək. Ola bilsin ki, Ankarada bu format çərçivəsində Türkiyə və Ermənistan xarici işlər nazirlərinin müavinləri arasında danışıqlar olsun. Amma bu hələ dəqiq bəlli deyil”.

Yunis Abdullayev

Aİ-nin Ermənistandakı müşahidə missiyasının ƏSAS MƏQSƏDİ - VİDEO

Xəbər xətti

Azərbaycanda fəaliyyət göstərən xanım hakimlərin sayı AÇIQLANDI
15:40 17.05.2024
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
15:36 17.05.2024
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
15:34 17.05.2024
HEYDƏR ƏLİYEVİN QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ SİYASƏTİ: MÖVCUD REALLIQLAR
15:33 17.05.2024
Aİ-nin Ermənistandakı müşahidə missiyasının ƏSAS MƏQSƏDİ - VİDEO
15:10 17.05.2024
Baş Qərargah rəisi təlimləri izlədi - FOTOLAR
15:00 17.05.2024
Bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
14:33 17.05.2024
Azərbaycan iqtisadiyyatı üçün ŞAD XƏBƏR – Ekspert ŞƏRH ETDİ
14:30 17.05.2024
Bu məcburi köçkünlərə “çörək pulu”nun verilməsi DAYANDIRILDI
14:26 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
14:22 17.05.2024
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
14:20 17.05.2024
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
14:10 17.05.2024
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
14:07 17.05.2024
DYP bu avtomobillərlə bağlı tədbirlər görür – VİDEO
14:05 17.05.2024
"Onlar sülh məsələsinin həll olunmamasına çalışır" - Politoloqdan ŞƏRH
14:00 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko “Heydər Əliyev və Qarabağ” sərgisində
13:58 17.05.2024
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat VERİLDİ
13:55 17.05.2024
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
13:55 17.05.2024
Prezidentlər Şuşada erməni vandalizminə məruz qalan heykəllərə baxdılar
13:49 17.05.2024
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
13:45 17.05.2024
Lukaşenko Şuşaya traktor texnikası hədiyyə etdi
13:39 17.05.2024
Cənubi Qafqaz üçün iki mühüm məqam - Rusiyalı politoloq AÇIQLAYIR - ÖZƏL
13:30 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə GETDİLƏR
13:25 17.05.2024
Şənbə günü də yağış yağacaq
13:20 17.05.2024
Universitetlərin Bakıdan köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - "Mərhələli şəkildə..."
13:10 17.05.2024
İki ali məktəbin bazasında tədqiqat universiteti YARADILACAQ – RƏSMİ
12:55 17.05.2024
Rəsmi Bakıdan XƏBƏRDARLIQ: “Fransa üzr istəməlidir”
12:45 17.05.2024
Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Hamısı