Leninin məzarında “naryad”a çıxan türk şairi Nazim Hikmət Moskvada bütün qızlar dönüb ona baxardı

Analitika 16:03 17.01.2022

Ötən günlərdə böyük türk şairi Nazim Hikmətin 120 illik yubileyi səssiz, sədasız, təntənəsiz şəkildə, sevdiyi üç məmləkətdə, Azərbaycan, Türkiyə və Rusiyada keçirildi. Doğulub, boya-başa çatdığı Türkiyəsində, həsrəti ilə alışıb-yandığı İstanbulunda yubileyi münasibətilə konfranslar verildi, tədbirlər keçirildi. Rusiya məzarı ziyarət edildi, Azərbaycanda isə kitablarının sərgisi keçirildi.

“Azərbaycanlı Nazim Hikmət”

Nazim Hikmət dünya poeziyasında öz romantik şeirləri ilə xüsusi çəkiyə sahib olan böyük türk şairi idi. Lakin o, öz ölkəsində bir çox dairələr tərəfindən sevilməyib,  hər zaman təqib və təzyiqlərə məruz qalıb və “komunist” adı ilə damğalanıb. Dəfələrlə həbs olunan Nazım Hikmət çarəni öz məmləkətindən qaçmaqda taparaq, 1951-ci ildə SSRİ-yə sığınıb.

Lakin Nazim burada da dinclik tapmır. Mayakovskini, Puşkini, Tolstoyu oxumağı, vodka içməyi, operalara, konsertlərə getməyi, rus qadınlarla eşq macəraları yaşamağı sevirdi, lakin Moskva daşından insanına qədər onun üçün yad bir məmləkət idi. Nazim Hikmət yurduna və xalqına olan özləmini heç nə ilə əvəz edə bilmir, “Sən şimdi yalnız saçımın ağında, infaktında ürəyimin, alınımın cizgilərindəsən, məmləkətim” – deyə, göz yaşları ilə həsrət dolu şeirlər yazırdı.

Belə ağır zamanlarında Nazim Hikmətin küskün qəlbi yalnız və yalnız Azərbaycanda rahatlıq tapır, ancaq azərbaycanlılar onun xalqına olan özləmini dindirə bilirdi. Türkiyəsiz, vətənsiz və xalqsız qalmış Nazim Hikmət itirdiklərini Bakıda tapırdı. Azərbaycan onun üçün Türkiyəni, Bakı nə qədər olmasa da İstanbulu, azərbaycanlı şairlərsə Türkiyədəki dostlarını əvəz edirdi.

Nazım Hikməti də bütün SSRİ-də çox sevirdilər. SSRİ rəhbərliyi bu türk şairini gələcəyin “komunist Türkiyə”sinin ideoloji banisi hesab edirdi. Zarafat deyildi, Nazım Hikmət 1922-1928-ci illərədək Rusiyada yaşadığı zaman, sovet inqilabını gözləri ilə görmüş və onlara dəstək nümayiş etdirmişdi.

Hətta o, 1924-cü ilin 21 yanvarında vəfat edən Leninin cənazəsi qarşısında 5 dəqiqəlik “naryada” dayandığı deyilir. Bütün bu keyfiyyətlərinə görə Nazim Hikmət SSRİ rəhbərliyinin sevimlisinə çevrilir.

Lakin Bakı onun üçün, o bakılılar üçün tamam başqa idi. O, bu cənub şəhərinə hər səfərində öz məmləkətinə gedirmiş kimi böyük sevgi və təmtəraqla qarşılanırdı. Azərbaycanlı şairləri Nazım Hikmət həm dost, həm ustad kimi görür, onlardan şərq ədəbiyyatını öyrənir, həm də onlara öz romantizminin sirrlərini açırdı. Xüsusilə o “Səməd poeziyasının vurğunu” idi.

Azərbaycana səfərlərinin birində, 1957-ci ilin oktyabrında Nazim Hikmət Bakı Dövlət Universitetindəki çıxışında belə deyirdi:

“Gün gələcək İstanbulda, bizim universitetlərdə də belə salonlar olacaq. Oraya da Azərbaycandan bir şair gələcək. O salonda da bizim prezidentimiz oturacaq. Siz məni necə qarşıladınızsa onlar da o azərbaycanlı şairi elə qarşılayacaq. Türkiyəyə gedəcək o şairdən bir istəyim var. O sabah İstanbula gedib, sosialist universitetində şeir oxuyacaq azərbaycanlı şair, istanbullu gənclərə desin ki, sizin şair (Nazım Hikmət) Bakıya gəldi, biz onu qardaş kimi bağrımıza basdıq. Biz ona çox şey öyrətdik. Nə öyrəndisə bu dünyada çoxunu bizdən öyrəndi. Bunu söyləməyi unutmasın və məndən də salam desin. Çünki bəlkə də mən məmləkətimə qovuşa bilmərəm, lakin o məmləkətimi görər....”

Bəli, Nazım Hikmət azərbaycanlılardan çox şey öyrənmişdi. Onun romantik poeziyasının sehrinə düşən dostu Vaqif Səmədoğlu “Yaşıl ada”nı yazır, Arif Məlikov onun Məhəbbət Əfsananəsi pyesininin baletini tərtib edir. O dövrdə azərbaycanlı gənclər bir-birilərinə onun şeirləri vasitəsilə sevgi etirafları edirdi.

Bir sözlə bir çoxlarının “türk” adlandırmaqdan çəkindiyi Nazim Hikmət əsl azərbaycanlıya çevrilərək, azərbaycanlıların könlünü fəth edir. Uşaq evinə yerləşdirilmiş 10 yaşlı azərbaycanlını övladlığa götürəcək qədər də o azərbaycanlıları sevir...

Dostu Vaqif Səmədoğlunun gözündə Nazim Hikmət

Nazim Hikmətin Azərbaycandakı ən yaxın dostlarından biri şair Vaqif Səmədoğlu idi. Nazim Hikmətin vəfatından sonra V.Səmədoğlu onunla xatirələrindən bir neçə məqalələr yazır, müsahibələr verir və ona ithaf etdiyi “Divin nağılı” poemasını qələmə alır.

Vaqif Səmədoğlu Nazim Hikmət haqqında danışırdı:

Sevdiyim və sevmədiyim Səmədoğlu

“1957-ci ildə Nazim Hikmət bizə, Səməd Vurğunun evinə gəldi. Atam bir il idi ki, vəfat etmişdi. O, bizə baş sağlığı verdi, atam haqqında çox xoş sözlər dedi. Evdə qonaq olduğu saatlarda bir neçə dəfə mənə "kəndini və torpağını sev" dedi. Mən başa düşmürdüm ki, o niyə mənə dönə-dönə belə məsləhət verir. Sonda onun yurd nisgilini biləndən sonra hər şeyi başa düşdüm.  "Kəndi dilinizdə qonuşun. Dilinizi qoruyun. Azərbaycan türkcəsi təmizdir, safdır, şirindir" – deyə, mənə və qardaşım Yusifə məsləhətlər verirdi. Məsələn, qardaşım əvvəllər Vəkilov təxəllüsü ilə yazırdı, Nazimin tövsiyyəsi ilə Səmədoğlu təxəllüsünü götürdü.

Ümumiyyətlə, mən o vaxta qədər də Nazim Hikməti tanıyırdım. Mən əvvəl Nazimin şeirlərini sonra şəxsiyyətini sevdim. Sonra möhkəm dostlaşdıq. Mən  Moskvada onun evində olmuşam. Yaxşı xatırlayıram, 1963-də Erkin və Sayqun adlı iki türk bəstəkar Moskvada səfərdə idi. Nazim Hikmətlə birlikdə onların konsertində getdik. Biz konservatoriyadan çıxıb, restorana gedənədək bir qadın, bir qız qalmadı ki, ayaq saxlayıb Nazım Hikmətə baxmasın. Çox gözəl, yaraşıqlı kişi idi. Yaxşı mənada aktyorluğu da var idi. Gözəl bir xanım keçəndə dərhal dayanıb əlini qoyardı mənim çiynimə ki, diqqəti özünə cəlb eləsin.

Mən Nazimlə bağlı iki şeyə heyfislənirəm. Biri onun sırf komunist olduğuna görə Nobel mükafatı almamasıdır. Bu hamı kimi mənim də qəlbimin nisgilidir. Başqa bir nisgilsə mənim özümlə bağlıdır, kaş ona şeirlər yazdığımı deyərdim. Çox peşmanam...” (V.Səmədoğlu müsahibələrindən)

Resim

Nicat İsmayılov

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı