Moskvanın böyük qorxusu - Müstəqil Özbəkistan “Yaxın çevrə” TƏHDİDLƏRİ

Analitika 11:09 13.01.2022

90-cı illərdə Rusiyanın Xarici İşlər naziri və Baş naziri vəzifələrini icra etmiş, 20 yanvar hadisələrinin ssenari müəliflərindən biri olan Yevgeni Primakov bu günkü Rusiya xarici siyasət strategiyasının ideya müəlliflərindən biridir. 22 ildir ki, Vladimir Putin xarici siyasətdə Primakova məxsus “Yaxın çevrə” doktrinasını icra edir.

Bu doktrinaya görə müasir Rusiya SSRİ-nin varisi olaraq post-sovet ölkələrini öz yaxın çevrəsində birləşdirməli və mərkəzdənqaçma meyillərinin qarşısını almalıdır. Bunun üçünsə sözügedən ölkələrin daxili və xaricində süni problemlər, münaqişələr yaradılmalı və Rusiya bu problemləri həll edən yeganə güc kimi ortaya çıxıb bu ölkələri “xilas etməli” dir.

Bu gün Rusiyanın Qazaxıstan və Özbəkistanla bağlı yürütdüyü siyasətdə də məhz “Yaxın çevrə” strategiyasının təzahürləri hiss olunur.

Rusiya Özbəkistanı niyə təhdid edir?

KTMT sülhməramlı qüvvələri adı altında Qazaxıstana qoşun yeridərək iğtişaşların yatırılmasına yardım edən Rusiya “Qazaxıstanı terror təhlükəsindən xilas etdiyini” elan edir və hazırda Özbəkistanı KTMT-də daxil etmək üçün çox ciddi iş aparır. Bunu ilk elan edənsə son dövrlər Kremlinin sözçüsünə çevrilmiş Belarusiya prezidenti Aleksandr Lukaşenkodur.

Belə ki, Lukaşenko 10 yanvar tarixində KTMT-nin Qazaxıstandakı vəziyyətlə bağlı videokonfrans formatında keçirilən növbədənkənar sessiyasında Özbəkistan hökumətini açıq şəkildə təhdid edib.

“Baş verən hadisələrdən hər kəsdən öncə Özbəkistan nəticə çıxarmalıdır. Əgər onlar bunu etməsə, bizdə olan məlumatlara görə, onların (Qazaxıstandakı kütləvi etiraz aksiyalarının təşkilatçılarını nəzərdə tutur - red.)  baxışları Özbəkistana yönəlib” - deyə Aleksandr Lukaşenko vurğulayıb.

Özbəkistanın KTMT-yə qayıtması ilə bağlı digər bir müraciətsə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovdan gəlib.  “Özbəkistan KTMT-dən bir dəfə çıxdı, amma yenidən daxil ola bilər. İndi mən bunu istisna etmirəm. Onlar görürlər ki, ümid edəcək heç kim yoxdur”, - Kalaşnikov qeyd edib.

Beləliklə, rəsmi Moskva Qazaxıstandakı hadisələr fonunda Özbəkistanı öz yaxın çevrəsinə, KTMT-yə qaytarmaq üçün ona təhdid dolu mesajlar ötürür.

Xatırladaq ki, 30 illik müstəqillik tarixi ərzində Özbəkistan iki dəfə, 1999 və 2012-ci ildə KTMT-ni tərk edib. 2006-cı ildə KTMT-yə qayıdan Özbəkistan sərhəddindəki Taliban terrorunun ölkəsinə sıçramasından çəkinərək Rusiyanın hərbi yardımlarından faydalanmaq üçün bu təşkilata yenidən daxil olub. 6 il sonra Taliban təhlükəsinin sovuşması və Rusiyaya qarşı beynəlxalq sanskiyaların artmasından istifadə edən Özbəkistan sonuncu dəfə təşkilatdan çıxıb.

Moskva müstəqil Özbəkistandan narahatdır

Hazırda isə göründüyü kimi Rusiya yenidən Özbəkistanı KTMT-də görmək istəyir. Son illərdə Moskvanın bu ölkəyə qarşı iştahı olduqca qabarıb. Buna səbəbsə İslam Kərimovdan sonra hakimiyyətə gələn Şavkat Mirziyoyevin Rusiyadan asılılığı olduqca azaltması və ABŞ, Çin, Avropa İttifaqı və Türkiyə ilə sıx əməkdaşlıq etməsidir. Bu isə Rusiyanın “Yaxın çevrə” doktrinasına ziddir. Nəticədə Moskva Özbəkistanın xarici siyasətdə atdığı müstəqil addımlardan narahatlıq duyur.

Rusiyanı narahat edən ilk ciddi hadisələrdən biri 2018-ci ilin 17 mayında baş verdi. Şavkat Mirziyayev ABŞ-a rəsmi səfər edərək Donald Trampla görüşdü. Görüşdə ABŞ-la Özbəkistan arasında iqtisadi və hərbi əməkdaşlıqla bağlı bir neçə məsələlər müzakirə edildi. 4,8 milyard dollar dəyərində 20 razılaşma imzalandı. Bu görüşdən sonra Mirziyayev Avropa İttifaqı ölkələri və Türkiyə ilə də təmaslarını artırdı. Nəticədə son üç ildə Özbəkistana ABŞ, Avropa İttifaqı, Cənubi Koreya, Yaponiya və Türkiyə kimi ölkələrdən 30 milyard dollardan çox investisiya cəlb edildi.

2019-ci ilin oktyabrında Özbəkistan Türk Şurasına daimi üzv kimi daxil oldu. Artıq Özbəkistan Türkiyə və digər türk dövlətləri ilə əməkdaşlığını genişləndirirdi. 2020-ci ilin 20 martında Özbəkistanla Türkiyə arasında hərbi əməkdaşlıq sazişi imzalandı. Türkiyə Özbəkistan ordusunun modernizasiyası və gücləndirilməsində yaxından iştirak etməyə başladı. 2021-ci ilin martında iki dövlət arasında birgə hərbi təlimlər keçirildi.

Bütün bunlar Moskva üçün yaxın çevrəsindəki Özbəkistanı itirməsi ilə bağlı həyacan siqnalı idi. Ona görə də Kreml 2021-ci ildən etibarən Özbəkistanı KTMT-yə qaytarmaqla bağlı “yumşaq diplomatiyası”na start verdi. Ardıcıl şəkildə Kremlə bağlı mətbuat orqanlarında Özbəkistanın KTMT-yə qayıtmasının zəruriliyi vurğulanırdı. 2021-ci ilin oktyabrında isə Mirziyayev administrasiyası Rusiyanın qeyri-rəsmi dəvətinə cavab olaraq KTMT-yə daxil olmayacaqlarını açıqladı. Lakin göründüyü kimi Rusiya indi daha sərt bir şəkildə və təhdidlərlə Özbəkistanın qapısını döyür.

Özbəkistanda isə bu təhdidlərə ilkin cavab Tədqiqat Təşəbbüsləri Mərkəzinin direktoru Mano Bəxtiyar Yerqaşevdən gəlib. Yaqaşev ölkəsinin KTMT-yə qayıtmayacağını qeyd edib.

 "Özbəkistanda Qazaxıstandakı vəziyyətdən fərqli olaraq, elita daxilində ciddi ziddiyyətlər yoxdur. Əsas məsələdə konsensus var - bu, Özbəkistanın hərbi-siyasi bloklarda və təşkilatlarda iştirak etməyəcəyidir və KTMT də konkret olaraq bura daxildir" – deyə, Yaqaşev bildirib.

Şavkat Mirziyayev öz növbəsində təmkinli siyasətinə davam edərək ölkəsində Qazaxıstandakı hadisələrin təkrarlanmaması üçün bir sıra tədbirlər görür. 7 yanvar tarixindən etibarən onun qərarı ilə Rusiyaya qaz ixracını dayandırılıb. Məqsədsə ölkənin qaz rezervlərini artırmaqla qiymət artımının qarşısını almaqdır. Üstəlik, Orta Asiyada ən çox gənc əhalisi olan Özbəkistanda tələbələrin qış tətili uzadılıb. Çox guman ki, bununla hökumət Qazaxıstandan Özbəkistana sıçraya biləcək nümayişlərə gənclərin qatılmasının qarşısını almağa çalışıb. Ölkədə çox ciddi nəzarət sistemi formalaşdırılıb. Lakin alınan tədbirlərin işə yarayıb-yaramayacağını, Özbəkistanın Rusiyaya necə və nə qədər müqavimət göstərə biləcəyini zaman müəyyənləşdirəcək.

Nicat İsmayılov

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
Hamısı