"“Laçın dəhlizindən keçidlərə rusiyalı sülhməramlılar qərar verir” açıqlaması bizim üçün xəbərdarlıq zəngi olmalıdır"

Analitika 15:40 22.01.2022
Rusiya Kommunist Partiyasının Dövlət Dumasına “Donetsk Xalq Respublikasını” və “Luqansk Xalq Respublikasını” tanımasını təklif edib. Rusiya kommunistləri parlamentin “tanınma” təklifiylə Rusiya prezidentinə müraciət qəbul edilməsini təklif ediblər.
 
Bu elə Kremlin təklifidir, sadəcə təklifi hakim “Vahid Rusiya” partiyası tərəfindən deyil, nəzarətlərindəki sözdə müxalifət - Kommunist Partiyası tərəfindən irəli sürülməsini təmin ediblər. Əslində Kreml separatçıları çoxdan tanıyıb. Birincisi, Rusiyanın hərbi dəstəyi olmadan separatçılar bölgəni işğal edə bilməzdilər. İkincisi, bölgənin iqtisadiyyatı Rusiyanın müvafiq qurumları tərəfindən idarə olunur. Üçüncüsü, Kreml separatçıların nəzarət etdiyi bölgələrdə yaşayanlara Rusiya pasportları paylayıb.  
 
Fikrimcə, Kreml iki mərhələdə məsələni öz xeyrinə həll etməyi planlaşdırır. Birinci mərhələdə separatçıları rəsmən tanıyacaqlar, ikinci mərhələdə isə 2014-cü ildə Krımda olduğu kimi Donetskdə və Luqanskda “referendum” keçirib bölgəni Rusiyaya birləşdirəcəklər. Bu Putinin Ukrayna ilə bağlı minimum planıdır. Maksimum plan isə “Novorossiyadır”, yəni Ukraynanın tən yarısının qopardılmasıdır. Putin bu planın reallaşmasını növbəti prezident müddətinə saxlaya bilər.
 
Rusiyanın Abxaziya və Cənubi Osetiyanın ardından Donbass separatçılarını rəsmən “tanımasının” Azərbaycan-Ermənistan qarşıdurmasına hansı təsiri ola bilər? 
 
Kremlin Donbass separatçılarını “tanıması” Qarabağ separatçılarını və onların başda Ermənistan olmaqla digər dövlətlərdəki tərəfdarlarını fəallaşdıracaq. Separatçılar dünyadakı erməni lobbisi ilə birgə “tanınma” mövzusunu aktuallaşdırmağa çalışacaqlar. Bu məqsədlə bölgədə təxribatların sayı da arta bilər. Rusiya XİN-nin sözçüsü Mariya Zaxarovanın bir neçə gün əvvəl “Laçın dəhlizindən keçidlərə rusiyalı sülhməramlılar qərar verir” açıqlaması bizim üçün xəbərdarlıq zəngi olmalıdır. Təəssüf ki, Ukraynanın ərazi bütövlüyünə dəstək verən Qərb ölkələri Qarabağla bağlı fərqli siyasət yürüdürlər. Fransa prezidentliyinə namizədin heç birinin  Abxaziyaya, Cənubi Osetiyaya və ya Donbasa getmək ağlına gəlməzdi, ancaq Azərbaycan sərhədini pozaraq rusiyalı hərbçilərin nəzarətindəki Xankəndiyə gəlməyi özləri üçün qüsur hesab etmirlər. 
 
Bakı ilə Moskva arasında tərəfdaşlıq münasibətləri mövcud olsa da, rusiyalı hərbçilərin Qarabağdakı fəaliyyəti münasibətlərdə getdikcə sualların sayını artırır. Qarabağ separatçıları Ermənistan kimi Rusiyanın vassalı olmağa hazırdılar. Moskva isə onların qarşısında baş əyənləri sevir. Erməni separataçıları və Ermənistandakı “Qarabağ klanı” əllərindən gələni edəcəklər ki, Rusiya Donbass kimi Qarabağı da siyasi himayəsi altına alsın. Bu təhlükəli ssenarilərin qarşısını almaq bizdən asılıdır.
 
Elxan Şahinoğlu, Politoloq
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı