Tokayev "Türk NATO"-sunu ruslara satdı Türk Dünyasında böyük çat

Analitika 17:57 10.01.2022

Qazaxıstanda baş verən vətəndaş qarşıdurması və KTMT qüvvələrinin ölkəyə çağırılması türk dünyasında böyük bir çat yaradıb. Kasım-Jomart Tokayevin Türk Dövlətləri Təşkilatını (TDT) “ofsayt”a salaraq, iğtişaşları yatırmaq üçün Rusiya/KTMT-yə müraciət etməsi başda Türkiyə olmaqla bütün TDT ölkələrində gizli narazılıqla qarşılanıb.

Təbii ki, Tokayev TDT-yə qoşun göndərilməsi üçün müraciət edə bilməzdi, çünki bu qurum hərbi təşkilat deyil, üstəlik Qazaxıstan KTMT-yə üzv ölkədir. Lakin TDT-nin Qazaxıstanda iqtidarla etirazçılar arasında dialoq mühitini formalaşdırmaq, problemi sülh yolu ilə həll etmək imkanları KTMT-dən daha çox idi. TDT-yə üzv ölkələrin ziyalılarından ibarət formalaşacaq bir qrup Qazaxıstanda dinc nümayişçilərlə danışıqlar aparmağa, onların problemlərini hökumətə çatdırmağa  və hadisələri vətəndaş qarşıdurmasına çevrilməsinin qarşısını almağa nail ola bilərdi.

Lakin diktatorlar dialoqdan yox, qandan bəhrələnirlər. Tokayev də bu minvalla Bəşər Əsədin yolunu tutdu. Ölkəsindəki üsyanı yatırtmaq üçün Rusiya ordusunu dəvət etdi. Və bu addımı ilə yeni SSRİ-yə “hə”, TDT-nin inkişafına və Türk NATO-su planlarına isə “yox” demiş oldu.

Bir çox ekspertlər Qazaxıstandakı hadisələrin pərdə arxasında duran dövlətin məhz Rusiya olduğunu iddia edir. Pərdə arxasını görməsək də, bu iğtişaşlardan ən çox faydalanan ölkənin məhz Rusiya olduğunu söyləmək mümkündür. Lakin Moskvanın qazancı heç də öz ordusunu Qazaxıstana yeritmək deyil. Qazaxıstanda Rusiyanın 4 böyük hərbi bazası fəaliyyət göstərir. Post-sovet ölkələri arasında ən çox rus hərbçinin fəaliyyət göstərdiyi ölkə də məhz Qazaxıstandır. Yəni, Rusiya heç vaxt Qazaxıstandan çıxmayıb ki, indi iğtişaşı bəhanə edib girsin.

Moskvanın hədəfi nə idi?

KTMT sülhməramlılarının Qazaxıstana daxil olmasında Moskvanın iki böyük məqsədi reallaşır:

1.Belarus kimi Qazaxıstanı da özündən tam asılı vəziyyətə salmaq;

2.Türk Dövlətləri Təşkilatı daxilində böyük bir çat yaratmaq.

Və qeyd edə bilərik ki, hazırda Rusiya hər iki məqsədinə də nail olub.

Xatırlatma

2020-ci il, 20 mart: Özbəkistanla Türkiyə arasında hərbi əməkdaşlıq sazişi imzalanır;

2021-ci il, 22 mart: Türkiyə və Özbəkistan arasında birgə hərbi təlimlər keçirilir;

2021-ci il, 5 may: Türkiyə və Qazaxıstan arasında hərbi əməkdaşlıq sazişi imzalanır;

2021-ci il, 15 iyun: Türkiyə və Azərbaycan arasında hərbi müttəfiqliyə istiqamətlənən Şuşa Bəyannaməsi imzalanır;

2021-ci il, 12 oktyabr: Özbəkistan prezidenti Şevkat Mirzoyev açıqlama verir: “Biz KTMT-yə daxil olmayacağıq”.

2021-ci il, 5 noyabr: Qırğızıstan prezidenti Saparov Türkiyədən “Bayraktar TB-2” tipli PUA-ları alacaqlarını elan edir;

2021-ci il, 11 noyabr: Qazaxıstanla Türkiyə arasında birgə hərbi təlimlər keçirilir;

2021-ci il, 17 noyabr: Türkiyənin Millətçi Hərəkat Partiyası lideri prezident Ərdoğana “Turan” xəritəsini bağışlayır. Xəritə Rusiya siyasi dairələrində kəskin etirazlarla qarşılanır;

2021-ci il, 20 noyabr: Qazaxıstan və Özbəkistan arasında hərbi təlimlər keçirilir.

Beləliklə, yuxarıdakı qısa xatırlatmalardan belə aydın olur ki, son bir il ərzində TDT üzvləri arasında hərbi əməkdaşlıq intensiv səviyyədə inkişaf edib və “Rus NATO”su üzvləri “Türk NATO”sunun təməllərini atmağa başlayıb. Qazaxıstandakı son hadisələrsə onu deməyə əsas verir ki, Kremlin TDT-nin yeni bir hərbi-siyasi ittifaqa çevrilməsinin qarşısını almaq üçün onun daxilində böyük bir çat yaradıb...

MHP lideri Dövlət Bağçalının Qazaxıstandakı hadisələr barədə verdiyi açıqlamadan da bu nəticəni hasil etmək mümkündür:

“Qazaxıstanda sadəcə qiymət artımları nəticəsində bu iğtişaşların baş verdiyini söyləmək ağıl tutulmasıdır. Bu qanunsuz nümayişlərin arxasında dayanan qüvvələrin Mərkəzi Asiyada xaos dalğası yaratmaq istədikləri görülür. Əlbəttə TDT-dən narahat olan çevrələr boş dayanmır, ardıcıl tələlər qururlar. Bir tərəfdən regiona nüfuz etməyi hədəfləyir, digər tərəfdən türklüyün birliyini qırmağa çalışırlar. Allahın izni ilə bacarmayacaqlar. Bozkırın tarixi iradəsi bütün çevrələri təəccübləndirməyə kifayətdir. Bir kərə yüksələn bayraq, bir daha enməyəcəkdir”.

Tokayev/Putin tandeminin TDT-də yaratdığı çatın ilk təzahürü Qazaxıstan və Qırğızıstan arasındakı gərginlikdə müşahidə edildi. Digər Orta Asiya ölkələrinə nisbətən daha demokratik sistemə malik Qırğızıstan xalqın tələbi əsasında Qazaxıstana qoşun göndərməkdən əvvəlcə imtina etdi, sonra Kremlinin təzyiqləri ilə buna məcbur oldu. Ardınca isə Qırğızıstan Qazaxıstana nota verdi. Notanın səbəbi məşhur qırğız musiqiçi Vikram Ruzaxunovun Qazaxıstanda terrorçuluqda şübhəli bilinərək həbs edilməsi idi.

Bu günsə KTMT-nin Qazaxıstandakı vəziyyətə həsr edilmiş onlayn zirvə toplantısına Qırğızıstan prezidenti Sadır Japarov qoşulmaqdan imtina edib. Onu bu zirvədə Baş nazir Akılbek Japarov əvəz edib.

Qeyd edək ki, bundan sonra iki TDT və KTMT üzvü olan Qırğızıstan və Qazaxıstan arasında qarşılıqlı inam və əməkdaşlığın inkişafı olduqca çətin görünür. Buna səbəb qırğız xalqının Qazaxıstandakı rejimə olan nifrətidir.

Ümumilikdə, Qazaxıstan prezidenti Tokayevə qarşı bütün türk dünyasına münasibət Qırğızıstandakı kimidir. Bütün türk aydınları Tokayevi ölkəsini Rusiyaya satmaqda ittiham edir. Belə bir vəziyyətdə Türkiyə, Azərbaycan və Özbəkistan kimi türk millətçiliyinin geniş yayıldığı ölkələrin Tokayev rejiminə açıq dəstəyi ictimaiyyətdə qıcıq yarada bilər. TDT-dən dəstək görməyən Tokayevsə radikal bir qərarla bu təşkilatdan ayrıla bilər. İstənilən halda Qazaxıstanın bundan sonra Tokayev dönəmində TDT-dəki varlığı sual altındadır.

Beləliklə, Qazaxıstandakı hadisələrdə ən böyük zərbə TDT-yə vurulub. Əvvəla, Tokayevin müraciəti və KTMT-nin “operativ” reaksiyası ilə Türk Birliyinin geosiyasi nüfuzu azalıb. Bundan savayı TDT Qazaxıstandan savayı daha bir müstəqil üzvünü itirmək təhlükəsi ilə qarşı-qarşıya qalıb. Bu ölkə isə Özbəkistandır. Belə ki, KTMT-nin bugünkü zirvə toplantısında çıxış edən və son dövrlər Kremlinin sözçüsünə bənzəyən Belarus prezidenti Aleksandr Lukaşenko Özbəkistanı hədəfə alan açıqlamalar verib. O, “Qazaxıstandakı hadisələrdən ən birinci Özbəkistan dərc çıxarmalıdır” deməklə KTMT-yə qoşulmaqdan imtina edən Şevkat Mirzoyevi açıq şəkildə təhdid edib. Lukaşenkonun təhdidində isə Kremlinin mesajı ifadə olunub: “Əgər KTMT-yə qayıtmasan, səni də eyni tale gözləyəcək...”

Nəticədə, 2 ay öncə türk dünyasının gündəmində “Türk NATO”su və “Turan” var idisə, bu gün gündəm Qazaxıstanın dövlət müstəqilliyini itirmə təhlükəsi, onun müasir “SSRİ”yə inteqrasiyası, Qazaxıstanın türk dünyasından təcrid edilməsi və Özbəkistanın itirilməsi təhlükəsidir.

P.S. Hər türk tarix boyu 17 böyük türk dövlətinin qurulması ilə fəxr edir, lakin heç biri 16 dövlətin niyə dağılması ilə maraqlanmır...

Nicat İsmayılov

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Kilian Mbappe PSJ prezidenti ilə dava edib
02:24 14.05.2024
Quterreş Qəzza zolağında BMT-yə məxsus avtomobilə hücumun araşdırılmasına çağırıb - YENİLƏNİB
01:00 14.05.2024
Kobaxidze Tbilisidəki etirazçıları qanunu pozmaqdan və zorakılıqdan çəkinməyə çağırıb
00:10 14.05.2024
Stoltenberq: “Ukrayna məğlub olarsa, onu bərpa etməyin mənası olmayacaq”
23:57 13.05.2024
Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavinini İŞDƏN ÇIXARDI
23:39 13.05.2024
Sinqapurun Baş naziri istefa ərizəsini prezidentə təqdim edib
23:23 13.05.2024
Antalyada meşədə yanğın başlayıb
23:00 13.05.2024
Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA
22:50 13.05.2024
Azərbaycan və Ukrayna XİN rəhbərləri strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib
22:46 13.05.2024
Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib
22:40 13.05.2024
Paşinyan Kopenhagen Demokratiya Sammitində iştirak etmək üçün Danimarkaya gedib
22:22 13.05.2024
Polşa öz vətəndaşlarını Gürcüstanda etiraz aksiyalarında iştirakdan çəkinməyə çağırıb
22:00 13.05.2024
BMT-nin iki əməkdaşı "Rəfah" keçid məntəqəsi yaxınlığında yaralanıb
21:42 13.05.2024
Ərdoğan yunan Baş nazirlə birgə brifinqdə: Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir
21:21 13.05.2024
Avropalı parlamentari Qərbi azərbaycanlıların yaşadıqları bəlaları tarixi faciə adlandırıb
21:00 13.05.2024
Aİ Moldovadan gələn mallara rüsum və kvotaların dayandırılmasını bir il müddətinə uzadıb
20:40 13.05.2024
Berlində Azərbaycanlı Mühəndislərin Avropa Forumu təşkil olunacaq
20:20 13.05.2024
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
20:00 13.05.2024
“Xarıbülbül” festivalı “Sələflər və xələflər”lə Laçında
19:51 13.05.2024
Yan Borq: ATƏT Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləməyə hazırdır
19:30 13.05.2024
Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrinə “Avro-5”in tətbiqi araşdırılır
19:15 13.05.2024
İspan foto-jurnalist Fransanın Ruandadakı soyqrımından danışdı - VİDEO
19:00 13.05.2024
Sabahdan bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq
18:50 13.05.2024
COP28-in Baş danışıqçısı şəffaflıq hesabatlarının vaxtında təqdim edilməsinə çağırır
18:39 13.05.2024
Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
18:19 13.05.2024
İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib
18:16 13.05.2024
Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
18:09 13.05.2024
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
18:00 13.05.2024
Şahdağa qar yağır - FAKTİKİ HAVA
17:53 13.05.2024
Sumqayıtda ana və azyaşlı övladları 11 gündür İTKİNDİR
17:44 13.05.2024
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
17:30 13.05.2024
Bu ixtisasların məzunları da müəllim ola biləcək – SİYAHI
17:15 13.05.2024
İspaniyalı foto-jurnalist: Qarabağda gördüyüm mina təhlükəsi məni dəhşətə gətirdi - VIDEO
17:00 13.05.2024
Xocalıya da köç başlayır - Rəsmi
16:55 13.05.2024
Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:49 13.05.2024
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
16:32 13.05.2024
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
16:23 13.05.2024
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
16:10 13.05.2024
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
15:48 13.05.2024
Paşinyanın noyabra qədərki sülh vədi: Həqiqət yoxsa illüziya? – Beynəlxalq ekspertlər ŞƏRH EDİR
15:40 13.05.2024
Hamısı